MEHRİ CAN: "YETƏR Kİ, SEV MƏNİ!" Ədəbiyyat » Poeziya 29 Temmuz 534 0 1 2 3 4 5 Mehri Can, həvəskar yazar. Bakıda yaşayır.Slavyan Universitetini bitirib.Müəllimədir.SEVGİLİM!Kimsə məni səntəksevə bilmədi,Kimsə mənə səntəkdəyər vermədi,Kimsədən bu qədərşəfqət görmədim,Bu qəlb unudurmusəni, sevgilim?!Bağlı kitab idim -sən vərəqlədin,Sönmüş hisslərimisən təzələdin,Bu yanan qəlbiməsən su çilədin,Bu qəlb unudurmusəni, sevgilim?!Qaranlıq könlüməsən işıq saçdın,Solmuş bağçalarımsənlə gül açdı,Bütün qəm, kədərimsəninlə qaçdı,Bu qəlb unudurmusəni, sevgilim?!Hər zaman yanımdaqalasan mənim,Loğmanım, təbibimolasan mənim,Sevgiylə, şəfqətləyorasan məni,Bu qəlb unudurmusəni, sevgilim?!Bu yorğun ruhumuntufanısan sən!Bu şair könlümünilhamısan sən!Bu asi qəlbiminsultanısan sən!Bu qəlb unudurmusəni, sevgilim?!GƏMİSİZ LİMAN...Könlümün limanınayan aldı yad bir Gəmi,O dərin sularınaatdı öz lövbərini...Könlümün suları təkyorğundu onun ruhu,Bir sevgiyə, şəfqətəo ehtiyac duyurdu...Onunçün Könül dəryamaçdı gen qucağını,Sarıb, sarmaladılarGəmini bol suları...Gəmi də yellənirdidəryanın qucağında,Həzin yırğalanırdıo, Könül limanında...Amma bir gün yorulduGəmi artıq durmaqdan,O hələ doymamışdıyad sulara dalmaqdan...Açılmaq istəyirdio, yeni dəryalara,Yan almaq istəyirdio, yeni limanlara...Könül sularım qalxdı,sahillərə çırpıldı,Limanı dilə gəldi,sanki o da yalvardı...Lakin Gəmi durmadı,lövbərini qaldırdı,Yeni sulara sarıo özünə yol aldı...Könlümün limanı boşqaldı o gündən bəri,O Gəminin yolunuillərlə hey gözlədi...Amma bir daha Gəmilimana qayıtmadı...Kaş heç könül limanıbelə boş qalmayaydı...Könül sularım yenəkükrədi, aşdı, daşdı,Hər tufanda qalxaraqqayalara çırpıldı...Könlümün limanı daağı dedi, inlədi,Çünki, artıq yox idiqucağında bir Gəmi...Allah heç bir limanıgəmisiz eləməsin!..DOĞUM GÜNÜM...Bu gün doğum günümdür!Heç sevmirəm bu günü!Bu gün gənclikdən mənibir il də çəkir geri...Bu gün mənim ömrüməbir yaş daha gətirir,Bu gün öz dəyərinihər keçən il itirir...Hər il doğum günündəbir il də yaşlanırıq,Sonra yenə günlərisaymağa başlayırıq...Doğum gününə qədərbiz günləri sayırıq,Sanki bir ildə deyil,bir gündə yaşlanırıq.Arada ozümüzübeləcə aldadırıq,Doğum gününə qədərbiz zaman qazanırıq...Uşaqkən mən də bu günbaşqa sevinc yaşardım,Bir yaş da böyüməyinecə fəxr sayardım...İndisə zaman mənimheç xeyrimə çalışmır,Artıq doğum günlərimənə sevinc yaşatmır...HƏYAT SƏN NƏ QƏRİBƏSƏN?!Gözəl bir mahnı vardı,Bir zaman oxunardı.Gənc ikən dinləyərdik,Amma heç fərq etməzdik,Nədən belə deyirik:"Həyat, sən nə qəribəsən?!"İndi yaşa dolduqca,Ömrü başa vurduqca,Həyatı yaşadıqca,Günbəgün yaşlandıqca,Yaman tez-tez deyirik:"Həyat, sən nə qəribəsən?!"Səhv etdik, qüsur etdik,Əyri getdik, güz getdik,Ya büdrəyib yıxıldıq,Ya dirsəklənib qalxdıq.Hey bu sözləri dedik:"Həyat, sən nə qəribəsən?!"Həyatda biz çox şeyləİmtahana çəkildik.Ayrılıq, yoxluq gördük,Aclıq, yoxsulluq çəkdik.Hər çətin anda dedik:"Həyat, sən nə qəribəsən?!"Ayrılıqlar qəlblərinSevgisini sınadı.