Rauf İlyasoğlu: Cinaslı və cinassız rübailər.. Ədəbiyyat » RÜBAİLƏR 19 Ekim * * *Kəhrabalar düzülübdü rəngi sarı,O salxımlar əl eyləyir bizə sarı.Ayırmayın məni doğma ellərimdən,Çox incitmə, gəl yaramı asta sarı.* * *Möhtac qalmaz tox olarsa göz, ələ,Könül sevən o gözələ göz elə.Əsli-kökü bilinməsə gözəlin,Gəl inanma hər sürməli gözələ.* * *Səhvim olsa, unut, etmə biruzə,Mən düşmüşəm gedər, gəlməz bir izə,Çox sifətli nadanlardan qaçaram,Mən mayıləm səndə olan bir üzə.* * *İgid gördüm sinə üstə yay asan,İgidlərin xoş sədasın yayasan.Öz sevgini sevdiyinə deməyə,Aşkar etmək ya çətindir, ya asan.* * *Gəl utanma, öz eşqini desənə,Məndən gizli nə söyləsə, desə nə?Sevgilimə məktubumu yetirsən,Bir hədiyyə alacağam de, sənə.* * *Dəlidağdan enib, qalxaq o dağa,Nökər idi od püskürür od, ağa.Yurda həsrət qalan dözə bilərmi?Körpə uşaq naləsinə, o dağa.* * *Mənə canım deyən əhsən, yaşa, yar!Gördüm sənin gözlərində yaş, a yar.Çox olsa da bu millətin yazarı,Nizamilər əsrlərlə yaşayar.* * *Məndən uzaq əriyərsən, əri, di,Comərd gördüm qorxmaz, igid-ər idi.Vətən dedim qurbətdən xəbər gəldi,Bir ah çəkdim, dağ, dərələr əridi.* * *Dünya görmüş kişi halal qız arar,Özün satan namussuz o qıza, ar!Mayasına naxələflik qatanın,Üzü bil ki, hər cahanda qızarar.* * *İstəyirsən top-top oyna, top, ala!O dünyaya xoş əməllər topala.Qaçhaqaçda gəl etibar eləmə,Nə çolağa, nə də ki o, topala.* * *Cana dərman, yediyin o bal, adı,Analara şirin olan baladı,Öz elindən qaçqın, köçkün düşənə.Yaşamaq da çox çətindi, bəladı.* * *Nəm torpağa çürük taxta döşəmə,Yaxşı olar körpə cağa döş əmə.Elə bilmə düşünmürəm heç səni,Boş sözlərlə qabırğama döşəmə!* * *Səbr elə ki, çatasan sən hasilə,Baxma nankor, göz yaşını ha silə.Kara gəlməz, tutsan saman çöpündən,Dözməz kimsə qasırğaya, ha selə.* * *Öyüd təsir etməz o kar qulağa,Sırğa zinət verər qızda, qulağa.Məmləkətdə hamı xoşbəxt dolana,Aramızda fərq olmaya qul, ağa.* * *Gəl dil vermə boşboğaz o dilə sən,Adam gördüm yalan sözdən dil əsən.Eşit məni, sevinərsən bir gün sən,Gəl qarğıma, dosta xoş gün dilə sən!* * *Fürsət düşsə, əzab vermə girova,Kəklik, turac uçsa, gizli gir ova.Rüşvət ilə demə ki, iş düzələr, Çapıb tala, girəvədi, girəvə.* * *Əhsən olsun tez mənzilə çatana,Gir yuxuma muradına çat, ana.İşin düşsə çox müşkülə, çətinə,Şükür edək dadımıza çatana.* * *Söz desən də ya nadana, ya daşa,Əhsən olsun səndəki o yaddaşa.Haram yolla qazandığı kimsənin,Tamah salma bişirdiyi yad aşa.* * *Kimsə bilməz sevdiyim o yar adı,Qarabağsız canım necə yaradı.Təpərsiz dost öz dostunu qınadı,Dost dostuna görən necə yaradı?* * *Dərdlərimə gecə-gündüz oyana,Səndən ayrı dözə bilməm oy, ana.Yurd yuvama doğma elə dönmədən,Niyə məni qoyub getdin, oyan, a...* * *Qara qaşlı gözəl idi Güluzə,Qaşqabaqlı dayanma gəl gül, üzə.Alma yanaq, qaymaqdodaq, buxağa,Tay tapılmaq qönçə çiçək, gül üzə.* * *Ağılsız qız gödək geyər, dar alar?Bir gün yusan donun necə daralar.Günahsıza quyu qazan namərdin,Vaxt gələcək dünya ona dar olar.* * *Gəl ürkütmə otlayan o qoyunu,Göz ol, təmiz yusun qızlar qoy, yunu.Təndir qala, qoyma köz hədər gedə,Xəmir ötər, yığ bir yerə qoy, unu.* * *Görsən sevin tüstü çıxan bacalar,Sultanlar da rəiyyətdən bac alar.Gəlin, deyim qardaşlara çox yanan,Xoşbəxt olun görüm sizi, bacılar!* * *O ceyranın qadasını alasan,Ağlım kəsmir çətin onu alasan,Gəl dəyişmə öz ləhcəni, dilini.Qədeş olma, gəla demə, ala, sən.* * *Yurda həsrət qalan gözü yaşarar,Yalan sözdən çəkirsənmi Yaşar, ar?Kimsə baxsa ötən ömür yoluma,Alnımdakı qırışlardan yaş arar.* * *Qarşısını alaq güclü alovun,Sərrast vurdun, sənindir gəl, al ovun.Gözəl ceyran tumarlasa belini,Xoşun gəlsə, al qoynuna, al, ovun,* * *Hər sirr vermə yoldan ötən kiməsə,Böhtan sözdən kim qızara, kim əsə.Öz işini elə tut ki, axırda,Borclu sayma özgəsini,kimisə.* * *Düyü var ki, ad qoyublar tamaşa,Sovet sədri qadın idi Tamaşa.Çox duz atma, bişsə yağda tam aşa,Teatrda göstərirlər tamaşa.* * *Öz atımı ötən ata çatana,Çırpı yığıb topaladım, çat, ana.Bilikdə biz mərc eyləyək, yarışaq,Gəl Sabirə oxşa görüm, çat, ona.* * *Qədir gəlib oxuyaydı şikəstə,İgid qanı axar şəhid o kəsdə.Rəhimli ol, pul gözünü örtməsin,Bastalama, kömək eylə şikəstə.* * *Qıyıq gözsən, gözlərin qıyma-qıyma,Oxu atma, o ceyrana gəl qıyma.Qonaq gələr birdən kimsə evinə,Əti doğra kötükdə qıyma-qıyma.* * *Balta vurma yaşıllıqda bitənə,Çirkli yerə birə düşsə, bitə nə?Şoran yeri şumlasan da nə fayda?Seçmə toxum əksən, görən bitə nə?* * *Yoxuşa qalx, uzansa da ha dərə,Meyvə boldur, qızlar bağdan ha dərə.Gəl mənalı dövran sürək həyatda,Bax, gec olar , ömür gedər hədərə.* * *Bağla sinən üstə açıq düyməni,Qıyma gülə, qırma qönçə düyməni.Qəfil öpsəm sənin bal dodağından,Gəl duy məni, duymasan hə, döy məni.* * *Arvadından narazı o incik ər,İnci sözdən görən kimsə inciyər?Gəl bu ömrü məna ilə başa vur,Kişi kimi yaşa, olma ağ ciyər!* * *Toxunmayıb sənə yəqin yad əli,Qovub bizi yurddan nankor yad eli.Almasaq biz yağıdan yurdu geri,Qoy desinlər bizə fərsiz, ya dəli.* * *Düz sözümdən qanmaz çətin ki qana,Yırtıcıtək düşmən susayıb qana.Göyərçinlər dövrə vura havada,Yuva sala, hər yerə uçub qona.* * *Şükür eləyin, dərin deyil yaram, az,Sürt ehmalca tez sağaldar yara, maz.Ha yaxşılıq eyləsən də qanmaza,Qanan deyil, gönü qalın yaramaz.* * *Unutmayın nə mizrabı, nə simi,Yaxınlaşır gözlə əsən nəsimi.Diri-diri soyub dara çəkilən,Yaşayacaq qəlbimizdə Nəsimi.* * *Ağıllıya yemək verdin, bə dəli?Yaxın getmə, içib qızıb badəli.Nisyə alma, o satıcı göygözün,Gözü doymur, var çox ağır bəd əli.* * *Hörmət eylə, müqəddəsdir, atalar,Günah olar, ahılları atalar?Uzaq mənzil qət eyləyən kişilər,Yabı deyil, yorğa gedən at alar.* * *Dolaşdırma düyün düşər ilgilər,Naşükürə ağır olan il gələr.Əriş-arğac saplarını hörəndə,Naxışlarda gözəl olar ilmələr.* * *At əsanı yaraşmayır əsa, sən,Sevən gözlə danışanda əsəsən.Böyük-kiçik yeri bilməyən kəsin,Əllisini şil-küt edib əzəsən.* * *Satqınları dillərindən asasan,Çətin deyil yuxarıdan as, asan.Ziyan çəkməz baxan böyük sözünə, Atan deyən sözə qulaq asasan.* * *Tapdığına şükür eləsən, aza sən,Gedər-gəlməz yolla gedib azasan.Diqqət ilə bax ləpirə izə sən,Azmaq üçün ləpirsiz gəl, az, asan.* * *Unutma ki, gecikirsən qatara,Qulaq asaq gəl təsnifə, qatara.Sən özünə eyləyirsən pisliyi,Xeyri yoxdur, tülkü kimi qat, ara.* * *Məni görmək istəyəndə bəzən gəl,Hər gün gəlmə gecə vaxtı, bəzən gəl!Kölgə görsən, öz kölgəmdi, qorxma ha,..Demirsən ki, bir dəfə də bəs, sən, gəl!* * *Öz canımı alsan da, qıyma-qıyma,Əti doğra xəngələ qıyma-qıyma.Ana-bala gəzən zərif ceyrana,Gəl ox atma, yazıqdır, qıyma, qıyma!* * *Piston alsan, dənə-dənə qırma al,Qızıl gülü gəl dibindən qırma, al.Ara qatan salıb yenə qalmaqal,Verdiyini al, bu işlər qurma, al.