ELDAR HACIYEV: BİR ANIN SƏHVİ (poema) Poeziya, Darvaz 7 Ağustos PROLOQ ƏVƏZİElə mürəkkəbdir insan həyatı,Nə ölçüyə sığar, nə də qiymətə.Bəzən bircə anın xoş xatiratı,Dönər könlümüzdə əbədiyyətə.Bəzən unudular bütöv bir ömür-Soruş, bir xeyirxah iş görübmüdür?El heç də hamıya: yaz-yarat,-demir.Bircə çiçəyəsə su veribmidir?Ürəyin ac gözü oyaqdır hər an,İştahın ipini çək yorulmadan.Ömrü boş şeylərə çox alışdırma,Yaxşı əməllərə çatmır çox zaman.Az öyrənməmişik biz bu cahanı,Yüz il qabağı da görmüşük bəzən,Lakin ötüb keçən lap bircə anı,Geriyə qaytaran görmüsənmi sən?Ötəri hər hissə məhəl qoyma gəl,Güllə atıldısa, qaytarmaz geri.Ömrümüz uzunu tüstülənər, bil,Vaxtsız daddığımız ləzzətin yeri.Ölülər səhv etmir,-deyirlər,-yalnız,Labüddür hər zaman insanın səhvi.Heçliyə qovuşur bəzən dünyamız,Bir ömrə bəs edir bir anın səhvi.ÜRƏKLƏ BAŞ-BAŞAElə bil dəyişmiş halı bu gecə,Sanki varlığını təzə qanır o.Ömür kitabını vərəqlədikcəTüstüsüz, dumansız yanır, yanır o.-28 il...deyil zarafat...Bir mərdin ömrünü başa vurmuşam.Lakin bir şey yoxdur arxada, heyhat,Ömrün yelkənini daşa vurmuşam.Hər anı qızıldan artıq günlərim,Ötüşdü faydasız, keçdi faydasız.Mənim sağlığıma kim inanar, kim?-Ömür ömürdürmü ötsə mənasız?.Xəyal dənizində üzür Əliyar,Gah batır, gah çıxır dalğalarda o.Nədir ürəyini yeyən duyğular,Neçün çapalayır intizarda o?...Gəlir xəyalına doğma kəndləri,Dağ döşü...göy meşə...bir də Dəli dağ.Qırxbulaq...ilk eşqin ilk görüş yeri,İlham qapıları açıqdı tay-tay.Zülfiyyə! Zülfiyyə! Qoy bilsin aləm,Ömrümün, günümün bəzəyi sənsən.Sənsiz mən neynərdim dünyada, bilməm,Görən gözlərimin bəbəyi sənsən...Birgə dolaşdılar çəmənlikləri,Dərəyə endilər, düzə çıxdılar.Gəzməmiş qoymadı onlar bir yeri,Gecələr, səhərçün çox darıxdılar.Sanki dəyişmişdi donunu hər şey-Dünya şəkərdəndi, yoxsa ki, baldan?Doğma yanaşdılar bir-birinə hey:Birisi “ay cigər”, o biri “haycan!..”Baxıb sevindilər ata-analar,Bu eşq neçə qəlbdə işıq yandırdı.Sevən ürəkləri düz söz, düz ilqar,Əməyə, təhsilə qanadlanırdı.Əla bitirdilər orta məktəbi,Onları təbrikə bütün el gəldi.Daşdı ürəklərin ilhamı, təbi,Uğurlar diləndi, sağlıq deyildi.O günü unuda bilməz Əliyar,Sinəsi həyacandan qalxıb enirdi.Düşünür: qarşıda indi nələr var,O buna həm qorxur, həm sevinirdi.Tibb məktəbini seçdi Zülfiyyə,Əliyar, mühəndis olaram,- dedi.Birisi: son qoyaq hər xəstəliyə,O biri: körpülər salaram,- dedi. İLLƏRƏ NƏ VARSaatlar ötüşür saniyələr tək,Günlər bir-birini nə yaman qovur.İllər, əziz illər, yelə dönərək,Hara tələsirsiz belə vurhavur?...Elə qatdı başını,Onun əyri cizgilər.Gözlərini açandabir səhər,Gördü qalmış arxada,Tələbəlik illəri!...Beş il!Düz beş qış, beş də bahar!Dünya boyda ümidlər,Dünya boyda arzular!Yenə də gəldi dilə,Ürəyimin telləri,Mən sizdən ayrılıram,Siz məndən ayrılmayın,Ey ömrümün bəzəyi,Tələbəlik illəri:İllər ötüb keçəcək,İllər qanadlanacaq,Açıb solan görəcəyikSolub açan görəcəyikNeçə dəfə gülləri!Beş guşəli ulduz tək,Ömrümün yaxasında,Alışacaq, yanacaq,Tələbəlik illəri!..Belə isti olmamış,Bakıda bu ilki tək.Elə bil ki, nəfəsin,İndicə kəsiləcək.Təyinat gözləyir o.Narahatdır ürəyi.Fikrindən gəlib keçir,Sabahı, gələcəyi.Narahatdır, Zülfiyyə,İndi onu gözləyir.Yaylaqdadır o qəşəng,Dağlar öz laləsini,Sevə-sevə bəsləyir.Şofer! Dönüm başına,Otur görək maşına,Gedəsiyəm, bu yoldan,Saxlamaz heç kəs məni-Dağlar yadıma düşüb.Körpəlikdən bağlıyam,Torpağına, daşına.Qoynunda keçirdiyimÇağlar yadıma düşüb,Dağlar, yadıma düşüb!Təkcə qanadı yoxdu,Onun bu gün uçmağa,Açaraq qollarını,Tələsir o həsrətlə,Anasını qucmağa,Almış təyinatınıBakıda saxlanıb o.Əsrin bu axınında,İştirak etmək üçün,Zamanı ötmək üçünZaman-zaman yanıb o.GƏNCLƏRƏ QOŞULAN DAĞLARYenə bir şənlik var Ortabulaqda,Əvəzi hardadır bizim dağların.Könlüm aşiqidir körpəliyindən,Doymamış hüsnündən gözüm dağların.Çalıb-çağıran kim, deyib-gülən kim,Mən onu həmişə bu sayaq gördüm.Uşaqlıq eşqiylə çırpındı könlümHanı qoynundakı izim dağların?Minib asırqalı xizək tək hərdən,Azmı sürüşmüşəm Əyriqarda mən?Gördükcə elləri qucağında şən,Dillənmş eşqiylə sazım dağların...Burda qayalar da ötmədə dil-dil,Qoy sürtüm üzümü göy otuna mən.Onun tək suyunu dəyişmərəm bil,Dünyanın ən məhşur kurortuna mən.Burda nə həkim var, nə dərman, filan,Qocalar gümrahdı, cavanlar polad,Çoban var, batammaz ona pəhləvanGözəl var, gözündə qaynar bir həyat!Odur bax Zülfiyyə! Sanki çiçəkdir,Min dərdin davası dodaqlarında.Ah, onun gözləri elə göyçəkdir,Baxsa, yanğın salar yanaqlarında.Dayanmış üz-üzə bayaqdan bəri,Necə çətin gəlir söz dillərinə.Ah, gör neçə ilin sevgililəriSanki görüşə çıxıbdır yenə.Əliyar! Əliyar!...dalı gəlməyir,Eh, bir də nə lazım artıq söz-söhbət?Gözlər həm danışır, həm də dinləyir,Deyin başqa cür də varmı səadət?..O qədər...o qədər gec-gec gəlirsən,Az qala utanam,-dinir Zülfiyyə!...Açıb qollarını Əliyar birdən,Qucur və fırladır “ay səni!”-deyə.Ha-ha-ha...Ha-ha-ha...gülüş səsləri,Qalxıb dalğa-dalğa aşır dağları.Dağlar, darıxmış tək səsdən ötəriGətirir lərzəyə qayalıqları.Dayandır, dayandır! Başım fırlanır,Oturur torpağa Zülfiyyə budur.Cavanlar dayanır, dağlar dayanmır,Dağlar da onlara qoşulmuşmudur?-Əliyar, bəs nə vaxt?...-Dayan Zülfiyyə!Dayan bircə il də, tək bircə il də!Düşün bir: bəy-gəlin, kirayənəşinKimin qoltuğunda?.. hansı mənzildə?.. Gözlə, təzə ilə mən mənzil alım,Hər şey təzə olsun qoy təzə evdəEşqin göylərində mən qanad çalım,Sənsə bu ömrümü gəl bəzə evdə...-Nə etmək, on il də gözlərəm yenə,Ancaq məktubasa, tənbəl olma, ha!Sən Bakıya yollan...uğurlar sənə,Mənsə tibb bacısı bu doğma yurdda...Bir ay nə vaxtdır ki, sevənlər üçün?-Bir göz qırpında dolandı getdi,Ürəyi arxada Əliyar bir gün,Eşqin alovunda qalandı getdi...SALAM, HƏYAT!...Zavoda gəldiyi az bir müddətdi,Necə də hörmətlə, çəkilir adı.Elə ki, arzular vüsala yetdi,Həm özü parladı, həm istedadı.Onun yaratdığı hər ixtiradanMənfəət götürdü zavod günbəgün.İrəli çəkdilər onu bir azdan,Mənzil vəd etdilər qoçaqlığıyçün.Az deyil zavodun şux qızlardan,Bizim qəhrəmana altdan baxanlar.O isə yapışıb arzularından,Məşğuldu işiylə möhkəm, o ki, var.Kirayə qaldığı kiçik otaqda,Hara göz gəzdirsən cizgi görərdin.Təkcə zavodda yox, qonşuluqda da,Ona, neçəsindən sevgi görərdin.Alaq, “xozyaykanın” qızı Sevdanı,Tutmuş Əliyarı gözü ilk gündən.Onunsa zərrəcə qaynamır qanı,Qəlbi Zülfi deyə döyündüyündən...ARZULARIN DUMANINDAGəzsən bütün dünyanı,Ona bərabər hanı?Ağ şanı, qara şanı,Abşeron bağlarında.Şahə qalxan dalğalar,Şirin nəğmələr çalar.Ulduzlar oyaq qalar,Abşeron bağlarında.Ağ yanaqlar allanar,Gül dodaqlar ballanar.Ömür-gün nağıllanarAbşeron bağlarında.Bir həftə olar ki, köçüblər bağa,Tək Sevda qalıbdır evlərə sahib.Əlverişli vaxtdır məşğul olmağa,Sevda özü bildi bunu münasib.Uzaqda deyildir imtahan günü,Yaxşı insanları yetsin mətləbə,Yazıq qız əridib, üzüb özünü,Daxil olmaq üçün ali məktəbə.Az kömək etməmiş ona Əliyar,Çətinə düşəndə edir yenə də,Birgə oxuyurlar bütün axşamlarBir arzu bəslənir iki sinədə.Güc çatmır hissləri cilovlamağa,Göz-gözə dəyəndə alışır ürək.Əl-ələ dəyəndə, demirəm daha.Dözən oğul gərək, dözən qız gərək.İnam! Səadətin ey mələh daşı,Sənin yerin yoxdu iradəsizdə.İnamı unudan bu vətəndaşıƏgər qınasanız, yeri var, siz də...Kiçik imtahana düşdü Əliyar,Qoruya bilmədi könlün səsini.Beynini gəmirən xəyalplovlarYedi öz içindən iradəsini.Elə öyrəşiblər biri-birinə,Biri o birisiz çörək də yemir.Könüllər endikcə hər gün dərinəGözlər başqa bir şey görmək istəmir.Keçdi bu minvalla, keçdi xeyli vaxt,Gəldi vüsal günü növcavanların.Qəbul kağızını göstərib Sevda,Sarıldı boynuna tez Əliyarın.-Heç kəsə məlumat verməyəcəyəm,Səninlə qeyd edəm gərək bu günü.Başqa rəng çalırdı gözündə aləm,Tələbə sandıqca Sevda özünü.Kiçik bir süfrədə düzəltdi Sevda,Bəzədi “məclisi” sazla Əliyar.Yelilər, içdilər xumarlınınca...Gözlər axıb getdi, boşaldı qollar.Yanaqlar od tutub alışdı yenə,Şəhvət yandıranı söndürməz fələk.Dodaqlar dəyəndə biri-birinəHər şey yalan oldu, ehtiras gerçək....Gecə keçib getdi, güldü dan yeri,Bir şey olmamış tək açıldı səhər.Bir qorxu hissilə əsdi qəlbləri,Baxıb bir-birinə gülsə də gözlər.ANAYA DOĞRUGəldi sentyabr, başlandı dərslər,Ömür mənalaşır yandıqca ürək.Tutub Əliyarı rəis bir səhər,Dedi: məzuniyyət alasan gərək.Gəldi məsləhətə Əliyar o gün,Çıxmamışdan qabaq uzaq səfərə.Getmək istəyirdi anası üçün,Getmək istəmirdi Zülfiyyə görə.-Getmək məsləhətdir,-söylədi SevdaLakin ehtiyatlı ol ki, bir azca,Bişirib başını xala-bibilər,Allah eləməmiş, evləndirərlər.O, bunu söyləyib elə güldü ki,Yeridi oğlanın sümüklərinə.Sanki bu gülüşlə, bu qəhqəhəylə,Göylər də dil açdı: “uğurlar sənə”....Ağladı sevincindən Səriyyə xala,Ana da balasız dözə bilərmiş?!Büküldü qamətim mənim az qala,Oğul bu qədər gec-gez gələrmiş?...Yoruldu yazıq qız gəlib-getməkdən,Gündə neçə dəfə soruşmaq olar?-Qız kimdir, anacan?-Yoxsa, bilmirsən?Əliyar, Əliyar, səndə nələr var?..-Bəs o getməyibdir?-Getmişdi, gəldi.-Necə yəni gəldi?.. açıq de bir az!..-Gəldi də... çox da ki, ora gözəldi,Deyir aydan artıq dayanmaq olmaz!-Heç nə anlamıram sənin sözündən,Bircə aylığa da ərə gedərlər?...-Ər nə, mənim balam, nə deyirsən sən?Kimdən danışırsan, hardan bu xəbər?..Qəhqəhə səsinə gəsildi söhbət,Zülfi, yanında da Qəmər və Afət,Hərənin əlində bir dəstə çiçəkEvə daxil oldu, ev yiyəsi tək?-Gözün aydın olsun, Səriyə xala!-Qızlar marça-marçla öpdü xalanı,-Sən də xoş gəlmisən, küsəyən oğlan!Bəs niyə susmusan, de sazın hanı?..Quruyub qalmışdı Əliyar bu an,İstədi qışqırsın: “Gör nə etmisən?..”Bu vaxt bir səs gəldi qulaqlarına-“Bəs özün, bəs özün nə törətmisən?..”Ovutmaq istədi ana oğlunu,Qızlar üzr istədi, bağışla,-deyəSonrasa ayağa qalxızıb onuEndilər bağçaya, sərinlənməyə.Payız göz aldadan bir yaxırdı ki,Yay yalan olmuşdu...lakin nə çarə?Elə bu istidə oğlanın qəlbi,Dönüb çevrilmişdi buzxanalara...QATARI DARTAN OĞLANFikirlər haray çəkibÜrəyini qoparır.Sanki qatar onu yox,O, qatarı aparır.Tərs kimi kupedə dəBir nəfər var...sanki lal!Səkkiz sual ver onaBircə dənə cavab al.İldən uzun görünür,Qatarda gecə ona.Necə kömək eyləyək.İndi biz necə, ona?Diksinib tez-tez durur.Bir qəhqəhə səsindən:“Get, amma ehtiyatıƏldən vermə bir an sən.Birdən xala-bibilərSəni evləndirərlər...”Bir siqaret yandırıb,Çəkir tez ciyərinə.Tüstü papirosdan yox,Ürəkdən çıxır yenə.Bu vaxt ana dillənir:Toyuna hazırıq biz.Oğul, hər iki tərəf,Səni gözləyir yalnız.Zülfi deyir: Əliyar,Bu son aylar mənimçün,Keçdi həbsdən betər.Ayları, günləri yox,Saatları saymışam.Həmsöhbətim olmusan,Xəyalımda hər axşam.Məzuniyyət götürüb,Hacıkəndə getmişəm.Sənin gözlərin ilə,Göy-gölü seyr etmişəm.Könlüm olmayıb aram.Yüz il belə yaşasam,Bu ili unutmaram.Zavoda məktub yazıb,Xahiş eləmişik biz:Əliyara, mümkünsə,Məzuniyyət verəsiz.Lakin bu haqda bir söz Deməyəsiz ona siz...Arzumuz başa çatdı,Sevincimin sonu yox.Gəzirəm el içində,Ürəyi tox, gözü tox!..İndi bunu SevdayaNecə açacağam mən?Bəs Zülfi xəbər tutsa,Sevda məsələsindən?..Ürəyindən sızaraqÇıxır gözünün yaşı,Əllərilə tutmasa,Düşər çiynindən başıFikirlər yığın-yığın,Fikirlər qalaq-qalaq!Bu biri qurtarmamış,O biri başlayır, bax.Qatarsa hey uzanır,Yolu qucaqlayaraq.Qayalar da dillənir:Taraq taq-taq, taraq taq!...Bu səslər ƏliyarınÜrəyini qoparır.Sanki qatar onu yox,O, qatarı aparır...ŞOFER, SAXLA MAŞINIŞəhər yox, dənizi, çayı olmasın,Bir sahil bağından payı olmasın.Bir bağ göstərin ki, tayı olmasın.Desinlər cənnətin bir bucağıdır,O, bizim Bakının sahil bağıdır......Gəzməkdən yorulub bağı səhərdən,Sakit bir guşədə əyləşdi onlar.Sevda yenə şəndi, həmişəki tək,Lakin qəm gölündə üzür Əliyar.O şad göstərsə də üzdə özünü,Kədər gözlərindən yayına bilmir.Onun əllərinə sürtüb üzünü,Sevda ürəyini boşaldır bir-bir.Sən bir şey deyil, güləsən bir az,Baxma ki, sən məni qıqanırsan çox!Elçi göndərmişdi dayoğlu Niyaz,Yazıq Məcnun olub, xəbərimiz yox!Mən də qorxurdum ki, rayonda səni,Allah eləməmiş evləndirərlər.Az qala mən özüm getmişdim ərə,Sən canın, necədir söylə bu xəbər?Gülməkdən özümü yordum o axşam,Sən o fırıldağın işinə bax bir!Görüb, instituta qəbul olmuşam,Elə onunçün də elçi göndərir...Gülmə, düz deyirəm, o şorgözü mən,Tanıyıram hələ uşaqlığımdan.-Eləsə, elçiyə nə söylədin sən?-Dedim ki, Əliyar qayıdan zaman!...Anam tez otaqdan qovdu bayıra,Görüb elçilərə sataşmağımı,Aparıb göstərdi sonra onlara,Şəklinlə bəzənən öz otağımı...-Yenə də qaş-qabaq?..İncidin yoxsa?Sevda özü incik söylədi bunu.Deyin hardan duya biləydi Sevda,Onun ürəyində nə olduğunu?...Əliyar bu qədər qızı şən görüb,Onun ürəyini sındırsın necə?Bir eşq ki, könüldə təzə göyərib,Onu bircə sözlə yandırsın necə?Oğlan şad tutsa da üzdə özünü.,Kədər gözlərindən yayına bilmir.Gah nala, gah mıxa vurur sözünü,Yerində sakitcə dayana bilmir.Sevdanın ürəyi sancdı qəflətən,Nədir gizlətdiyin məndən sən?-dedi.Gördü ki, əl çəkmir...Əliyar həmən,Başına gələni açıb söylədi...Göylərdə bir şimşək çaxdı bu zaman,Tərpəndi bir azca Yer də, deyəsən.Durub lalsayağı çıxdılar bağdanOğulsan, bu yerdə söz söyləyəsən..Saxla tez maşını, şofer, sən canın!Hara getdiyini bilmir o gənclər.Belə saatları olmur hamınınMaşınlar onlara toxuna bilər......Bir çimir almadı Sevda o gecə,“De, kimə lazımam mən, işnən belə?”Ötən günlərimi vərəqlədikcə,Qonar gözlərimə çən, innən belə! Qıvrıla-qıvrıla qaldı Əliyar,Dünyanın hər şeyi, görünmür gözə.Didib ürəyini yeyir suallar,Vicdan məhəbbətlə durub üz-üzə.-Bəsdir artıq!-deyib durur ayağa,Qərar qəbul edir o, gecəyarı.Məhv eləyə bilər özünü Sevda,Qoruyum mən gərək o arzuları.Səhər qərarını dedi Əliyar,Söykənib baş-başa ağladı onlar.Hər iki könüldə sonsuz ağrılar,Təzədən əhd-peyman bağladı onlar.Hər şey sakityana keçib gedirdi,Hər şey öz yerini alırdı sanki.Fikir Əliyarı, baxma didirdi,Ağrılar arxada qalırdı sanki.Ancaq, bir səhər, durub o qocaq,Rayona bir məktub yazdı bu sayaq:“Nə tez-tez girirsən yuxuma mənim bu son zamanlar?Yoxsa hələ məndən umacağın var?Duya bilməmişəm o saf eşişqini yamandır halım.Çarmıxa çəkilir fikrim, xəyalım.Bir də gözlərinə durub baxmağa layiqəmmi mən?Rahat qoymayırsan neçün məni sən?Məsləhət eylərdim dosta, yoldaşa yad belə olsa,Eşqdə yanılmasın...nədə yanılsa!...”Kağızı konvertə qoya bilməmiş,Xəyallar içində gedir yuxuya.Qəribə yaranır dünyada çox iş,Demə, gəlib bunu, Sevda oxuya.-Mənə gərək deyil sevgisiz həyat!-Sevda hönkürtüylə çıxdı otaqdan.Ayılıb, kağızı yerdə görən vaxtDanladı özünü Əliyar yaman. Xeyli keçmədi ki, qayıtdı SevdaQayıtdı, ağlayıb doyandan sonra.-Demə ki, mən səni unudacağam!Eşiqin sinəmdədir nə qədər sağam!Diz çöküb qarşında yalvarıram mən,Qayıt sevgilinin yanına hökmən.Məhəbbətsiz ömür kimə gərəkdir?Yaşayan bədən yox, bil ki, ürəkdir!Məhəbbət olmayan ürəkdə, inanNə etibar olar, nə də ki, vicdan.Özüm çəkəcəyəm mən öz səhvimiHörmət edirsə mənə dost kimi,Başqa bir yerə köç bizim evdən də,Oxuyub dərsimi ötüşəm mən də.Əgər sözlərimə etməsən əməl,Öldürrəm özümü bil ki, əlbəəl,-Deyib bu sözləri götürüldü o,Qəlbi yüngüllləşdi, elə bildi o...BAŞIMIZA HƏRLƏNƏN YERBöyüyə-böyüyə gözündə Sevda,Əliyar rayona gəldi bir axşam.Hər şey hazır idi nişan taxmağaHər kəsin qalmasın gözlərində kam.Zülfiyyə!..Dağların qaymaq çiçəyi,Bir sözdən qızaran utancaq pəri,Qurulu saat tək vurur ürəyiGözləmiş bu günü nə vaxtdan bəri.