Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60 Elm, Borçalı, Başkeçid, Təbriklər, Arxiv 20 Nisan Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60Mən Bədirxan müəllimi - Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, Filologiya elmləri doktoru, professor BƏDİRXAN ƏHMƏDOVu (BAŞKEÇİDLİni) hələ tələbəlik illərimdəm tanıyıram... Ötən əsrin 90-cı illərinin əvvəlləri idi. Təxminən 25 il əvvəl... Onda o, "Vətən səsi" qəzetində çalışırdı... Mən də həmin illərdə artıq həyat yolumu müəyyənləşdirmişdim: Jurnalist işləyəcəyimə qərar vermişdim. Elə buna görə də, tələbə olsam da, o vaxtlar Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan "Azərbaycan", Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin orqanı olan "Vətən səsi", eləcə də "Azərbaycan" nəşriyyatında yerləşən digər bəzi redaksiyalarla müntəzəm əlaqə saxlayırdım. Hər dəfə nəşriyyata yolum düşəndə mütləq Bədirxan müəllimlə də görüşür, hal-əhval tuturdum. Həmişə də doğma el-obamızdan danışardıq. Bax belecə şirin söhbətimiz uzanardı... Onu da deyim ki, bizim dünyaya göz açdığımız kəndlərGürcüstanda, qədim Borçalıda başqa-başqa rayonlara tabe olsalar da,əslində bizim kəndləri bir-birindən cəmi bir təpə - təxminən 4-5 kilometrlik məsafə ayırır. Şindi dağının ətəyindəki təpənin bir üzündə bizim Bolnisi rayonunun Darvaz kəndi, digər tərəfində isə onların Başkeçid (indiki Dmanisi) rayonunun AzGəyliyən kəndi yerləşir. Kəndlərimizin əhalisi demək olar ki bir-biri ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri yaratmışlar. Bəlkə də Bədirxan müəllimlə məni bir-birimizə bağlayan da elə bu isti münasibətlər idi... Sonralar Bədirxan müəllim əmək fəaliyyətini AMEA Nizami adına Ədəbiyyat İnstitutunda davam etdirdikdən sonra bizim görüşlərimiz daha intensiv hal aldı və bizim əlaqələrimiz daha da genişləndi, elmi konfrans və məclislərdə, müxtəlif tədbirlərdə və ədəbi-bədii gecələrdə iştirak etdik. Onunla birlikdə hətta uzaq səfərlərdə - Polşada, Fransada olduq. Varşava Elmlər Akademiyasında, Ədəbi Araşdırmalar institutunda keçirilən Beynəlxalq Konfransda onun - AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi,professor Bədirxan Əhmədovun akademiyanın Nizami adına Ədəbiyyat İnstitutu haqqındakı geniş təqdimat məruzəsi böyük maraqla qarşılananda, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Polşa Elmlər Akademiyasının Ədəbi Araşdırmalar İnstitutunun direktoru, professor Nikolaj Sokolovski, PEA-nın Ədəbi Araşdırmalar İnstitutunun vitse-direktoru xanım Dorota Sovitska və b. çıxış edərək Bədirxan müəllimin məruzəsini çox maraqla dinlədiklərini, böyük məmnunluq duyduqlarını, bənzərliklərin çox olduğu Azərbaycan ilə Polşanın ədəbiyyat və mədəniyyətinin qarşılıqlı əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini bildirdikdə mən böyük qürur hissi keçirdim... Eləcə də, onun, mənim "Borçalı şairlərinin yaradıcılığında Yurd, Vətən obrazı" adlı məruzəmi necə diqqətlə dinlədiyini və məruzəmdən razı qaldığını gördükdə, həyəcanımı unutdum, sevincdən qəlbim riqqətə gəldi,ürəyim fərəhlə döyündü... Eləcə də, həmin gün konfarnasda çıxış edən digər azərbaycanlı alimlərin məruzələrindən də Bədirxan müəllimin necə razı qaldığının, onun dostlarının uğuruna öz uğuru kimi necə sevindiyinin bir dahaşahidi oldum...Eləcə də, Parisdə keçirdiyimiz unudulmaz günlər üçün bu gün də Bədirxan müəllimə minnətdaram. Bəli, Bədirxan müəllim, tanınmış ədəbiyyatşünas-alim,zəhmətkeş tədqiqatçı olmaqla yanaşı,həm də səmimi dost, mehriban həmkar, yurdsevər, vətənpərvər,qayğıkeş və xeyirxah insandır! Bir sözlə, sözün əsl mənasında GÖZƏL İNSANdır!ÖMÜR YOLUNDAN SƏTİRLƏR:Bədirxan Balaca oğlu Əhmədov 20 aprel 1955-ci ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində anadan olub. 1973-cü ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin) filologiya fakültəsinə daxil olub. 1977-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurub. 1977-1982-ci illərdə Sabirabad rayonunun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya daxil olub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif poleoqraf, baş poleoqraf, şöbə müdiri vəzifələrində çalışıb (1983-1990). 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda “Sabit Rəhmanın satirası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-ci ildən “Vətən səsi”, “Cümhuriyyət”, “Azərbaycan ordusu” qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib. 1993-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında olub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “Azərbaycan ordusu” qəzetində baş redaktor müavini işləyib. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda və istefada olan kapitanıdır. Qarabağ veteranıdır.Bədirxan Əhmədov 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. Aparıcı elmi işçi, baş elmi işçivəzifələrində işləyib. 2005-ci ildə “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 2006-cı ildə AAK tərəfindən ona filologiya elmləri doktoru, 2011-ci ildə isə professor elmi adı verilib. 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibidir. Professor Bədirxan Əhmədov eyni zamanda 2001-ci ildən Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı tarixi, Müasir ədəbi proses, Yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan mətbuatı tarixi, Jurnalistikanın nəzəri əsasları və praktik yaradıcılığından mühazirələr oxuyur. O, beş monoqrafiyanın, dörd proqramın, bir vəsaitin, iki dərsliyin, yüzdən çox elmi məqalənin müəllifidir. Müxtəlif qəzet, məcmuə və dərgilərdə, televiziya və radio verilişlərində müxtəlif mövzularda çıxışlar edib. 3 cildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabının iki cildi çap edilmiş, 3-cü cild isə çap prosesindədir.Bədirxan müəllim həm də gözəl ailə başçısıdır. İki övladı var. Ömür-gün