* * *Necə olar paltar arıq, ya kökə,Çuğunduru sıx, qarışdır sən, kökə.Həsrət qaldım çırpı yanan təndirə,Bişirərdi anam, ləzzətli kökə.* * *O xəstənin tapılarmı əlacı?Uşaqlıqdan oxuyasan əlaçı.Hər aşpazı çağırmayın məclisə,Adam var ki, nə xeyri var, əl, acı.* * *Gözəl sözlər deyib bizə atalar,Günahı yox, o körpəni atalar.Döyüş vaxtı dostun qəfil qaçarsa,İgid dostun vəfalısı at olar (atalar).* * *Vətənini kişi kimi qoru sən,Köz keçdisə, gəl dağıtma qoru, sən,Yazqabağı beçə-balın kəsərik.Arıları qurddan-quşdan qorusan.* * *Eniş olsun, yoxuş olsun, ya dərə,Bel bağlama bədəsilli yad ərə.Yetişsə də, üzümün salxım-salxım,Gəl özün dər, qoyma kimsə, yad dərə.* * *Nə deyəsən bicdən olan bicə sən,Cıdır düzdə yağıları biçəsən,O kəhrəba sarı salxım, yetişib.Sünbülləri vaxtında tez biçəsən,(Mən kəsmərəm səni, körpə beçəsən).* * *Canı qoru, yaxın qoyma azarı,Varmı onun ya həyası, az arı?Ölər əgər çalsa onu yüz arı,Onu çalan bir, ya iki, az arı.(Yalançısan, inanmazlar ha zarı!)* * *Mərd deyirsən sözü namərd üzünə,Mail oldum şirin dilli sözünə.Nəğmələşən şeirlərin dolaşır,Qarabağa, Şirvan, Muğan düzünə.* * *Pəncən ilə gəl sakitcə, gəl incə,Ətirli çay hazırdı, sən gəlincə.Öpsəm əgər buxağından, üzündən,Gəl incimə sevgilindən, gül, incə!Yəhya əmi, hamı deyir Yaya sən,Quzuları çıxart qışdan yaya sən.(Ot-ələfdən qaldı bina, taya-sən)Küküdəki xoş simalı üzlərin,Qonaqpərvər xasiyyətin yayasan.* * *Dost qəlbini incitməyib duyasan,Atı tutdun, tək qalıbdı day, asan.Külək kəsib, qızmar günəş boylanıb,Təbiətdən ilham alıb duyasan.* * *Kefli söysə, fikir vermə, desə nə?O gözəldən nə xəbər var, desənə.Mənə könül bağışlayan gözəlin,Alacağam nə istəsən de, sənə?* * *Özün gülsən oxşayırsan gülə, sən,Deyib hər an şadlanasan, güləsən.Gül görmüşəm zəif külək titrədən,Ləçəkləri tez tökülən gül, əsən.* * *Heç görmüsən yalan sözdən düz əsən,Hər gözələ nəğmə qoşub düzəsən.Gəl lağ etmə gül-çiçəkli kəndimə,Bax həsrətlə, dağ-dərəyə, düzə, sən.* * *Gəl deyişək, təcnis yazaq, sən də yaz,Axan çayı yoxla, dərin, ya dayaz,Hər fəsildə aləm gözəl görünər,Qonaq gəlin qışda, yayda, ya da yaz!* * *Yod, ya duz bas ağrıyan o dişinə,Aslan üçün erkək nədir, dişi nə?Söz deyəndə qımışırsan üzümə,Çox şinəmə, şinəyirsən, di şinə!* * *Gəl güvənmə nə nadana, alçağa,Qalx hündürə, lağ eləmə alçağa,Körpə gördüm kimsəsizlər evində, Öz balandır, qucağına al çağa.* * *Əhsən olsun atı möhkəm çapana,Yersiz sözdən gəl alışma çapana.Qalaq-qalaq yazdıqlarım saralıb,Kömək eylə, bir kitabın çapına.* * *Səsi yoxsa, o adam heç oxumasın,İstəyirəm mən Qədirin oxumasın.Niyə yordum o ceyranı yatan yerdə,Şəklim üstə kamanımla oxum, asın!* * *Yersiz sözlər demərəm ki, oxşatsınlar gülüncə,Görməmişəm, gör nə qədər çiçəyincə-gülüncə.O gözəlin gecə-gündüz pərvanəsi olaram,Bircə kəlmə hə-söyləsin gülmərəm, o, gülüncə.* * *Zəli iynəsini sancıb üzümə,Həsrət qaldım o kişmişi üzümə.Yalan, böhtan, iftiraya inanma,Hər tənəli sözdən gəl məni üzmə.* * *Əyləci bas, vermə gücü sən qaza,Ova çıxsan, at ördəyə, ya qaza.Ehtiyatı gəl əlindən vermə sən,Boğularsan, ayıq yat ha, bax, qaza!* * *Öyüd versən ,qanan deyil ,o,kürdü,Qınamayın ,dürüst,qorxmaz o kürdü,Əgər hər kəs öz günahın anlasa,Deməz təqsir sakit axan o Kürdü. * * *Çatmaz ona boyum, necə boyludur,Əl qaldırma, görmürsən ki, boyludur.Hər şairə öz diyarı gözəldir,Şairlərin yurdu Qazax, Poyludur.* * *İki şəhər bir adlanır Astara,Uşaq yatır, qışqırma, asta ara.Çox şişməkdən pencəyin də sökülüb,Möhtac qaldın köhnə cındır, astara.* * *Səy də, gic də, yersiz gülən özünsən,Hamımızdan uca-boylu uzun, sən.Gəl etibar etmə yoldan ötənə,Öz işini özün danış, özün, sən!* * *Həkim! Bu qız sağlamdısa, sağ alım,Deyinməsin, dərd çəkməyim, sağalım.Göy çəməndə otlayan o inəyin,İçim südün, yenə sağsan sağ, alım.* * *Gəl əyilmə nə bəylərə, nə xana,O xınadan deyil, gördüyün xına.Meyxanadır, çayxanadır, nə bilim,Nə xanədir, mən bilmirəm, o xana?* * *Siqaret də, ziyan verər, çox çəkmə,Bax, kömürsüz şişə kababı çəkmə.Çox gəzmisən ayaqların şişibdir,Çust al geyin, olmaz sənə o çəkmə.* * *Bir busə ver tez ayılıb sağalım,Pul gələcək qaşınanda sağ əlim.Deyirsən ki, bəxtimə dilli çıxıb,Evlənəndə de, şikəst yox, sağ alım.* * *Çox qaşıma, yara olar, az qaşın,Məftun edir məni, sənin göz, qaşın.Gəl bir dəfə hə de, qadan canıma,Barmağında gəzdir yaqut, ləl qaşın.* * *Yediyin ət maş, kişmişli aşnandı,O cür mallar tez pas atıb aşınandı.Neçə ildir, bilirik, gəl gizlətmə,Qulluq edən sənə hansı aşnandı?* * *Adam gördüm durub necə cərəli, Qubadlida bir kənd vardi Çərəli. Bir söz atsan yerindən tez tullanıb, Oraq kimi kəsər ha bi çər Əli. * * *Sən çatanda hava çoxdan qaralar, Yalan deyən kəsin üzü qaralar.Gecə gəlsən dağa çıxma kəsə gəl, Cığırla gəl, dağ-dərəni qar alar. * * *Rauf bil ki ömür keçdi yarıdan, Fərsiz oğul olmur heç də yarıdan. Səhvin duyan geri dönər yarıdan, Ayılaydım bu yuxudan yarı dan. * * *Tısbağatək düşmən çəkilib qına, Susayıbdı onlar necə gör qına. Azad edək Qarabağı gəl bu gün, Nə özünü, nə də ki, məni qına. * * *Məsləhətləş heç olmasa sən bizlə, İnanmırsan gizli tək gəlib izlə. Gönü qalın o adama ha desən, Xeyri yoxdur döy, ya da ki, ha bizlə. * * *Yaralasaq ilan bizi çalardı, Toyda kimlər oxuyardı çalardı.Yeməsəydin üzlü südün qaymağın, Nənən dadlı, üzlü qatıq çalardı. * * *Anam süzən çayım mənə şirindi, Fərhad deyil dağı çapan Şirindi. Ana görsə muma dönər şir indi, Ana dilim görün necə şirindi. * * *Qərib oldum öz elimdə anasız, Bu dünyanin nə dəyəri anasız. Istəmərəm olsun kimsə anasız, Anaları sağlığında anasız.* * *Qışda tez-tez bişir xəngəl,ərişdə,Dedin tez gəl,yeyək,təkəm,ər işdə,Dolaşdırma arğac sapın, saymışam,Yəqin düyün düşüb, axtar ərişdə.* * *Toy eləsən, desən gələrik biz də,Xonçaların hazır qalıbdı bizdə.O qanmazın adamlıqda tayı yox,Xeyri yoxdur, təsir etməz, ha, bizdə!* * *Şairlərin gecə gələr ilhamı,Qoruyun siz Heydər oğlu İlhamı.Ağdamda toy-busat ola bu gündən,Sevinə, şad ola, həmin il, hamı.* * *Kimi müftə yedi, kimi qazandı,Aşı tamlı edən, o mis qazandı.Mərdimazar o kəslərdən uzaq ol,Belələri ayaq altı qazandı.* * *Xain düşmən pusqudadı,Möhkəm saxla silahı.Al şəhidin qanın sonra,Çıxart qəlbdən sil ahı.* * *Qarda yeyəsən qazı.O yeri dərin qazı.Gecəni çox üşüdük.Kəsiblər yenə qazı.* * *Göz tox olsa, elə bilmə möhtac qalar göz, ələ,Yazdığım o qəzəlləri gəl həsr elə gözəllərə.Elə yazma, yazdıqların qarışmasın xəzəllərə,Xalq hər zaman qiymət verib Vahid yazan qəzəllərə.* * *Əlavə et o şeiri də bu bəndə,Ziyan verməz sel körpüdə bu bəndə.Zəlzələ, ya tufan dağıtsa yolu,Neyləsin, de yazıq, kasıb, bu bəndə.* * *«Halal» yazıb, satma bizə haramı,Öz yurdumdur Ergi düzü, Haramı.Torpağımı işğal edən alçaqlar,Alsın azarımı, yesin haramı?* * *Cərgə ilə addımlayıb düz yeri,Quş qripi bürüyübdü düz yeri.Salam olsun aləmlərin Rəbbinə,Altı günə yaradıb göyü, yeri.* * *Qansız, bu yazığın boğazın üzüb,Çayın o tayına, o necə üzüb?Görün neçə ildir Ağdam dardadır?Ürəyimi qəm, intizar çox üzüb.* * *Nadan oğlu dəvə kimi nə qızdı,Bilirsənmi o gözəl qız, nə qızdı?Soyuq-soyuq şorbanı verdin mənə,Zəif qazla çaydan, qazda nə qızdı.* * *Dedim gəlsin, qoy işləsin fəhlədi,Namərd oğlu məni yaman təhlədi.Arada bir gəzib dolan ölkəmi,Gəzməli yer Borçalıdı, Təhlədi.* * *Qaradır bu qızın kirpiyi, qaşı,Tez yandır üzərlik, yanını qaşı!Seyr edib baxasan dağdan, düzlərə,Hər zaman gözəldir zirvənin qaşı.* * *Qədim paytaxt olub bizim Ərdəbil,Qonşum olub iki dəfə ərdə, bil.Gəl qəlbindən çıxart nifrəti, kini,Nankor övlad salar səni dərdə, bil.* * *Tonqal üstən tullananda o yandı,Uşaqlar da qışqırıqdan oyandı.And içsə də, inanmaram mən ona,Gəl demə ki yaddan çıxıb oy, andı.* * *Çətin olar xalçanı əllə yumaq,Eşitmədin? Dedim ki saxla, yuma!Çox bükülüb, qocalmısan, elə bil,Gəl öyünmə dönüb olarsan yumaq.* * *Yoxlasam bilərəm nə var o başda,Əyləşib yenə də o qanmaz, başda.Səhərdən lal durub baxırsan mənə,Şeir deyirsənsə, denən, di başda.* * *Qızmar günəş nəm paltarı qurutdu,Sızan neft yaşıllığı qurutdu.Nə pendirdir, nə də Şamaxı şoru,O yediyin qatıq deyil, qurutdu.* * *Meyvə boldur, yığın asta, hey dərin!Ha baş vurdum bu göl elə hey, dərin.Xatırlayın qəlbinizdə hər zaman,Unutmayın xidmətini Heydərin.* * *Qədir oxuyaydı «A dili-dili»,Rəhimldir, unutmayın Adili.Hər deputat oxşayaydı kaş ona,Yox çoxunun mərd yanında, a dili.* * *Udu gözəl ifa etmiş o Məhsəti Gəncəvi,Bir dövrdə yaşayıblar Şeyx Nizami Gəncəvi.Rübailər, o «Xəmsə»lər yaradan sənətkarlar,Xatırlanır hər zaman təxəllüsü Gəncəvi.* * *Bil ki ömür keçir, yaş olsa əlli,Qocalanın əsər vücudu, əli.Kamil şəxsiyyətlər tanıyıram mən,Dost olub Raufla Mir Haşım Əli.* * *Dərdin tapın, qollarımda şiş vəzin,Öyrənirəm qafiyə, ölçü, vəzn.Varmı tayı laçınlı Sultan bəyin,Qədrin bilin, İdirişoğlu Əvəzin.* * *Əriyəcək şorbaya düz sal atın,Ləzzətlidir, nə dadlıdır salatın.«Kitab evi» kömək edir çoxuna,Əhsən olsun yazıçıdır Salatın.* * *Əjdaha ilandır, o iki başlı,Danışırsan yenə də ikibaşlı.Dərdini de, unutma mərd dostunu,Əlac edə sənə saf, iki başlı.* * *Azadlıq aşiqi mərd Xəlil Rza,Tükənməz mənbədir o Rəsul Rza.Rübai karvan eli dolanır,Çəkməsin ağrı-dərd, dost Oqtay Rza.* * *Bordaq kəlin buraxsan vuracaq qıza-qıza,Söz deyəndə qızarır, həyalı o mərd qıza.Dəmiri döyəcləsən dediyin tək alınmaz,Gərək dəmir sobada yumşala, möhkəm qıza.* * *Mənsum necə muğan üstə köhləndi,Çapdığın at yorğa gedən köhləndi.Arıq-uruq yığılsa da bir yerə,Kök adamla yarış görüm, köhlən di.* * *Namaz qılan gördüm əməli pak, düz,Dediyi hər sözü edir o sözsüz.Adam var möhürdən ayrılan kimi,Yenə şeytanı yol seçir o duzsuz.* * *Tapdalasan şahmar ilan çalardı,O vaxt kimlər oxuyardı, çalardı.Gecə südün qaymağını yesən də,Nənəm yenə üzlü qatıq çalardı.* * *Yoxlasan, bilərsən nə var o başda,Əyləşib yenə də o qanmaz başda.Səhərdən lal durub baxırsan mənə,Şeir deyirsənsə denən, di başda.* * *Çalış hər an sənə yanan dosta yara,Kələk gəlmə sevdiyin o doğma yara.Doğulduğum yurda, elə həsrət qaldım,Qarabağsız ürəyimiz düyün, yara.