Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib 2016-cı il noyabrın 28–də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

ZiM.Az xəbər verir ki, beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Ukrayna, İran, Almaniya və Avstraliyadan olan tanınmış arxeoloqlar iştirak edirlər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq tarixi keçmişimizə dair həqiqətlərin üzə çıxarılmasında Azərbaycan arxeoloqlarının fədakar əməyindən danışıb. Bildirib ki, qədim tarixi, zəngin maddi və qeyri-maddi mədəni irsi olan Azərbaycanın Qarabağ bölgəsinin Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən diqqətə alınması, araşdırılması, təbliğ edilməsi sevindirici haldır. Konfransın sessiyalarında ediləcək çıxışlar, alimlərin təqdimatları bu istiqamətdə atılan çox vacib addımdır.

Azərbaycan elminin inkişaf səviyyəsinin dünyada tanıdılmasında beynəlxalq konfransın əhəmiyyətini qeyd edən akademik İsa Həbibbəyli AMEA-nın beynəlxalq əlaqələrindən söz açıb, işğal altında olan əzəli torpağımız Qarabağın tarixən Azərbaycanla üzvi bağlılığını arxeoloji abidələrin də sübut etdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli onu da qeyd edib ki, iki gün davam edəcək beynəlxalq tədbirdə Qarabağ ərazisində aparılan tədqiqatların tarixi, Qarabağ arxeoloji abidələrinin Azərbaycanın maddi irsi sistemində yeri və digər mövzularda məruzələr dinləniləcək. Eyni zamanda, erməni işğalı altında olan ərazilərdəki abidələrin hazırkı vəziyyəti və Aran Qarabağda son illərdə aparılan arxeoloji araşdırmaların ilkin nəticələri müzakirə ediləcək.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu cür əhəmiyyətli tədbirin keçirilməsini təqdir edib və konfransın işinə uğurlar arzulayıb.

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova çıxış edərək konfransda dinləniləcək 50-dən çox elmi məruzənin Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın paleolit, neolit, xalkolit, tunc, dəmir, antik və orta əsrlər dövrlərini əhatə edəcəyini bildirib.
İnstitutun Qarabağ Neolit-Eneolit ekspedisiyasının 2010-2016-cı illərdə Qarabağda, o cümlədən, cəbhəyanı ərazilərdə beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan mühüm arxeoloji tədqiqatlardan, son dövrlərdə bu tədqiqatların elmi nəticələrini əks etdirən, Azərbaycan, ingilis, rus və digər dillərdə nəşr edilmiş elmi əsərlərdən söz açan professor M.Rəhimova Qarabağ abidələrinin tədqiqinin və tanıdılmasının institutun əsas prioritet istiqaməti olduğunu vurğulayıb və son illərdə Azərbaycan arxeologiyasının bu sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edib.
O, bölgədə aparılan son tədqiqatların bir qisminin beynəlxalq xarakter daşıdığını və onların nəticələrinin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasının zəngin maddi irsimizin təbliğində mühüm mərhələ olduğunu diqqətə çatdırıb.
Professor M.Rəhimova onu da bildirib ki, rəhbərlik etdiyi müəssisə tərəfindən tədqiqat işləri layihələr çərçivəsində də aparılır. Tədqiqatların nəticələri "Qarabağın arxeoloji abidələr toplusu"nda öz əksini tapıb.

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirib ki, konfrans Azərbaycanın işğal edilmiş torpaqları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bir daha ortaya qoyur. Məqsədimiz Qarabağın, eyni zamanda Ermənistanın yerləşdiyi ərazilərin tarixi, mədəni olaraq Azərbaycana bağlılığı və Azərbaycanın tarixi torpaqları haqqında məlumatları dünyaya yaymaqdır.

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Rauf Munçayev, AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Qarabağın arxeoloji irsinin öyrənilməsinin aktual və mühüm məsələ olduğunu bildiriblər. Çıxış edənlər Qarabağ ərazisindəki arxeoloji abidə və artefaktların qonşu regionlardakı həmdövr analoqları barədə mövzulara toxunublar.

Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.
İclaslarda Azərbaycan, Qarabağ regionu və bütünlükdə Avrasiya arxeologiyasının müxtəlif dövrlərini əhatə edən tədqiqatların yekunları üzrə 50-dən çox elmi məruzələr dinlənilib, müzakirələr aparılıb.

Elmi konfransda “Müstəqillik illərində Qarabağda arxeoloji tədqiqatlar”, “Virtual Qarabağ Tarixi Muzeyi”, “Qarabağda Üzərliktəpədə şəhər yerinin dulusçuluq məlumatları”, “Qarabağ və Naxçıvanın plastik sənətkarlıq nümunələri” və digər mövzulardakı məruzələr xüsusilə böyük maraqla qarşılanıb.

Həmçinin konfrans iştirakçılarının və qonaqların Bakı və onun ətrafındakı arxeoloji abidələrə, o cümlədən, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq kompleksinə səfəri təşkil edilib.

Konfrans noyabrın 30-da başa çatmışdır.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: