AYNURƏ ULDUZ (1981) Poeziya, Müsabiqə 15 Kasım Jurnalist və şair-publist Aynurə Ulduz (Aynurə Yunsur qızı Teymurova) - 1981-ci ildə Abşeron rayonun Ceyranbatan qəsəbəsində anadan olub.Ali təhsilidir. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. "Qızıl Qələm" Media Mükafatı laureatıdır, "Azərbaycanın Fəxri" "İlin Yazarı", "Ilin Jurnalisti" "Feşakar Jurnalist", "Dəmir Yumruq", "Ilin Vətənpərvər şairi" "İlin Nəgməkar şairi”, "Ustad Şəhriyar", "Nəsimi" və s. çoxlu sayda fəxri diplomlara layiq görülüb.AJB-nin, Azər.KİVİHİ-nin və ASKEF-in üzvüdür. "XXI əsr, ədalətli iş, düzgün söz" qəzetinin redaktoru və məsul katibi, "Əsrin ziyalıları" qəzetinin xüsusi müxbiri, "Yurd" jurnalının redaktor müavini, "Ay Tv1" (internet tv) və "Laçın TV"-nin (internet tv) layihə rəhbəri və tele-aparıcısı; "Şeir Dünyamız" ədəbi məclisinin sədri olaraq fəaliyyətini davam etdirir."Əsrlərə körpü" antologiyasının redaktor müavini, "Yaşıl işıq", "Günəşə sarı", "Günəşə doğru", "Təbiət ruhumdur", "Vətənə gedən yol" və "Ömür silsiləsindən" (tanınmış ziyalıların həyat və yaradıcılığı haqqında məlumat) nəşrlərinin layihə rəhbəri, təsisçisi və baş redaktorudur.İstedalı şair-jurnalist xanım bir çox maraqlı məqalələrin, şeirlərin də müəlifidir. Müxtəlif pozeziya antologiyalarda, almanaxlarda, qəzet və jurnallarda şeirləri dərc olunub.Türkiyede hazırlanmış "Türk şeir Şeçkisi" almanaxında silsilə olaraq şeirləri işıqlanır.“Axtaracaqsan” adlı şeirlər kitabının müəllifidir.Məmmədli Elmira adlı qız övladı vardır.Biz də Aynurə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az QÜRUR İLƏ DALĞALAN!Bayraqların içində yeganəsən bayrağım!Üç rənginlə fəxrimsən,əfsanəsən, bayrağım!Koroğlular,Babəklər öyünc yerim, dayağımQoca Şərqə mayaqsan! Qürur ilə dalğalan!Yadellilər həmişə köks ötürdü,sarsıldıTorpağıma göz dikdi,lakin sonda basıldıƏbədi,enməz oldun, paxtaxtımda asıldınQoca Şərqə mayaksan! Qürur ilə dalğalan!Həmişə sadiq olduq Rəsulzadə irsinəHeydər baba səsini qatdı xalqın səsinəAynurə elan etdi bütün yer kürəsinə:Sən yenilməz, sən haqsan! Qürur ilə dalğalan!ŞUŞADIR QİBLƏSİ AZƏRBAYCANINŞuşadır qibləsi Azərbaycanın,Şuşadır haqq səsi Azərbaycanın!Sən ey Vətənimin qüruru Şuşa!Musiqi beşiyi, uğuru Şuşa!Üzeyir, Niyazi, Vaqif, NatəvanSənlə öyünmüşdür Bülbül, Xan hər an!Sən qəddar düşmənə qala bilməzdin,Xainin, oğrunun ola bilməzdin,Var olsun Sərkərdəm, qalib Ordumuz!İşğaldan qurtardı, azad yurdumuz!İndi qəddimiz dik, başımız uca,Şuşa fəxrimizdir, dünya durunca!ÇİÇƏK AÇAR DOĞMA DİYARNankor adamların hörməti olmazQədirbilməzlərin sərvəti olmaz.Torpaq babaların yadigarıdırTorpaq satanların qeyrəti olmaz.Sinəsi Arazla iki bölünənTarix boyu adı,sanı bilinənQarabağın bəxti qara olubdu,Xocalıda qanlar axdı selinən.Cahada çökmələr, qabarmalar varÇoxillik savaşlar, çox qovğalar var.Aynurə Ulduzam,arzumdur mənimYenə çiçək açsın bu doğma diyarBütöv Azərbaycan olsun bəxtiyar.İLLƏRİMİ ALDIN ƏLİMDƏN(Rəfiqəmin dilindən)Bir zaman bir könül çiçəyin idim,Zalım, illərimi aldın əlimdən.Qarşında dayanan göyçəyin idim,Qara tellərimi aldın əlimdən.Deyirdin ki, sən mənim mələyimsən,Arzumsan, diləyimsən, ürəyimsən,Ömür yolumda sən gərəyimsən,Gözəl illərimi aldın əlimdən.Demək, yalan oldu sözlərin sənin,Əğyara baxdımı gözlərin sənin?Demək əbəs yerə gözlədim səni,Gözəl illərimi aldın əlimdən.Sanma ki, Aynurə bağışlar səni,Yenə taleyinə naxışlar səni,Gecə-gündüz ruhum qarğışlar səni,Gözəl illərimi aldın əlimdən.TƏƏSSÜF Kİ...Mən səni seçməkdə səhv eyləmişəmHayıf, ilk eşqimi məhv eyləmişəmGəncliyim günahkar olsa da beləSəni bağışlayıb əfv eyləmişəm"Ağ atlı oğlanı tapdım", sanırdımGözəl bir insanı tapdım, sanırdımSən demə, sevgimin gözü kor imiş:O zaman eşqimlə mən də yanırdımAyıldım, anıla anıla qaldımSevgisi danıla danıla qaldımAynurə Ulduzam, qismətimə bax:Təəssüf, yanıla yanıla qaldım.VAR OLSUN!Vətənimin hər qarışına qurban!Xoş yazına,qarlı qışına qurban!Tarix yatan hər bir daşına qurban!Qədir bilən ellərimiz var olsun!Vətən daim övladların çiynində Həzilərin,Poladların çiynindəMərdlərimin yalnız vətən eynindəQədir bilən ellərimiz var olsun!"Vətən sağ ol!"deyər bizim analarOğulların öyər, bizim analarOnların içində Aynurə də varQədir bilən ellərimiz var olsun! 07.08.2020BAŞ ƏYİRƏMGörməmişəm Qarabağı,Sədasını eşitmişəmQəlbən sevib o, torpağıÜrəyimlə isitmişəm.Bu torpağın hər qarışıHamımıza doğma,əzizVətən üzük,Şuşa qaşıCoşaq,adı gələndə biz!Bu xalq düşmən üzərindəƏsrlərlə zəfər çalmış.Çox dahinin əsərindəİgidlərin adı, qalmış.Şimal dinsiz,cənub yağıYaxın qonşu xain olduTalan etdi QarabağıŞəhidimiz, min-min oldu.Lakin basılmadı VətənXəncərində qın olmadı;Həmişə fəxr edəcəm mən:Bizlərdən satqın olmadı...Düşmən pərən-pərən olduOrdumuz qələbə çaldı!Tutduğumuz doğru yolduBu zəfər tarixdə qaldı.Aynurəyəm,şəhidlərinRuhuna rəhmət deyirəm!Qazilərin, igidlərinQarşısında baş əyirəm! KÖLGƏSİZLİK SƏHNƏSİBax, bu gələn təşər adamFilankəsin kölgəsidirFilankəs də filankəsinArxasıdı ,"bəlgəsidir"Xoş əməldir kölgə olmaqÇox pisdi kölgədə qalmaqArxasıza kölgə olmaqİnsanlığın bəhrəsidir.Kimə isə yalaq olmaqHibridləşib calaq olmaqSarmaşıq tək alaq olmaqSimasızın çöhrəsidir.Köməksizlik, arxasızlıqSayılmasın, ağlı azlıqKölgələnən, insan-yazıqÇürük ağac pöhrəsidir.Aynurə də desin düzünKölgədə gizlətməz üzünBu dünya çox kölgəsizinBir tamaşa səhnəsidir. 29.07.2019SORUŞ (Bir rəfiqəmin dilindən)Boynuma alıram qısqanclığımı,Kağızdan çıxıram öz açığımı.Səndə ki,zəbt etdin qəlb bucağımı,İndi məni küskün halımdan soruş.Düşünüb daşıdım dağı arana,Ürəyim ağrıdan boyandı qana.Nə sən ata oldun, nə mən bir anaSəbəbin o fələk, zalımdan soruş.Mən sənə vəd verdim, gücüm çatmadı,Mənə "yananlar"da addım atmadı,Yalançı dostlarım sözün tutmadı,İnanmırsan sağım,solumdan soruş.Aynurə Ulduzam mətanətim var,Qəlbimdə pak hissim, xoş niyyətim var,Eşqimə sadiqəm, dəyanətim var,Getdiyim ünvandan, yolumdan soruş.18.09 2016ZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.