yoldaşı Sevda Əhmədova uşaq həkimidir. Qızı Məltəm Bakı Slavyan Universitetinin, oğlu Səncər Türkiyə Orta Doğu Teknik Universitetinin məzunudur.Azərbaycan ədəbiyyatı tarixi üçün dəyərli kitabXX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə çoxlu sayda fundamental elmi araşdırmaların müəllifi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun bu dərsliyi son otuz ildə ədəbiyyat tarixçiliyi ilə bağlı aparılan ən yeni fikirləri özündə ehtiva edir. Dərslikdə Azərbaycan ədəbiyyatı tarixinin çox az tədqiq olunmuş bir mərhələsinin (1890-1920) hadisə, istiqamət və keyfiyyətləri yeni düşüncə orbitindən dəyərləndirilir. Müəllifin icmalları, təhlil və portret oçerkləri bundan sonra aparılacaq araşdırmalar üçün yeni bir nəzəri-metodoloji istiqamət açır.Dərslik bakalavr və magistrlər üçün nəzərdə tutulmuşdur. Bununla belə, ədəbiyyat tarixinin müxtəlif problemləri ilə maraqlanan tədqiqatçılar üçün də zəngin mənbədir. Qeyd edək ki, kitabın 3-cü cildi yaxın vaxtlarda çap olunacaq. Nəhayət, bu günlərdə Bədirxan müəllim bizləri daha bir fundamental elmi əsəri ilə - "XX YÜZ İL: Azərbaycan ədəbiyyatı" adlı dəyərli kitabı ilə sevindirdi. Biz də fürsətdən istifadə edərək, professor Bədirxan Əhmədovu həm anadan olmasının 60 illik Yubileyi münasibətilə, həm də yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatında, elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!... Onun 3 cildlik dərsliyinin əhəmiyyətini nəzərə alaraq 1-ci cildinin "Giriş" hissəsini aşağıda oxucularımıza təqdim edirik. Dərin Hörmətlə,Müşfiq BORÇALI. GirişXX əsr artıq başa çatmışdır; tarixi, siyasi-ictimai, ədəbi-kulturoloji keyfiyyətləri ilə zəngin və mürəkkəb olan bu dövr get-dikcə daha obyektiv şəkildə öz qiymətini almağa başlamış, vax-tilə sosrealizm ideologiyası mövqeyindən verilən dəyərləndirmələr öz mahiyyətini qoruyub saxlaya bilmədiyindən yeni qiymətləndirməyə böyük ehtiyac yaranmışdır. Zaman keçdikcə Azərbaycan ədəbiyyatı tarixinin bu dövrü ilə bağlı çoxlu təd-qiqatlar aparılmış, bir çox ədəbi fakt və hadisələr üzə çıxarılmışdır. Müstəqillik illərindən sonra isə ədəbiyyatımızın bu döv-rünün ayrı-ayrı hadisələrinə ümumi baxış dəyişmiş, onun müxtəlif problemlərini dəyərləndirmək üçün yeni imkanlar yaran-mışdır.Məlumdur ki, XX əsrin əvvəlləri təkcə tarixin dəyişən ictimai-siyasi formasiyası, iqtisadi inkişaf istiqamətləri ilə şərtlənməyib, eyni zamanda yeni ədəbi məfkurələr, cərəyanlar, hadisələrlə zəngin olub. Ədəbi düşüncəmizin heç bir mərhələsi həyat və ictimai-siyasi proseslərlə bu qədər yaxın olmayıb. Bu dövr Azərbaycan ədəbiyyatı ictimai hadisələr kontekstində müəyyən inkişaf yolu keçib, cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri işıqlandırmağa çalışıb. Ədəbiyyat sosial məzmununa, bədii funksionallığına görə koordinal dəyişmələrə məruz qalıb, onun həyatla, cəmiyyətlə əlaqəsi daha intensiv xarakter