Çətinliklər bizlərinİradəsin yoxladı.Zaman unutdurarkənOldu hər dərdə məlhəm.Həyat üzə gülərkənYox oldu kədər, ələm.Gün oldu razı qaldıq,Həyatdan biz kam aldıq.Gün oldu çaşıb qaldıq,Bilmədik ki, nə edək?!Tək onu deyə bildik:"Həyat, sən nə qəribəsən?!"Arzum budur həyatdaDərdlə, qəmlə, bəlayla,Qoy çəkməsin sınağaTanrı bizi bir daha!Hər zaman sevinərək,Heyrətlənərək deyək:"Həyat, sən nə qəribəsən?!"EŞQİMİZİN DRAMASI...Sənlə mən, iki sevgili,Səhnədə iki yabançı.Sənlə mən "Sevmirəm!" - deyən,Baş rolda iki yalançı.Sənlə mən - iki gözəl dost,Səhnədəsə tərs yağıyıq.Sənlə mən - iki yanan qəlb,Rolda iki buz dağıyıq.Hansımız, səncə, rejissor?Hansımız gözəl rol oynar?İçimizdə hələ susurMonoloqlar, dialoqlar.Süjet xətti qırıq-qırıqBu eşq ssenarimizin.Proloqu, epiloqu Bilinməyir sevgimizin.Peyzajımız solub nədən?İnteryerlər pərən - pərən.Hansımızdır baş qəhrəman?Hansımızdır sonra gələn?Dramadır, ya faciə?Bilinməyir ki, mövzusu.Povestmidir, ya da roman?Qarışıb bütün yazısı.Kulminasiya həddinəÇatmır nədənsə sevgimiz.Sanki düşübdür düyünə,Açılmayır müşgülümüz.Ya üzülək, ya düzülək,Bu eşqin sonun gətirək.Ya gəl səninlə birləşək,Ya da ömürlük bitirək.GÖZƏL HİLALIM!Pəncərəmin önünəgecə yenə Ay gəlib,Onu seyr edim deyəbu gecəmə pay gəlib.Mənim ilə görüşəgözəlim Hilal gəlib,Bədirlənib, bəzənib,tam bir dolunay gəlib!Gözümü qamaşdırırbu gözəlin işığı,Hər gecə seyr edirəmondakı yaraşığı.Odur uca göylərinnur camallı müşfiqi,Günəş kimi olmuşammən də onun aşiqi.Amma çox durmayacaqpəncərəmin önündə,Yavaş-yavaş çəkilibgedəcək öz yönündə.Mən də onu seyr edibhər gecə öz yerimdə,Sonra yola salıramo qaranlıq göylərdə...Necə də bənzərik biz,mən və sevimli Ayım,O da göylərdə yalqız,mən də yerdə tənhayım.Ondan başqa kimsəm yox,odur tək dərd ortağım.Nə yaxşı ki, varımsan,mənim gözəl Hilalım!BİLİRSƏN BUNU!Gedən getdi, arxasınca ağlama,Acı çəkib, ürəyini dağlama,Dönməsinə artıq ümid bağlama,Gedənlər qayıtmaz, bilirsən bunu!Sevən heç vaxt tərk etməz sevgilisin,Xəyanətə qurban verməz sevgisin,Nə aldatmaz, nə atmaz istəklisin,Kimsələrə satmaz, bilirsən bunu!İnsan heç unutmaz yarı olanı,Canından ayırmaz canı olanı,Arar bu pərişan halda olanı,Əli qandallı da olsa, bilirsən bunu!Gələcəksən deyə gözləyər səni,Gecə də, gündüz də özləyər səni,Sən elə sanarsan unutdu səni,O isə unutmaz, bilirsən bunu!Eşqin acısını çəkənlər bilər,Hər bir əzabına dözənlər bilər,Sevməyən sevəni haradan bilər?Nə bilim, bəlkə də bilirsən bunu!Mehriyəm, ürəyim onsuz qan ağlar,Gecəm də, günüm də onunla olar,Qəlbim də, ruhum da onu arzular,Ürəyimə yenə bir ümid dolar,Ümidlər son ölər, bilirsən bunu!YETƏR Kİ, SEV MƏNİ!Sən məni duyğunla sevsən,Mən sənin sevgilin ollam!Sən məni gözünlə sevsən,Mən sənin gözəlin ollam!Sən məni könlünlə sevsən,Mən sənin həvəsin ollam!Sən məni canınla sevsən,Mən sənin nəfəsin ollam!Sən məni qəlbinlə sevsən,Mən sənin ürəyin ollam!Sən məni ruhunla sevsən,Mən sənin mələyin ollam!Sən məni Göylər tək sevsən,Mən sənin Ulduzun ollam!Sən məni Günəş tək sevsən,Mən sənin Mehtabın ollam!Sən məni şair tək sevsən,Mən sənin ilhamın ollam!Sən məni yarın tək sevsən,Mən sənin tən yarın ollam!Yetər ki, sev məni, yarım!Mən sənin hər şeyin ollam!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.