* * *Çox dadlıdı səhər südlü o yarma,Yaş odunu kor baltayla gəl yarma!Bu dərmanlar xeyir vermədi cana,Boş söhbətdi özünü çox da yorma!* * *Dağ basdılar ona ucu şiş mili,Gəz Şirvani, ya Muğanı, ya Mili.Toxuduğum ipi çox dolaşdırma,İtirmişəm, tapsan tez qaytar mili.* * *Keçi piyi kömək edər, tez ovun!Gözdən itdi kəklik, qırqovul ovun.Məndən ayrı gəzmə ceyran balası,Sevinərsən, gəl sən mənimlə ovun.* * *Böyük bəstəkardı Qarayev Qara,Dost dosta yaxmasın heç zaman qara.Gözünə çöksə də nə duman, nə çən,Qara demə yağan ağappaq qara.* * *Vokal sənətinin banisi Bülbül,Cəh-cəh vurar bağda o sarı bülbül.Sən də get yetimlə qismətini böl,Bölərdi qismətin kasıbla Bülbül.* * *Dost dadına dost yetişə, dost qala,Pənah xanın qalasıdır o Qala.İki sevən xoşbəxt ola, şad ola,Rəvadırmı oğlan ölə, qız qala?* * *Abşeronda qoyun cinsiydi Qala,Yaxşı insan qəlbdə hər zaman qala.Ad qoyanda qoyma Nata, ya Qala,Baxıb yanma dalınca qala-qala.* * *Nabələd düz yolda yolunu azar,İnsanın üzündə olsun bir az ar.Soyuqdan özünü qışda gözləsən,Səndən uzaq olar dərd, bəla, azar.* * *Biz çatsaq da, onlar hələ daldadı,Tapmaz bizi heç kəs bura daldadı.Qara ya çil beçə yesən yaxşıdı,Dadı dəri, boyun, ya da daldadı.* * *Ürəyimə bu nisgili o yaxdı,Analardı gecə-gündüz oyaxdı.Sil gözünü, qəlbim para-paradı,Göz yaşların leysan olub oy! Axdı.* * *Qurunun oduna o yaş da yandı,Rüşvət cibin arxa, de ya da yandı?Ulaq zığa batsa bir dəfə batar,Döyəcləsən demə niyə dayandı.* * *Yaraşıqsan canım, sən bizim elə,Gələndə de, ya da bircə him elə.Söz deyəndə yalan demə, düz danış,Nə qeybət qır, nə belə de, nə elə.* * *Çox uzağa getməz itən danalar,Pis əməli qınayalar, danalar.Get kəndinə, uzun ömür sürərsən,Ağlı olan qoyun, ya dana alar.* * *Tapdaladın, indi ilan nə çala,Bu düzlərdə olmaz çaxır, nə çala.İti kərəntiylə ot çala-çala,Qulaq asaq Rəmiş bir segah çala.* * *Göy çəmənə yağdıqca qar a yağa,Bəy gələndə gəlin qalxa ayağa.Nökər oğu indi özün bəy sanır,Onu görən təzim edir, ay ağa!* * *Muğam oxunanda gəl səsin alma,Fayda verər yesən gündə bir alma.Gördüyüm, sevdiyim o gözəl qızı,Bəyəndim, ay ana, onu al maa.* * *Acı xəbər bizi yaman çox üzdü,Dostum burdan o tayadək çox üzdü.Südün qaymağını almasan əgər,Qatıq olar dadlı, həm də çox üzdü.* * *Çeşmədən gələn su sızqayla axır,Haqqa gələ dinsiz, imansız, axır. Maymaq, tənbəl olsa əgər naxırçı,Pinti olacaqdır hər zaman axur.* * *İlyas Qəmgin körpü tikdi dərədə,Bəndlər durur görən Dəvədərədə?1O tayda biz qora yığıb yeyərdik,Deyərdilər gilə-gilə dər, ədə!* * *Paxıl, acıdildir qonşum Pirəli, Qəlbi təmiz, pakdır fağır pir Əli. Qurban dedi azad ola Qarabağ, Nəzir verər yenə o Pirə, Əli.* * *Yolun üstə qanqal bitsə, o an, qır! Yersiz yerə bağırırsan, di anqır! Dam axıtsa, qır əridib tez qırla, Sən tapmasan, mən taparam o an, qır!* * *Görmək üçün gəz Misiri, Yəməni,Seçirsən seç, bir dost kimi ya, məni.Şuşa hələ düşmən tapdağındadır, Axtarıram qaçqın dostum Yəməni.* * *Meyl eləmə həll bişməyən aşa sən, O aş yeyən ad qazanıb Aş əsən. Yağı kəsib dağlarımı, zirvəmi,Qartal olub qayaları aşasan.* * *Nəfin görər satan, ya xırda alan,Alver edib öz işində qurdalan. Tanımazsan, gözəlləşib Xırdalan, Nə uduzar, nə büdrəyər kürd alan.* * *Yeznəsini çox istəyər bu baldız, Süfrəmizdə bol olsun fətir, bal, duz,Suallara cavab yazdım dübbədüz,Yenə çatmır texnikuma bir bal, düz.