SƏDİ YARADANQULU (1954) : RÜBAİLƏR Ədəbiyyat » RÜBAİLƏR 3 Ekim ***Əzizdir torpağı, Vətənin daşı,Bilinmir ayağı, - Vətənin başı,Sədi, qorusaydıq bütöv Vətəni!...Qəhrəman olardı hər vətəndaşı. ***Önündə baş əyim, çöküm diz üstə, Düşüm ayağına, düşüm üz üstə, Qaldır qədəmini, Ana, ay Ana! Öpüb ayağını qoyum göz üstə.***Səs salma, güllərin qaçar yuxusu, Əl vurma, güllərin qaçar qoxusu,Çəmənin qoynunda buta güllərin,Vədəsi gələndə açar çoxusu.*** Sədi, sevgini böl dostla, tanışla, Gələn qonaqları güllə qarşıla.Görəndə dostların uğurlarını, Mərhəba söyləyib, sən də alqışla.***Həya-abır olmaz həyasız üzdə, Çalış abırsızdan özünü gözdə.Sədi, bedasıldan daima uzaq ol,Bil ki, min məkr var hər şirin sözdə.***Ayağım yerdədi, əlim göydədi, Duydum, torpaq nədi, bildim göy nədi?Mən Vətən deyəndə ağzımda dilim,Köksümün başında ürək göynədi...***Bir qarış torpağın üstündə insan, Qan töküb hər zaman, qan tökür hər an.Onu analarsanmı, ey aqil insan!Torpaq sənin deyil, sən torpağınsan!..***Nərdtaxta tək oyuncaqdır ömrümüz,Ağ-qaralı daşa bənzər günümüz.Sədi, hər gün zər atsaq da fələklə,Hər oyunda uduzuruq yenə biz.***Kimi bu dünyada gəzir cəh-cəlal,Kimi bu dünyada çəkir ah-məlal.İlahi! Verdiyin bu naz-nemətdə,Kimi haram gəzir, kimisi halal.***Bu ocaq daşıdı, bu bucaq daşı,Götürüb çiyninə, daşı-ha-daşı,Nazını çəksən də soyuq daş kimi,Səni anlayarmı, söylə hər naşı?***Bu torpaq dərdidi, bu Vətən dərdi,Yağı gül bağımı vətəndə dərdi...Deyən çox, - şairin heç dərdi varmı?…Sədinin dərdi var… - bir Vətən dərdi.***Ömrün şum yerində gül əksək də biz,Təsəlli tapanmır yenə qəlbimiz.Vətən Qarabağa, bir gör nə vaxtdan Həsrətli qalmışıq, biz, - hər birimiz…***Görüşünə gəlmişəm nazlı dildarın,Əlimdə bir dəstə güllə, nigarın.Sədi, əvəzinə qönçələr öpdü,Qönçə dodağından gülüzlü yarın.***Gülün yaxasına açanda rüzgar,Çatlayıb qanayar qönçə dodaqlar.Hər səhər görürəm, qönçə tək sənin,Qanayıb dodağın, ey gözəl nigar!***Ləlvərə qar düşdü, əlim üşüdü,Pərən- pərən düşdü, elim üşüdü.Ələsgərin yurdu, Göyçə deyəndəAğızım içində dilim üşüdü...***Hər müdrik sözündə min bir hikmət var, Aqillər hər sözdən inci-dürr tapar.Ey Sədi, cahillər anlamaz səni! Tapdığın xəzinəni özünlə apar. ***Yaxşılıq toxumu əksən qəlbində,Şirin söz cücərər bil ki, dilində.İnan ki, o zaman söz xəzinənin,Bütün açarları olar əlində.***Ağac tez yıxılar yoxsa dayağı, Çıraq da tez sönər, yoxsa da yağı.Çürük ağac kimi tez yıxılarsan,Əgər dostlarından çoxsa da yağı. ***Bivəfa dostları axtarma, anma,Vəfasız yar üçün yaxılıb yanma.Sədi Qədiroğlu çalış, həyatda Hər kəsi özünə vəfadar sanma!***Çalışıb-əlləşib əgər töksən tər,Getməz bu əməyin heç zaman hədər.Sevinclər içində xoş keçsə ömrün, Onun getməsindən tutmazsan xəbər.