AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib Elm, "Zirvə", Turan 3 Ekim AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, tanınmış alim, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova Türkiyənin İstanbul şəhərində keçirilən “Keçmişdən Gələcəyə Xoca Əhməd Yəsəvi” Beynəlxalq Simpoziumunda iştirak edib 26-28 sentyabr 2016-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən “Keçmişdən Gələcəyə Xoca Əhməd Yəsəvi” adlı Beynəlxalq Simpoziumda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Əlişir Nəvainin “Nəsaim ul-məhəbbət” təzkirəsində Xoca Əhməd Yəsəvi izləri” adlı məruzə ilə çıxış etmişdir.Simpozium İstanbul Üniversitetinin Ədəbiyyat Fakültəsinin dekanlığı və İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Abay Universiteti (Qazaxıstan), Türk Akademiyası və Türk Ocaqları İstanbul Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Qeyd edək ki, “Keçmişdən Gələcəyə Xoca Əhməd Yəsəvi” adlı Beynəlxalq Simpozium 24-26 oktyabr 2016-cı il tarixlərdə Qazaxıstanın Almatı şəhərində davam edəcəkdir. Görkəmli nəvaişünas Prof.Dr.Kemal Arslan (Türkiyə) ilə birgə simpoziumda, 27-29 sentyabr, 2016, İstanbul Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.