alıb, yeni yaradıcılıq konsepsiyaları, metodoloji yanaş¬malar, yeni forma və janrlar üzə çıxıb. Ədəbi mühitin inkişafını şərtləndirən amillərlə yanaşı, ədəbi proses üçün qeyri-məqbul hesab olunan basqılar, siyasi repressiyalar, senzura və müxtəlif “izm”lərin təşəkkülü də məhz bu dövrün payına düşür. XX yüzilin əvvəllərində ictimai idealların ədəbi-bədii düşüncədə inikası, ictimai-siyasi publisistikanın mətbuatda əks etdirilməsi ədəbi düşüncədə yeni bir mərhələnin əsasını qoyur. Milli ideya axtarışları millətin öz müqəddəratını təyin etməsi və mil¬li dövlətçiliyin təşəkkülü ilə nəticələnir. Realizm, tənqidi realizm və romantizm metodları ədəbi fəaliyyət sferasını daha da genişləndirir. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, H.Cavid, A.Şaiq, M.Hadi, Ə.Hüseynzadə, Ə.Ağayev (Ağa-oğlu), N.Nərimanov, Ə.Nəzmi, A.Divanbəyoğlu, S.S.Axundov, S.M.Qənizadə, İ.Musabəyov, M.Möcüz və baş¬qalarının yaradı-cılığı ədəbi, ictimai fikrə böyük təsir göstərmişdir. Bütün bunlar X1X əsrin sonlarından başlayan dünyada və Şərqdə baş verən ictimai fikrin inkişafı fonunda baş verirdi. C.Əfqani, H.Zərdabi, İ.Qaspıralı kimi fikir adamları və ideoloq¬ların yaradıcılığında bu prosesə hazırlıq mərhələsi də öz işini görmüşdü. XX yüzilin ədəbi inkişaf istiqamətlərini öyrənmək üçün, hər şeydən əvvəl, dövrün ədəbi prosesinin tendensiya və meylləri, ədəbi hadisələr və onun xarakteri öyrənilməlidir. Bu mənada XX yüzilin ədəbi prosesini yeni elmi konsepsiya və meto¬do-logiya ilə öyrənilməsi əsas şərtlərdən biridir. Mövcud dərslik-lərdə sovet ədəbiyyatşünaslığının dövrün ədəbi prosesinə ideoloji yanaşmaları ədəbi hadisələri obyektiv qiymətləndirməyə imkan vermədiyindən yeni araşdırmalara ehtiyac qalmaqdadır. Artıq müstəqillikdən iyirmi il keçməsinə rəğmən ən zəngin və mürəkkəb yüzilliyin ədəbiyyatının dərsliklərdə köhnə ste¬reotip-lərlə dəyərləndirilməsinə son qoymaq məqamı gəlib çatıb. Dərsliyin yazılmasını Azərbaycanın ictimai-siyasi həyatında baş verən əsaslı dəyişikliklər, ədəbi-bədii düşüncənin inkişaf problemləri, tarixi və istiqamətlərinin yenidən işlənilməsi zəru-riliyi ortaya çıxarmışdır. Son qırx ilə yaxın bir dövrdə ədəbiyyat tariximizin bu dövrünün mərhələ və problemlərinin dərslik¬lərdə əks olunmaması bu nəşrin tarixi əhəmiyyətini aydın göstərir. Ədəbiyyatımızın ən zəngin bir dövrünə sovet ədəbiyyatşünaslığının münasibətindəki ideloji məqamlar, beynəlmiləl ra¬kurs dövrün ədəbi fakt və hadisələrinə yenidən baxışı və də-yərləndirməni şərtləndirir. İctimai-siyasi fikrin ədəbiyyata təsir problemləri, milli ictimai şüurun formalaşma¬sında ədəbiyyatın rolu, romantizm, tənqidi və maarifçi realizmin təşəkkül problemləri, Cümhuriyyət dövrü Azərbay¬can istiqlal düşüncə¬sinin əks olunması, repressiya hadisələri, mühacirət və legion ədəbiy-yatının öyrənilməsi bu günün ən aktual məsələlərindən biri ola-raq diqqəti çəkir.Yeni minilliyin və yüzilliyin başlanğıcında minillik tarixi olan Azərbaycan bədii fikrinin tarixi inkişaf yolu, cərəyanları, is-tiqamətləri, ədəbi şəxsiyyətləri və hadisələri dərslikdə ən yeni mövqedən öz əksini tapır. Dərslikdə bu günə qədər sovet ədə-biyyatşünaslığının ideoloji stereotiplərlə yanaşdığı bir çox hadisə və keyfiyyətlərə, ədəbi hadisə və şəxsiyyətlərə də geniş yer verilmişdir. Dərsliyin əsas xüsusiyyətlərindən biri yeni materialların cəlb edilməsiylə yanaşı, bütövlükdə ədəbi prosesin araşdırılması, ədəbiyyatın inkişaf istiqamətlərini, romantizm, tənqidi realizm və maarifçi realizm ədəbi düşüncəsini yeni mövqedən və tendensiyadan tədqiq etməsidir. Akademizm bütün fəsillərdə, təhlillərdə və portret oçerklərdə gözlənilməyə çalışılmışdır. Müəllif həm də burada akademik araşdırma nümunəsi mono¬qrafiya ilə dərsliyi bir arada ifadə edə bilmiş və tədqiqat-dərslik modelini yaratmağa çalışmışdır. Dərslik müəllifi olduğumuz “XX əsr Azərbaycan ədəbiyyatı” proqramı (Azərbaycan Respublikası Təhsil nazirinin 6 iyun 2010-cu il tarixli 795 saylı əmri ilə təsdiq edilmiş) üzrə yazılmış, ən son elmi araşdırma və tədqiqatların mütərəqqi cəhətlərini özündə ehtiva etmişdir. Müəllif bu monumental dərslik-tədqiqat işinin-yeni ədəbiyyat tarixinin yazılmasında ona köməklik göstərən nüfuzlu tədqi-qatçılara, rəyçi və redaktorlara, eləcə də işin yerinə yetirildiyi Bakı Slavyan Universitetinin rəhbərliyinə təşəkkürünü bildirir. Professor Bədirxan Əhmədovun əsərləri:a) monoqrafiyaları: 1.Sabit Rəhmanın satirası. Bakı, Yurd, 1998, 116 s.; 2. Azərbaycan satirasının inkişaf problemleri (1920-1980-ci iller). Bakı, Elm, 2000, 296 s.; 3. Bir istiklal yolçusu (Emin Abidin heyatı, mühiti, yaradıcılığı). Ba¬kı, Elm, 2003, 205 s.; 4. Sabit Rəhman: həyatı, mühiti, yara¬dıcılığı. Bakı, Nurlan 2010. 296 səh. ; 5. Dramaturq, sənət, həqiqət. Bakı, 2011, 256 səh.6. XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər. B., "Elm və təhsil", 2015, 556 s.b) proqramları:1. Azərbaycan ədəbiyyatı tarixi. Proqram. Bakalavr hazırlığı üçün. Bakı, 2004.; 2. Yeni dövr Azərbaycan ədəbiyyatı tarixi. Proqram. Magistr ha¬zırlığı üçün. Bakı, 2007.; 3. Jurnalistin praktik yaradıcılığı. Proqram. Bakalavr hazırlığı üçün. Bakı, 2008. 4. XX əsr Azərbaycan ədəbiyyatı. Proqram. Bakalavr hazırlığı üçün. BSU, Ba¬kı, 2010, 38 səh.)c) Metodik vəsaitləri və dərslikləri:1.Azərbaycan satirası. Metodik vəsait. Bakı, 2007.2. XX əsr Azərbaycan ədə¬biyyatı tarixi. (Arzular çin olanda.) Dərslik. Bakalavr və magistrlər üçün. 3 cilddə, 1 cild. Bakı, Elm və təhsil.2011.476 səh.; 3. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. Dərslik. Bakalavr və magistrlər üçün. 3 cilddə, 2 cild. Bakı, “Apostrof çap evi”. Dərslik, 2010. 436 səh.)ç) Beynəlxalq elmi konfranslarda məruzələri:1.Azərbaycan ədəbiyyatında bədii tərcümə tarixi: faktlar, mülahizələr. Tərcümə və transmilli proseslər. Uluslararası konfrans. Azərbaycan Dillər Universitesi. Bakı, 2005, 14-15 aprel.; 2. 20-30-cu iller Azerbaycan edebiyyatını me¬todoloji deyerlendir¬menin bazi as¬pekt¬leri. Bakı Slavyan Universiteti. Mükayiseli ede¬biy¬yat. 2-ci Uluslarası konfransın ma¬terialları. Bakı.2006, 19-21noyabr.; 3.Satirik gü¬lüş¬de stereotipler ve milli özünüderk problemi. Bakı Slavyan Universiteti. Müka¬yi¬seli ede¬¬biyyat. 3-cü Uluslarası konfran¬sın materialları. Bakı. 2008, 21-22 noyabr. s.35.; 4.Türk dünyasının ortak problemi Kuzey Kıbrıs Azerbaycan basınında. 1 Ulus¬lar¬ara¬sı Kıb¬rıs Sem¬poziumu. 21-23 kasım 2008. Sempozium bildiri kitabı. Ankara. 2009. s. 169-177.; 5.M.F.Ahundzadenin Elifba projesi ve Türkiye Harf devrimi. Ye¬ditepe Univer¬si¬teti Atatürk İl¬ke¬leri ve İnkilap Tarihi Enstitisü. 2008, 9-11 Kasım. İstanbul 2009, s.37-43.) məruzələri maraqla qarşılanıb və çap olunub. d) Dərgilerdə çap olunmuş məqalələri:1.Sabit Rehmanın felyeton yaradıcılığı. AMEA-nın Xəbərləri. Ədə¬biyyat, Dil, İncəsənət. 1984, 4, s. 56-59.2. Problemler, portretler, etüdler. Azərbaycan, 1984, 8, s.113-115. 3.Böyük satirik. Kitablar aləminde.1985, 3,s.28-30.4. Vıdayuşiysya satirik. Literaturnıy Azerbaydjan. 1990, 10, s.96-97.5. Molla Nəsrəddindən başlanan yol. Ulduz, 1990, 4, s.56-61.6. Sabit Rehman gülüşü ekranda. Yeni filmler. 1990, 1, s.18-21.7. Qarşıdan 37-ci il gelirdi. Azerbaycan, 1990, 1, s.110-121.8. Bir şairin taleyi. Azerbaycan kadını. 1990, 1, s.28-31.9.Her şey elifbadan başlanıyor. Kitablar aleminde.51-56.10.Beydulla Musayev və onun gündeliyi. Marhamat. 1991, 1, s.21-28.11. Ahmed Cavad hakkında okuduklarım ve düşündüklerim. Edebi tenkid. 1992, 1, s.28-37.12. Emin Abid və onun “Azerbaycan türklerinin ədəbiyyatı tarixi”. Azərbaycan, 1999, 9, s.38-46.; Türk dünyası incelemeleri dergisi.3, 1999, Türkiye-İzmir,s.267-277.13. Dramaturgiyaya aid daha bir tedqiqat. Azerbaycan, 2000, 7, s.106-110.14. Satira ve yumor; onların ekvivalentliyi ve bir-birine münasibeti. AMEA-nın Haberleri. 2001, 3, s.61-68.15.Azerbaycan serbest şeirinin 20-30-cu iller edebi prosesinde foemalaşma problemleri. İlmi eserler. Dil ve edebiyyat seriyası. BSU, 2009, 1, s. 23-33.16. “Nibelunqlar” ölkəsindən başlanan “Dede Korkud” yolunun milli areal¬da araş¬dırıl¬ması prob¬lemləri. Elmi əsərlər. Dil və ədəbiyyat səriyası. BSU. Məqalə. Elmi əsərlər. Dil və ədəbiyyat seriyası. BSU. 2010, 2, s.85-96.17. Repressiya və ədəbiyyat; genezisi, xarakteri və yanaşma meyl¬ləri. Məqalə, “Azər¬bay¬can” jurnalı, 2012, № 3, səh.115-126.e) Müxtəlif kitaplarda çap olunmuş məqalələri: 1. Aydınlığa doğru. Ağ ləkələr silinir. Bakı, 1991, s.124-130.2. Harbi marşlar, döyüş şarkıları, kahramanlık şiirleri (Tərtib və Ön söz) Bakı.1998, s.3-8.3. Poetik obrazlarla düşünen şair. R.Fahralı. Könlüm cennet qa-pı¬sı¬dı. Bakı, 1999, s.3-7.4. Azerbaycab bedii nasrinde satirik psixologizm ve naturalizm. İlmi ahtarışlar. Bakı, 2001, s.3-9.5. Behlul Behcet elegiyası. Behlul efendi Behcet. Bakı, 2001, s.58-61.6. Malum repressiyanın namelum sehifeleri. L.Şüküroğlu. Cüm-huriyyet hökumeti rep¬ressiya mengenesinde.Bakı, 2001, s. 3-8.7. Azerbaycan poeziyasında satirik portretler. İlmi ahtarışlar.Bakı, 2002. s.22-27.8. Ali Nazminin satirası. Elmi ahtarışlar. Bakı, 2002, s.33-38.9. Ömrünün sonu dünyanın sonuna düşmeyen şair Arif Abdulla¬zade. A.Abdullazade. Tövbe duaları. Bakı, 2003, s.11-18.10. Azerbaycan satirasının teşekkül problemleri. Elmi ahtarışlar. Bakı, 2002, s.85-90.11. Azerbaycan satirasının janr-üslub mühtelifliyi. Elmi ahtarışlar. Bakı, 2003, s.56-60.12. Samed Mensurun satirası. Tağıyev okuları. Bakı, 2004, s.125-129.13. Anarın satira poetikası. Elm ve cemiyyet. Bakı, 2004, s.75-79.14. Güldüren ve düşündüren satirik pritçalar. F.Ağasıbeyli. Mem¬medhasan eminin uykuları. Bakı, Nergiz, 2004, s. 3-6.15. Manevi borc. M.Qacar.Təqib.Bakı, Ulduz, 2004, s.3-10.16. 20-30-cu yıllar edebi tenqidinde metodoloji deyerlendirmünin bazi aspektleri. XX esr Azerbaycan edebiyyatı meseleleri. 1 kitab. Bakı, Elm, 2006, s.222-239.17. 20-ci yıllar Azerbaycan poeziyasında yeni poetik tefekkürün for¬malaşması. XX esr Azer¬baycan edebiyyatı meseleleri. Bakı, Elm, 2008, s.131-142.ə) Qəzetlərdə çap olunmuş məqalələri:1. Kelefin ucu açılır. Edebiyyat ve incesenet. 1988, 14 aprel.2. Bestekar aşıq müsiqisi haqqında. Edebiyyat ve incesenet. 1988, 21 aprel.3. Ahundovşünaslığın ilkin ahtarış merhelesi. Kommunist, 1988, 22 oktyabr.4. O, senetkara qiymet verirdi. Edebiyyat ve incesenet. 1988, 8 dekabr.5. Tesadüfi tehrif, yoksa?.. Yeni fikir. 1989, 1989.6. Nicat sahilinde tale. Yeni fikir, 1989,7. Ağ ziyada qara leke. Azerbaycan müellimi. 1989, 13 oktyabr.8. Yazıçının mektubları, yazıçıya mektublar (Mehdi Hüseyn haq¬qında). Yeni fikir. 1989, 13 dekabr.9. Qeribe taleli şair (Samed Mensur haqqında). Bakı, 1989, 28 dekabr.10. Altmış yıl evvel. Edebiyyat ve incesenet. 1990, 23 mart.11. Hepimiz bir güneşin zerresiyiz. Vatan sesi. 1990, 12 dekabr.12. Otuz iki yıldan sonra. Yeni fikir. 1990, 10 sentyabr.13. Dost kimdir, düşmen kim? Azerbaycan gencleri. 1990, 27 oktyabr.14. Senet yolçusu. Edebiyyat ve incesenet. 1990, 23 noyabr.15. “Molla Nesreddin” ne üçün bağlandı? Edebiyyat ve incesenet. 1991, 1 fevral.16. “Açıq söz”-istiqlal yolu. Açıq söz. 1991, 9 fevral.17. Ömrümün ne yazık günleri bardı. Edebiyyat ve incesenet. 1991, 5 aprel.18. Latından kirile-yahud merkezsayağı evezetme. Aypara, 1991, s aprel.19. Kim kimdir?. Aypara, 1991, 13 sentyabr.20. Bir gündeliyin tarihi. Sabah, 1991, 20 senyabr.21. Yaşayan aktyor ömrü. Gürcüstan, 1991, 14 noyabr.22. Bir sual işaresi. Sabah, 1992, 15 iyul.23. Cümhuriyyet şairi. Azerbaycan ordusu, 1992, 28 may.24. Yürü, yürü batan günün yüzüne. Azerbaycan ordusu. 