ŞƏRİF ƏHMƏDOV (1952) Poeziya, Müsabiqə 23 Haziran 580 100 1 2 3 4 5 Şərif Həmid oğlu Əhmədov - 1952-ci ildə Qazax rayonunun İncə-dərəsindəki Aslanbəyli kəndində anadan olub.1969-cu ildə həmin kəndin orta mək¬təbini, 1972-ci ildə Bakı Plan-Uçot texnikomunu, 1976-cı ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.3 il təyinatla Astarada müəllim işləyib.1979-cu ildən Bakl şəhərində daimi qeydiyyatla yaşayır. 20 il rabitəçi işləyib.Hazırda təqaüdçüdür və bədii yaradıcılıqla məşqul olur.101 şeirdən ibarət olan “Ayrılığın 101 anı” adlı kitabı nəşr olunub.Biz də Şərif Əhmədova yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.ZiM.AzMƏNİ MƏN TƏK, SEVƏRSƏNMİ?İstəyirsən olum sənin,Ürəyinə dolum sənin.Sənin kimi, olum sənin,Məni mən tək, sevərsənmi?Yağiş olum, külək olum,Sənli eşqə, dilək olum.Çağiranda gərək olum,Məni mən tək, sevərsənmi?Gəl ol, ömrümün baharıSənsən sevgi etibarı.Versəm sənə ixtiyarı,Məni mən tək, sevərsənmi?Mən səni lap, çox sevirəm,Nəyin varsa, mən bilirəm.Axi dərdindən ölürəm,Məni mən tək, sevərsənmi?23.05.2023, Yeni Günəşli.***Şirin sözlərinə, inanıb gülüm,Gör neçə ildir ki, gözləyirəm mən.Yaman təklənmişəm, ay ömrüm-günüm Qayıt gəl ömrümə, dözməyirəm mən.Ötür günlər tez-tez , aylara dönür ,Gözlərim yollarda , dözürəm hələ .Sənsiz arzularım , qəlbimdə sönür ,Dəli adam kimi , gəzirəm belə .Mənim öz sözümdür , deyirdim sənə ,Salma məhəbbəti , gözündən gülüm .Sən də dəfələrlə , qayıdıb mənə ,Deyirdin sevgini , tək necə bölüm .İndi təklənmişəm , təkcə qalmışam ,Dərdimi sərimi , deyə bilmirəm .Olan ağrıları , sənsiz almışam ,Bəs niyə ölmürəm , deyə bilmirəm .27.05.2023, Yeni Günəşli.***Dedin görüşünə , gələcəm gülüm ,Səni gözləyirəm , gör nə zamandır .Gəl məni gözlətmə , ay ömrüm - günüm ,Sənsiz qalammıram , halım yamandır .Sənsiz ötüşməyir , günüm - güzarım ,Sevgilər qəlbimdə , çox narahatdır .Səndən ayrı düşsə , behim - bazarım ,İnanma qəlbimdə , hər şey rahatdır .Səni çox sevirəm , ey gözəl pəri ,Sənin sevgilərin , mənə həyatdır .Gözlərim yollarda , eşqim əzbəri ,Geciksən elə bil , sevgin boyatdır .Durub yollarında , gözlərəm səni ,Şaxta da boran da , aparsa məni .Mən səni sevirəm , eşqim əzəli ,Sevgim qurban kəsər , tapasa səni .05.06.2023, Yeni Günəşli .***Mən gələndə İncəliyə ,Elə bilmə , naz gəzirəm .Fikir vermə , mən dəliyə ,Qəlb oxşayan , saz gəzirəm .Qəlbimin gülən vaxtini ,Eşqimin dönən vaxtini .Sevginin sönən vaxtini ,Elə bilmə , az gəzirəm .Ürəyimin çağrilari ,Dərd yerini sarğilari .Sənsiz qallb ağrilari ,Durub - durub , az gəzirəm .Dəli kimi yatmayiram ,Fikrim çaşir tapmayiram .Arzulara çatmayiram ,Elə bilmə , az gəzirəm .Bir sədəfli, saz gəzirəm .09.06.2023, Yeni Günəşli .TAPŞIR GÖZLƏRİNƏ, BAXMASIN MƏNƏNə qədər şirinsən , doğmasan mənə ,Ay mənim sevgimdən , küsən kimsənə .Nə qədər tapşırım , deyim mən sənə ,Tapşır gözlərinə , baxmasın mənə .Döyünmür ürəyim , dayanır sənsiz ,Günlərin keçsə də , könülsüz mənsiz .Elə mən dəliyəm , ölürəm sənsiz ,Tapşır gözlərinə , baxmasın mənə .Sənli sevgilərlə , alıram nəfəs ,Etmisən dünyanı , mənə dar qəfəs .Qalmayıb sevgidən , daha bir həvəs ,Tapşır gözlərinə , baxmasın mənə .Sən mənim eşqimin , şeri qəzəli ,Ay özü gül - çiçək , dili məzəli .Sən mənim gözümdə, dünya gözəli,Tapşır gözlərinə, baxmasın mənə.13.06.2023, Yeni Günəşli.SƏNSİZ NECƏ QALARAM Oda salmisan məni ,Dedin sevmirəm səni .Ey bəxtimin gözəli ,Sənsiz necə qalaram .Bəxtimə sən çixmisan,Məni oda yaxmisan.Niyə mənə baxmirsan,Sənsiz necə qalaram.Adin çixmir yadimdan,Alişmişam odundan.Anlamadim dadindan,Sənsiz necə dözərəm.Qariş - qariş gəzirəm,Hər dərdinə dözürəm.Axi səni sevirəm,Sənsiz necə qalaram.23.06.2023, Yeni Günəşli.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.