Əgər nişan gəlsə oktyabrda,Şükür, yeni il çalınır toy da,Artıq qalmamışdır canda səbr dəZarafat da olmaz axı bu boyda.Əliyar, kəndinə gəlibdir qonaq Bürümüş hər yanı yenə çal-çağır,Dostların yanında otursa da bax,Üzündən-gözündən yorğunluq yağır. Ağırlıq hiss edir özündə yaman,Boynunda qayamı asılmış onun?Sevda son sözünü deyən zamandan,Çıxmış sorağına kim olduğunun.On beş il oxuyub bilmədiyini,Öyrəndi Sevdadan oğlan o səhər,Ayıldıb yuxudan tez ürəyini,Gərək səhvlərinə dözə birtəhər.Dözərmi söyləddik?... Mümkündürmü bu?Kədər ürəyini yeyib gedirdi,Bilmirdi səbəbkar kim olduğunuO, özü-özüylə üsyan edirdi.Alaraq özünü ələ birtəhər,Yollandı yanına o Zülfiyyənin.Bu sirri mən ona açmasam əgər,Pozular gələcək həyatım mənim.Yəqin ki, duyaraq vəziyyətimi,Zülfiyyə bu səhvi bağışlar,-dedi.Aparardım sirri mən qəbrə kimi,Bunun sonrası da axı var,-dedi....Zülfi inanmadı qulaqlarına,Hərləndi başına sanki Yer onun.Bir istilik qondu yanaqlarınaHalını görənlər hiss edər onun,Bir söz söyləmədən yollandı evəDüşdü üzüquylu öz yatağına,Ürək tab edərmi belə bir səhvə?-Sığışa bilmədi qız otağına.Durub radionu qoşdu bir azdan,Yayıldı otağa Zeynəbin səsi.Keçdi ürəyinin yeddi qatındanSevən bir ürəyin həzin nəğməsi:“Ürəklə oynamaq çətindir, çətin,Bu ən ağırdır hər cinayətin.Mən sənin yerinə olsaydım, yəqin,Ölərdim, eşqimi ayaqlamazdım...”Sonra da götürüb o, dəftər-qələm,Köçürtdü kağıza ağlı kəsəni:“Mən sənin üzünə baxa bilmirəm,Necə dinc buraxır vicdanın səni?” Mən razı olmaram, məndən ötəri,Kimsə bədbəxt ola, odlara yana.Qayıt, tap o qızı, gülsün gözləri,Mənim bu səhvim də dərs olsun mənə.Özün bilirsən ki, düşünsən bir az,Vicdansız ürəkdən məhəbbət olmaz.Sən rəva bilsən də özünə bunu,Mən razı olmaram ömrüm uzunu...”EPİLOQ ƏVƏZİDüşdü yavaş-yavaş şər qaranlığıGöylərdə ulduzlar yanıb-sönürdü.Canında dünyanın pərişanlığıTorpaqda bir ocaq tüstülənirdi.Qızlar Əliyardan üzcək əlini,Onun ürəyini bədbinlik aldı.Unuda bilmədi öz əməlini,Tay-tuşlar ev oldu, o subay qaldı.Məhəbbət hər şeyə boy verən deyil,Nə qızıl bəxşişdir, nə zər dondur o.Ləkə yox, toz belə götürən deyil,Saflığa, düzlüyə etalondur o.Ötəri ehtiras, yersiz zarafat,Onun sularında həll olan deyil.Sevə bilməyənlər acizdir hər vaxt,Sevənlər, heç zaman peşiman deyil. 1978Eldar ELOĞLU (HACIYEV),ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.