* * *Canım-gözüm, qanımdır, doğma anam Sərəncam,Heç zaman unutmaraın dərdimə oldun əncam.Qarabağ azad ola, düşmənləri məhv edək, Qələbə müjdəsilə gözləyirik "Sərəncam".* * *Köhlən ata nalbənd vursa nal əmi,Çəkdin sitəm, eşidirsən naləmi. Dolansan da Rauf kimi aləmi, Möhtac qaldın cıdırda de, nalamı?* * *Məhəbbətlə sevən tapa, ya aza, Məhəbbəti qəlbdə tapa, ya yaza. Gəl kişi ol, aldatma məsum qızı,Məhəbbətsiz sevən çıxmaz ha, yaza.* * *Ellimizdir, demə ona yad elli, Ağdamımı zəbt eyləyib yadelli. Qara olar üzü, qeybət qıranın, Onlar olur fəndkir, ya bic, ya dilli.* * *Gözəlləşib Qazax, Tovuz, Quba, Qusar, Xain düşmən məkrlidir, səni busar. Zəli kimi millətinin qanın soran, Haram yolla pul qazanan bir vaxt qusar.* * *Yaxın getmə, bir də gördün dəvə qızar, Karvan ürkər, səhralarda sarvan azar. Veyil-veyil çox avara gəzmə daha,Abrın olsun, heç olmasa bir az qızar!* * *Fira yenə öküz təki bir də qızdı, Xatırladım, elə bil ki, həmin qızdı. Bir saatdır hələ çayın qaynamayıb?Süz, yandıq ki, kifayətdi, bir az qızdı.* * *Naz eləmə, səsin varsa, di oxu! Boş-boşuna atma hədəfə oxu. Dərs başlayıb, iki kitabın çatmır, Atan alsın bir Rəsmixət, bir Oxu!* * *Əsir əlin-qolun, o çatma qaşın, Elə bil ki, Birə düşüb az qaşın! Sıldırımlı qayaları adlayıb, Seçək nişangahı, zirvənin qaşın.* * *Sevinib toplaşıb camaat gur, şad,Xar olsun aranı qatan namərd, yad.Əsilli dostları unutma, oğul!Atanla dost olub, qardaşdı Gürşad.* * *Şair axtarıram yazıma baxsın,Yazıma, qışıma, yazıma baxsın.Şair axtarıram eynəyin taxsın,Məni sözləriylə yandırıb yaxsın.* * *Çatlayıbdı axçilərin dabanı,Erməni-rus qurtararmı davanı?Göyçə mənim öz doğmaca gölümdür,Atır ortalığa Yanlar da, Vanı.* * *Əsəbimiz çəkilib tıxaclarda tarıma,Şikayətə baxan var, əbəs yerə zarıma.Köhnə o sarı simlə çox da ki, zilə qalxma,Qiymət verib dövlətim mənim qədim tanma.* * *Dözməyəcək nə döşəmə, nə tavan,Kimlər ilə olacaq görən davan? Biz Şuşanı geri ala bilməsək,Birdəfəlik küsər Vaqif, Natəvan.* * *Bol yetişib bostanda qarpız, qovun,O körpənin belin astaca ovun. Hər sözümə don geydirən kəsləri,O namərdi aranızdan tez qovun!* * *Ermənilər şər-şəbədə yazandı, Gələn bəlkə xamdı, de ya azandı. Ay imansız, yeyib-içib yatırsan, And içmişdin, yenə içdin, yaz, andı!* * *Gözüm qalıb o yollarda, dərədə, Haqsızlığa dönməz dağ da, dərə də. İlyas körpü tikdi, yarımçıq qaldı,Bəndlər durur görən Dəvədərədə?* * *Saat birdir, görmürsən ki, azandı? Gələn yəqin xamdı, ya da azandı. Tövbə edən and içmişdi-içmərəm,Dinə gələ, qalıbsa da, az andı.* * *Dəb düşübdü hər küçədə bir dönər,Yolun azan, görən düz yola dönər?Yeyib yatma, idman elə hər səhər,İnsan qocalanda yumağa dönər.* * *Ünvanını de, mən gəlim haraya? Səbr eyləyin, Allah çatar haraya. Sevdiyini aşkar edə bilmədin.Heyfslənmə, ermənidir ha, Raya.* * *İdmançıydı Knyazın oğlu Qara, Ağartıya deməyin heç vaxt qara.Dubay necə isti olurmuş, Allah, Onlar yəqin həstət qalıblar qara.* * *Oynama gəl o dəhşətli od ilə, Bal-şəkər qat məlahətli o dilə. Qurban olum, lay-lay deyən o dilə, Allahımdan səbr, xoş günlər dilə.* * *Dərdlərimə gecə-gündüz oyanan, Fikrimdən alışıb köztək o yanan. Nıyə məni qoyub getdin, oyan, a... Səndən ayrı dözə bilməm, oy! Ana!* * *Lay-lay deyən ana dilin şirindi, Fəryad deyil, dağı çapan Şirindi.Anam süzən çayım mənə şirindi,Ana görsə, muma dönər şir, indi!