1992, 26 may.25. Turan şairi. Yeni Turan. 1993, 24 mart.26. Tarih her kese öz deyerini verir. Azadlıq. 1998, 23; 25 dekabr.27. Siyasi repressiya heyatda ve edebiyyatda. Azerbaycan ordusu. 1998, 5 noyabr.28. 37-ci ilin repressiya qurbanlarından biri. Azerbaycan. 1999, 5 yanvar.29. “Dede korkud” un ilk azerbaycanlı tedqiqatçısı. Azerbaycan, 1999.30. Cabbarlı yaradıcılığında satira ve yumor. Azerbaycan, 1999, 11 sentyabr.31. Predmetsiz mübahise haqqında bir neçe söz. Azerbaycan. 2000, 8 fevral.32. Gülen ve güldüren senetkar. Edebiyyat qazeti. 2000, 6 iyun.33. İstiqlalçı şairin “Buzlu cehennemi”. Ekspress, 2000, 27 aprel.34. Senetkarı yaşadan amiller. Ekspress. 2000, 4 iyul.35. Hürriyet fedaisi. Azerbaycan müellimi. 2000, 26 oktyabr.36. Qiymetli tedqiqat eseri. Azerbaycan ordusu. 2001, 30 yanvar.37. Malum repressiyanın namelum sehifeleri. Azerbaycan, 2001, 15 noyabr.38. “Molla Nasreddin” ne üçün bağlandı. Edebiyyat ve incesenet.39. Ertoğrul Cavidin elyazmalarının tedqiqi. 525-ci qazet. 2002, 15 sentyabr..40. Monoqrafik tedqiqatlar ustası. Ayna, 2003, 28 aprel.41. Senetkar gülüşüne üvertura. 525-ci qazet, 2003, 26 iyun.42. Müasirliyin bedii tesviri. Kredo, 2004, 24 iyul.43. Qan yaddaşının izi ile. Kredo, 2004, 11 sentyabr.44. Azerbaycan legion edebiyyatı. Kredo, 2005, 6 avqust.45. Sehrbazlaar deresinin sehri. Ekspress, 2005, 27 iyul.46. Azerbaycan legion edebiyyatının tedqiqine töhfe. 525-ci qazet. 2005, 21 iyul.47. Poetik duyğular şairi. Kredo, 2005, 19 mart.48. Müasir menevi-exlaqi gerçekliklerin bedii tesviri. Kredo. 2005, 26 mart.49. Poetik assosiasiyalar (Vaqif Semedoğlunun poeziyası haqqın¬da). Kredo, 2006, 28 oktyabr.50. Baharda bir elyazması. Kredo, 2006, 4 noyabr.51. Şair ömrü-sözün ömrü. Kredo, 2006, 14 oktyabr.52. Alim,şair, vetendaş. Kredo,2006, 2 dekabr.53. “Dəli Kür”ün poetik dünyası; taleler, xarakterler. Kredo, 2007, 13, 20 yanvar.54. Zamanın və anın poetik dramı, yahud Eli Şirin Şükürlünün poeziyası haqqında düşünceler. Edalet. 2009, 15 yanvar.55. Edebiyyat tarihinin köhne problemine yeni bahış. 525-ci qazet, 2009, 11 mart.56. Nece unudasan. Edebiyyat qazeti. 2009, 23 yanvar.57. Yazıçı, komedioqraf, kinossenarist. Edebiyyat qazeti, 2010, 4 aprel,58. Arif Abdullazade; özü ve sözü. 525-ci qazet. 2010, 8 may.59. Unudulmazların unudulmayan obrazları. Edebiyyat qazeti, 2010, 11 iyun.60. Unutmağa kimse yok... Kaspi, 2010, 19-21 iyun.61. Nahçıvan teatrosnun şerefli salnamesi. Yeni Azerbaycan, 2010, 9 iyul.62. Azerbaycan edebiyyatşünaslığının çağdaş durumu; yeni kon¬sep¬siyalar ve temayüller. “525-ci qazet”, 2011, 9 ekim63. Edebiyat ve represiya; genezisi, harakteri ve yanaşma meyleri. Azerbaycan, 2012, 364. Bizdən əvvəl kimlər gəlmiş (Tənqidçi İsrail Mustafayevin 75 illiyinə). Məqalə. 525-ci qəzet. 5 fevral 2013-cü il . Səh.7. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.