İftixar Piriyevin ŞEİRLƏRİ... Poeziya, Borçalı, Qaraçöp 1 Ocak Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Əsrlərin o üzündən yol gələn,Aydın səma, açıq bəniz, ağ bulud,Şah vüqarım, iftixarım, fərəhim,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Hər qayanda, hər daşında izim var,Hər havanda, hər nəğməndə sözüm var,Hər obanda, ocağında közüm var,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Sən babasan, mən neçə min qardaşam,Tarixinə həkk olunan yaddaşam,Qoyma məni yaddan çıxam, yaddaşam,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!İrəvanda, Borçalıda çapıldın, Qobustanda qayalara yapıldın,Mən Dərbənddən, sən Təbrizdən tapıldın,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Aramızdan Araz boyda çay axdı,Günəş batdı, ulduz söndü, ay axdı,Daha bəsdi, gör neçə qış, yay axdı,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Qara bağda, qara baxta qar yağdı,Qıy qopardı, qəm oxudu Qaryağdı,Qan ağladım, gözlərimdən qor yağdı,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Sərvətinə tamah salan çox oldu,İgidlərin yaydan qopan ox oldu,Savaş yapdın, düşmənlərin, yox oldu,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Ömür baha, Vətən ömürdən baha,Bir haraya sarılaram silaha,Sən, bu savaş qoyma qalsın sabaha,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Hələ mənim iti görən gözüm var,Biləyim var, kürəyim var, dizim var,Sən darıxama, dizlərimdə dözüm var,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Neçə kərə çınqıl kimi dağıldın,Tənha qaldın, çabaladın, boğuldun,Sən, nəhayət dövlət kimi yığıldınAna Vətən, Dədə Ocaq, Ata Yurd!Bu torpaqda millətinlə min yaşa!Hikmətinlə, qüdrətinlə çıx başa!İmzanı yaz hər qayaya, hər daşa!Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Yaraşaram tarix adlı yaşına,Gecə-gündüz dolanaram başına,Qurban ollam torpağina, daşina,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Hər savaşdan sarsılmayan heyrətim,Damarımda coşan qanım, qeyrətim,Azərbaycan, misrim, cəngim, heyratımAna Vətən, Dədə Ocaq, Ata Yurd!Tarixlərə həkk olundu ismimiz,Tarix oldu dövlətimiz, irsimiz,Yaxşı baxın bu tarixə indi siz,Ana Vətən! Dədə Ocaq! Ata Yurd!Bu tarixdə xoş günümüz az oldu,Günəş doğdu, qar əridi, yaz oldu,Ruhumuzu oxşayan tar, saz oldu,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Bir gün bizim ağacımız göyərdi,Bu gün üçün qəm çəkməyə dəyərdi,Tanrı bizə al Günəşi göndərdi,Ana Vətən, Dədə Ocaq, Ata Yurd!Bu millətimin qan yaddaşı oyandı,Yumalandı, bir yumruqda dayandı,O yumruqda Heydər adlı od yandı!Ana Vətən! Dədə Ocaq! Ata Yurd!27.09.2011 Qalx ayağa, ULU TÜRK!..Qalx ayağa, ULU TÜRK! Ayaqla, tapdala, keç!..Bu yolda ya ölüm var, ya ad olum, özün seç!..Həyəcan təbili çal, sıraya dur, cərgələn,Mərmiyə dön, parçalan, qəlpə-qəlpə səpələn,Bir göz qırpımındaca düşmən üstünə ələn!Qalx ayağa, ULU TÜRK! Ayaqla, tapdala, keç!..Bu yolda ya ölüm var, ya ad olum, özün seç!..Oyansın qan yaddaşın Koroğlu nərəsindən,Düşmənə əyilməyən Babəkin haqq səsindən,Qurtuluşa səsləyən “Bozqurd əfsanəsi”ndən Qalx ayağa, ULU TÜRK! Ayaqla, tapdala, keç!..Bu yolda ya ölüm var, ya ad olum, özün seç!..Sıyrıl paslı qınından, milləti pələng elə!..Qələbə müjdəsiylə hücuma keç, cəng elə!..Müqəddəs bayrağını göylərə çələng elə!.. Qalx ayağa, ULU TÜRK! Ayaqla, tapdala, keç!..Bu yolda ya ölüm var, ya ad olum, özün seç!..Silaha sarılmağa tarixi fərman gərək!..Biz qan istəməsək də, fəqət, qana qan gərək!Millətə qalib Vətən!.. Vətənə bir ŞAN gərək!..Qalx ayağa, ULU TÜRK! Sərhəddini özün seç...Bu yol sənin yolundur, Bu yolu SƏN!-KENDİN keç!.. * * *Bu ömrü mən yazmamışam,Bu ömrü yaradan yazıb.Bu yolu mən azmamışam,Bu yolu İftixar azıb.Bu qəbri mən qazmamışam,Bu qəbri bu ömür qazıb.14.03.2015. * * *Men bir türküm, türkçüyüm,Aşkım – sevdam Turandır!Turan diyen her kese,Benim canım kurbandır!Ben her sabah aynadaTürk oğluna bakarım.Yarınların yüzüne,Güneş gibi çakarım!Bir kimseden korkum yok,Çünki Türküm, türk korkmaz!Sesim Türkün sesidir,Türkün səsi hiç susmaz!Atilayım – Göktürküm,Ertoğrulum, Osmanım!Atatürküm – ben türküm,Cihan kadar cihanım!Nerde varım, yaşarım,Orda Turan yaşıyor!Bütün canım, varlığım,Yalnız Turan taşıyor! * * *Mən göylərə baxanda,Buludun rəngi döndü.Göylərdə tufan oldu,Yerdə işığım söndü.Mən finişə çatanda,Ayağımdan yer qaçdı.Ayağımdan qaçan yerBaşqasına yol açdı.Ruzumu Allah verdi,Bəndə əlimdən aldı.İftixarın yığvalıYenə Allaha qaldı.* * *Gecə-gündüz çalışdım,Açdığım səhər oldu.Meyvəli bağ becərdim,Yediyim zəhər oldu.Yalnız sevinc payladım,Çəkdiyim qəhər oldu.Min ümidlə yaşadım,Ömrüm birtəhər oldu.Qayğılar qucağındaAt üstə yəhər oldum.Nardaran. 13.03.2015.* * *Məni doğan günəşinMəndən doğan günəşdən xəbəri yoxdur.Xəbəri yoxdur mən doğan günəşdən də kimsənin.Bircə xəbərin var idi sənin,sən də belə...Mən günəş kimi doğulsam da, bir yağış kimi öləcəyəm bir gün,elə-belə...Sonra buxarlanıb günəşə dönəcəyəm.Çünki, günəşə dönür ən sondabütün günəşdən doğulanlar.Məni günəş kimi doğub, yağış kimi öldürəcək,Allah da günəşdən doğulanların günəşə döndüyünü özü bilə-bilə.10.03.2015.* * *Heç kəsə güvənmə,heş vaxt dünyada.Güvənmək istəsən,güvən özünə.Nahaqqın önündə başını əymə,Canını qurban versözün düzünə.11.02.2015.* * *Həyat əzazildi, sən bundan sonra,Mənsiz yaşamağa öyrən, a qızım.Mən də bu gün varam, sabah... nə bilim,Əzab daşımağa öyrən, a qızım.Atasız çətindi, bilirım, ancaq,Əzazil şeytanın ürəyi yansın.Yaramaz, qaniçən, murdar iblisin,Boynuna zəhərli ilan dolansın.Mənsiz yaşamağa alış, a qızım,Özünü sən çətin günlərə öyrət.Mən heç, öyrənmişəm dərd daşımağı,Sənə qəsd eləyən iblisə lənət!* * *Sən mənim yadımdasan.Mən necə, sənin yadındayammı, salxım söyüd?Kimin qapısında kölgə salırdın milyon il bundan qabaq günəşdən gizlənənlərə,kölgənə gələnlərə,kölgəndə ölənlərə?Mən milyon il bundan qabaqhələ südəmər vaxtımda kölgəsində yellənən beşiyimdəyırğalandığım salxım söyüdü tanıyırdınmı,salxım söyüd?Onun da kölgəsinə gəlirdilər,yayxanıb dincəlirdilər,bəzən daldalana bilir,bəzən dözməyib, yıxılıb ölürdüləranamın laylaları mənim yuxulu təbəssümlərimdə,Səsimi kəsə bilmirdi laylalar belə, bəzən də.Milyon ildi azmışıq yolumuzu,tapa bilmirik bir-birimizi eloğlu,sən də, mən də...İndi ümid qalmayıbdı bu milyon ildə laylalara danə səndə, nə məndə...Nardaran. 06.02.2015.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.