* * *Bir bəladı dediyim o Bəybala, Gəl dinc otur, dinlə məni, ay bala! Babası da seçilən bəy olubdur,Yola getmir mənimlə bu bəy, bəla!* * *Hər sözünü Rauf gəlib incələr, Səs salmasan onda atan dincələr. Üzük necə gör yaraşır Laləyə, Xəlq eyləyib Allahım incə əllər.* * *Hər gün yesə, gümrah edər bal onu, Geri saldı, çatmadı bir bal onu. Aparmısan Saraydan süd, qatığı, Məəttələm, qaytar qardaş, balonu.* * *Dost olub atamla Gözəlov Qoca, Qürurlu xeyirxah dağlardan uca, Mikayıltək igid böyüdən ata,Ona hörmət edər həm cavan, qoca.* * *İgid, qəhrəmandır, mərd Allahverdi,Eldar da, Əmir də öz sözün dedi.Yeddi bacılara qardaş göndərən,Gözəl müjdə payın tək Allah verdi.* * *Kəndin beçə toyuğunun bu dadı, Bağban bağda ağacları budadı. Xəstə bilməz ağzındakı o dadı, Yediyin bud hansı quşun bud adı?* * *Sağ-sol çiynimizdə yazır Məleykə, Kömək olsun bizə Mədinə, Məkkə.Allaha şükr edən xeyrini görər,İki bacım hər ikisi Məleykə.* * *Kəl oğlandır, çox güclüdür o, kəltək,İşimizə pəl vuracaq o pəltək. Nə qaynayıb, nə qarışır dostlara, Söz deyəndə böyüyür necə mal tək.* * *İkıyə bölünmüş o torpağımı, Qəmli sətirlərlə necə sağaldım? Vətən qəmi qubar etdi qəlbimi, Ürəyimdə dağlandıqca dağ aldım. * * *Seyr edəndə səhər dağın ətəyin,Gəl dağıtma görsən arı pətəyin.Öz elinə, yurda nankor çıxanlar, Görəcəklər zərbəsini kötəyin.* * *Bürün o yun şalı, yorğanı ya da,Görəsən düşərəm nə vaxtsa yada. Sən atlı olmusan, mən də piyada. Ummaram, demərəm nahaq söz yada.* * *O, ceyranın qadasını gəl alın, Möhürə çox dəysə sağalar alın, Ağdam hələ yağı tapdağındadır,Gəlin hücum edək, yurdumu alın.* * *Görüm meyvələrin hər yaz nübarın,Almasın, heyvasın, gilasın, narın,Ləbləri bal dadan, gözəl ceyranın,Dostu alsın qadasını Nubarın.* * *Yolumu bağlayıb cadu eyləyən,Allah qənim olar sənə bir zaman.Quranı oxuyub sən dərk eyləsən,Şeytana uymazsan, onda o zaman.* * *Kəndə gələr dincəlməyə adamlar,Yurdu viran qalan, başsız o damlar.Qırlamasan damı əgər vaxtında,Yağış yağsa sızar evə a damlar.* * *İşdə kömək edər o güclü vəkil,Baladaydan qalıb yadigar şəkil.Müəllimə hörmət edin hər zaman,İxtisasdan dərs deyib bizim Vəkil.* * *Gəl oturma qeybət olan o yerdə,Yalan sözlər əlac edərmi dərdə?İçib qızıb hər yetənə söz atan,Nə satqına bel bağla, nə namərdə.* * *Gözəlliyin səs salardı cahana,Nur camalın, al yanağın solubmu?Gözəlliyi Xudam veribdir sənə,Təravətin görən yenə qalıbmı? * * *İkiyə bölünmüş o torpağımı,Qəmli sətirlərlə necə sağaldım?Vətən qəmi qubar etdi qəlbimi,Ürəyimdə dağlandıqca dağ aldım.* * *Qorxmaz comərd heç vaxt ürkü,Qışda geyin o yun kürkü. Unutmayın türk dünyası, O xilaskar Atatürkü.* * *Yandın elin dərdınə, Bağdan nəyi dərdin, nə? Mərd qardaşım Namiqin, Cavan ikən dərdi nə?* * *Qəlbdən nifrət silinə, Yol açıla könülə.O ecazkar gur səsi, Allah verib Könülə.* * *Kürd gözəli ağ daban, Dağda gəzir ağ Qaban.Şairlər oylağıdır, Kəlbəcərdə Ağdaban.* * *Qorxma, dəyməz Div, ana! Həsrət qaldım divana. Ağdabanlı Qurbanın, Bax yazdığı divana.* * *Yandım atəşə, nara, Çox yaraşır gül nara, Kasıblara hey yanan, Mərd insandı Gülnarə.* * *Mən olum haqqa qurban, Qoç kəs, Allaha qurban. Əsilli şair idi, O Ağdabanlı Qurban.* * *Şükr elə güllü yaza,Mən borcluyam İlyasa.Nə ola, gələ bir də,Qəmli bayatı yaza.* * *Gəlir gəlsin, neynək o da,Sirri vermə qonşu yada. Yanma nahaq, özgə oda, Bax, gedərsən birdən bada. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.