Xuraman Camalqızı: AND İÇİRƏM!.. Ədəbiyyat » Poeziya 31 Ekim Xuraman CamalqızıANDAzad olmuş QARABAĞDA qürur ilə gəzəcəyik ,Ezemetli dağlarında qartal kimi süzeceyik ,Düşmenleri tapdalayıb cesaretle ezeceyik ,Gezdirdiyim silahıma ,Baş eydiyim bayrağıma ,O müqeddes torpağıma AND içirem !!!Bu torpaqlar yadigardı babalardan ,Veten bizim anamızdır ,eşitmişik atalardan ,Biz Cavanşir neslindenik , qorxumuz yox qadalardan ,Gezdirdiyim silahıma ,Ay - ulduzlu bayrağıma ,O müqeddes torpağıma AND içirem !!!Ən qürurlu anlarını yaşayıram həyatımın,Azərbaycan birləşibdi kölgesində qanadımın,Arxasında dayanmışam amalımın, hər andımın ,Gezdirdiyim silahıma,Diz çökdüyüğm bayrağıma,O müqəddəs torpağıma AND içirəm.Görüş yerimizin çinarı vardıGörüş yerimizin çinarı vardı,Yarpaqlar bizim tek pıçıldaşardı.Ele bil qışı yox , baharı vardı.Şeirle tebiet qucaqlaşırdı.Salmışdı saçını üzüne çinar,Almışdı hesreti gözüne çinar ,Men seni sevirdim,o ikimizi,Ağlayıb çökmüşdü dizine çinar.İkimiz ayrıldıq çinar ağladı,Eyilib saçımı bir az qoxladı daha inanmadı eşqe , sevgiye,Eşqin ,mehebbetin yasın saxladı.Düşündü, ne vaxtsa payız axşamı,Görüş yerimizi xatırlayarıq,Dastana çevrilen hezin sevdanı,Sükutla yad edib , biz ağlayarıq.ÖVLAD TOYU GÖRMƏMİSƏNAtam Abbasov Camal 1956-1970-ci illərdə Laçın rayon "Qızıl Ordu" kaxozunda sədr işləmişdir. O çox xeyirxah, alicənab, dövrünün sayılan insanlarından olmuşdur. Ehtiyacı olanlara yardım etmiş, kəndimizdə klub, xəstəxana, məktəb, ictimai binalar tikdirmişdir. Atam həmdə Böyük Vətən Müharibəsində axıra qədər qəhramanlıqla vuruşmuşdur. Döyüş yoldaşlarının və özünün xatirələrində deyirdi ki, alman zabitlərini general ilə bərabər əsr götürdüm və bağlı olduğum hissəyə təslim etdim. Bu faktı Alxaslı kəndindən olan müharibə iştrakçıları və yaşlı insanlar bilirlər.Atam Böyük Vətən Müharibəsində yaralanmışdır.Azərbaycana və Laçın rayonuna, doğma Alxaslı kəndinə orden və medallarla qayıtmışdır.Uzun illər vəzifələrdə işləmiş, 1974-cü ildə rəhmətə getmişdir.Mənim fikrimcə, atam övlad toyu görmədiyinə görə bu dünyadan nisgilli köçmüşdür.Atama yazdığım şeirlər bütün bunları əks etdirir:Xasiyyətdə kəsərliydin, mərd idinSözü bütöv,alicənab,sərt idinGözü açıq,diqqətli,sərvaxt idinÖvlad toyu görməmisən, atam heyNəvə nədir bilməmisən,atam hey.Bir sözündən ölərdində dönməzdinÇox sözə cavab verməz,dinməzdinKin,küdurət,pislik nədir bilməzdinÖvlad toyu görməmisən, atam hey,Nəvə nədir bilməmisən,atam hey.Süfrəsinin bərəkəti yayılmışŞan-şöhrəti,şərafəti yayılmışİnsanların içində çox sayılmışÖvlad toyu görməmisən, atam hey,Nəvə nədir bilməmisən, atam hey.Qarabağda adın-sanın var idiDamarında təmiz qanın var idiÇox mükəmməl bir vicdanın var idiÖvlad toyu görməmisən,atam hey,Nəvə nədir bilməmisən,atam hey.Qohumların xoşbəxt edər,yaşadarDost-tanışın başın hər an ucaldarCavan ölər övladlarn qocaldarÖvlad toyu görməmisən,atam hey,Nəvə nədir bilməmisən,atam hey.Nankor olan insanları görsəydinQarşımızda tikanları görsəydinİki üzlü zamanarı görsəydin Ölad toyu görməmisən,atam hey,Nəvə nədir bilməmisən,atam hey. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.