Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...
Təbrik edirik, VÜQAR ƏHMƏD!...Bu gün
Nəğməkar şair,
Tanınmış alim,
filologiya elmləri doktoru,
professor Vüqar Əhmədin
ad günüdür.


Yaxşı yadımdadır,
mənim onunla ilk tanışlığım
təxminən 15 il əvvəl AzTV-də
"Xalq yaradıcılığı" redaksiyasında
redaktor vəzifəsində
calışdığım illərdə
Musiqi redaksiyasının
baş redaktoru,
Azərbaycanın Xalq artisti,
sevimli bəstəkarımız,
hörmətli professor
Ramiz Mirişlinin
kabinetində oldu.

Sonralar bizim bu tanışlığımız
daha yaxın, daha yüksək
müstəviyə keçdi.

Təxminən üç il sonra
2003-cü ilin baharında
onun Yubileyi ərəfəsində
rəhbərlik etdiyim qəzetlərin
redaksiyaları və
Azərbaycan Respublikası
"Təhsil Mərkəzi" ilə birlikdə
təsis etdiyimiz
"Abdulla Şaiq" Fəxri Mükafatının
Təltif Komissiyasının sədri
görkəmli ədəbiyyatşünas alim,
məşhur tənqidçi, mərhum akademik
Kamal Talıbzadə ilə məsləhətləşib
Vüqar Əhmədi də həmin mükafatla
təltif etmək qərarına gəldik.

"Cənnət-Məkan" restoranında keçirilən
təntənəli, sazlı-sözlü, musiqili ədəbi-bədii gecədə
mən həmin mükafatı böyük məmnuniyyətlə
Vüqar müəllimə təqdim etdim, öz adımdan,
eləcə də Mükafat Komissiyasının,
xüsusilə də Komissiyanın sədri
akademik Kamal Talıbzadənin adından
təbrik etdim, səmimi və xoş arzularımızı çatdırdım.

Yüksək səviyyədə keçirilən həmin Yubiley tədbiri
sonralar televiziya verilişlərində yüksək səviyyədə
təqdim olunduqdan və bir neçə dəfə təkrarən
yayımlandıqdan sonra Kamal müəllim Vüqar Əhməddən
razılığını bildirməklə yanaşı, bizim onu təltif etməkdə
heç də səhv etmədiyimizi vurğuladı...

Sonralar Vüqar Əhməd ona olunan etimadı doğrultdu.
Bax ele buna görə də, sonralar Akademik Kamal Talıbzadə,
gənc və istedadlı alim V.Əhməd haqında bu sözləri yazdı:
"Vüqar Əhmədin yaradıcılıq spektri o qədər geniş və çoxşaxəlidir ki,
onu xarakterizə etmək üçün təkcə ədəbiyyatşünas olmaq azdır,
mənə elə gəlir ki, digər sahələri də bilmək gərəkdir...
Onun “M.C.Pişəvəri: həyatı, mühiti və yaradıcılığı” adlı monoqrafiyası (1998) Cənubi Azərbaycanda gedən
milli azadlıq və milli demokratik hərəkatın ictimai-siyasi zəmində inkişaf prosesi ilə yanaşı,
həm də milli demokratik mətbuatın və ədəbiyyatın inkişaf problemləri haqqında müfəssəl
tədqiqat əsəri hesab edilə bilər”.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədəliyev də Vüqar Əhməd haqda xoş sözlər deyib: “Vüqar Əhməd görkəmli alim, görkəmli şair, istedadlı nasirdir. Son dövrdə yazdığı iki romanını birnəfəsə oxudum. Çox şirin bədii dili var. Hər iki romanı milli nəsrimizdə öz layiqli yerini tutacaq. Ali məktəblər üçün yazdığı dərsliklər də çox qiymətli, səviyyəli, orijinaldır. V. Əhmədin yaradıcılığı haqda aparılan bu tədqiqatı qiymətləndirirəm və təqdirəlayiq hesab edirəm”.

Xatırladaq ki, Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakıda dünyaya göz açıb.


Əziz dostumuz, sevimli şairimiz,
ədəbiyyatşünas alim Vüqar Əhmədi
ad günü münasibəti ilə ürəkdən təbrik edirik.
Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
bədii yaradıcılığında, elmi pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq!..


P.S.: Bu günlərdə Vüqar Əhməd tədbirlərin birində qeyd edəndə ki, "mənə indiyə kimi bir çox mükafatlar verilib. Amma onlar arasında "ABDULLA ŞAİQ" Fəxri mükafatının xüsusu yeri var..."
İnanın ki, mən də sevindim. Sevindim ki, deməli mükafatımız həqiqətən də öz sahibinə çatıb...
Sağ ol, qardaşım!... Bir daha Ad günün mübarək!..
Arzu edirik ki, Yubileylərin və mükafatların ÇOOOX olsun!...

Dərin hörmətlə,
Müşfiq BORÇALI.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: