Elşən ALAR: ...xatirələrimin yağışa düşməsini istəmirəm... Poeziya, Müsabiqə 25 Kasım DənizÇiçəyi çırtlayıb sanki dənizinSevgi pıçıltısı dodaqlarında.Dəniz sevgisini gizlədə bilmir:döşənib limanın ayaqlarına.Dalğalar dənizin avtoqrafımı,Nədəndir sahildə saxlamır izin?!Bu necə nəvaziş, ilahi sevgi?Dəniz hey oxşayır limanın üzün?!Könül,bu sevgini heç dilə tutma,Eşqin sahilində izi qalacaq.Əlimi uzatsam, o günə çatar:Sevgimin şahidi Liman olacaq. “Kədərin fərdi sərgisi”.Dərdin sonuncu düyməsi,Həsrətin ürəyə dəyməsi.Bal kimi zəhər,Sərxoş gecə, çılpaq səhər.Şəkil səbri,Hadinin qəbri.Samanlıqda iynə tapmaq sevdası. Qəm ədası.Akif İslamzadənin batan səsi .... . . Kədərin fərdi sərgisi. “Belə - belə işlər”....Dəliyə dönüb hava... şüşə qırıntıları kimi yağiş... Kürəyimdə xəyanət nəfəsi,yaxamda ölü damlalarin əksi.... Belə hava başıma düşür,ürəyim götürmür bu havanı... İçimdə kötük kimi sevinc, köpük-köpük qəm.... Belə havada şəklindən düşüb getməyini –xatirələrimin yağışa düşməsini istəmirəm...Sonsuz bibim üçünMavi gözlü qadınınÜzü çilik-çilik.Qarıyıb güzgüsü.Kimsə bilməz nə çəkirgüzgüsü hər dəfəmavi gözlü qadını görəndə.Hər gecə qollarınıQucaqlayıb yatırüzü uşaq şəkillərinə sarı.Kimsə bilməz nə çəkiruşaq şəkillərimavi gözlü qadına baxanda.Hər gecə üstündəmələklərin sinəsi açıqşam işığınınsümükləri çıxana kimi.Kimsə bilməz nə çəkirşam işığı mavi gözlü qadınınüzünə düşəndə.Mavi gözlü qadının.əli üzüylə dolu,evi şam işığınınsümükləriylə.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.