***İşvənlə, qəmzənlə ey nazlı mələk!Sədini gəl üzmə, nazınnan əl çək.Məni Tanrı sənə aşiq yaratmış,Səni də mənimçün yaratmış göyçək.***Ataya-Anaya bəslə məhəbbət,Böyüyə-yaşlıya sən elə hörmət.Çalış, hər bir şeyin yerin biləsən…Doğmaya dəyər ver, dostlara qiymət.***Bu qoca Sədini sən bir az dinlə,Gəl otur üz-üzə, söhbət et mənlə.Onda görərsən ki, dediyim sözlərTam bir həqiqətdir, düşünsən zənnlə.***Bir az diqqətli ol, sən asta yeri, Ayağını yerə bas, asta yeri.Ruhlar inciməsin torpaq altında,Danışıb səs salma, sus, asta yeri.***Kişi tək sözünü sən üzə söylə,Duraraq üz-üzə, göz-gözə, söylə.Arxadan söz atmaq kişilik deyil...Əgər sözün varsa çıx, üzə söylə.***Sədi haqqı sevib, haqdır əməli, Haqq üstə qurulub onun təməli.Harda haqsız görüb tənbeh eyləyib, Haqqa səsləyibdir hər bədəməli,***Zirvədə deyirdim..- zirvə mənimdiGördüyüm gül-çiçək çöl-çəmənindi.Gül-çiçək solanda onu anladım,Biz qaratorpağın, zirvə çənindi.***Vətən məndə yaşar, mən də vətəndə, Yaşarıq bir yerdə, biz bir bədəndə.Bir gün mən də dönüb vətənləşərəm...Həyatım tükənib, ömür bitəndə.***Qəm mənə doğmadır, mən də ki, qəmə,Ehtiyac duymuram daha heç kimə.Gedib sığınıram tək qalan zaman,Qəm adlı vəfalı, mən bir həmdəmə.***Bir dincliyim yoxdur bu yer üzündə,Gözüm yer axtarır göyün üzündə.Nəşim torpaq altda, ruhumsa ancaq,Bəlkə, dinclik tapdı göyün üzündə.***Ataların sözü dürdür, incidi,Çoxları düz sözdən durdu, incidi.İnciyən, başınız daşa dəyəndə,Deyin, daş dəyən yer çoxmu incidir?***Sevgi müqəddəsdir, eşq müqəddəs,Bunu bilməlidir hər sevilən kəs.Görəsən anlarmı məhəbbət nədir?Sevgini oyuncaq o sayanlar bəs.***Vaxt vardı, hər eşqin dəyəri vardı, Gəl, indi aləmi dolaşaq, görək,Leyli tək, Məcnun tək bir sevən vardı?...***Şəm yanıb əriyir şölə saçaraq,Pərvanələr gəlir, qanad açaraq,Ürəyimiz şəm tək yandığı zaman,Bəs, bir gələn varmı, görüb-qaçaraq?...***Göyə bax, yerə bax, bir də hər yana, Görərsən göy sirri, yer xanə-xanə.Hər qarış torpağın öz yiyəsi var,Adamlar sığmayır deyən cahana?...***Gərək bu hikməti anlasın hər kəs,Qəm-qüssələr çəkmək deyilmi əbəs!Dərindən düşünsək bilərik onuNədir insan ömrü? - Bir quru nəfəs...***O cansız dağ-qaya, biz canlı insan,Onlar bir-birinə dayaqdır hər an.Bəs nədən onlar tək bir-birisinə Dayaq ola bilmir şüurlu insan?***Gecə qaranlıqdan ucaldı bir səs,Söylədi: - Bu dünya bizlərə qəfəs.Çox olub “bu dünya mənimdir” deyən,Dünya öz yerində, deyən hanı bəs?...***Dünyaya gələndən dözürük dərdə,Bizdən əskik olmur kədər də, sər də.Sədi, de ürəklər necə sevinsin,Kədər olan yerdə, qəm olan yerdə?***Varmı bu dünyada günahsız bir kəs?Varsa da söyləsin, söyləsin o kəs!Gəlmişik dünyaya pak və günahsız,Gedirik günahkar niyə görən bəs?ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.