AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıbAMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıbAMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb 2017-ci il fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında əməkdaşlıq haqqında niyyət sazişinin imzalama mərasimi olub.

AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki,
tədbiri giriş sözü ilə açan
AMEA-nın prezidenti,
akademik Akif Əlizadə

“INTERTELECOM” MMC ilə əməkdaşlığın önəmindən danışıb.

Akademik qeyd edib ki, bu saziş Azərbaycan elminin innovativ fəaliyyətinə, elmlə istehsalatın qarşılıqlı əlaqəsinə böyük töhfə verəcək: “Niyyət sazişi müasir elmi nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə xidmət edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkının böyük imtiyazları olduğu üçün innovativ fəaliyyətlərimizi uğurla həyata keçirə biləcəyik.
Əminəm ki, Azərbaycan alimləri sizinlə əməkdaşlıqdan böyük təcrübə qazanacaq”.


Sonra “INTERTELECOM” MMC şirkətinin prezidenti Reza Vaziri çıxış edərək Akademiyada olmaqdan məmnunluğunu bildirib: “İndiki dünyada elmin nəticəsi sərvətdir.
Bu gün biz elmlə sərvətin təməlini qoyacaq sazişi imzalayacağıq.
Ümid edirəm ki, əməkdaşlığımız nəticəsində böyük uğurlar əldə edəcəyik”.


AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevİnnovasiya şöbəsinin rəisi, Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək sazişin əhəmiyyətindən, elmin kommersiyalaşdırılmasında gələcək rolundan danışıblar.

Tərəflər ölkədə elm və texnologiya siyasətinin formalaşdırılması, milli innovasiya sisteminin yaradılması, bir sıra mühüm layihə və proqramların icrası, mövcud infrastrukturun təkmilləşdirilməsi, həmçinin birgə zəruri əməkdaşlıq istiqamətlərinin müəyyən olunması məqsədilə Niyyət Sazişi imzalayıb.

Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə“INTERTELECOM” MMC şirkətinin prezidenti
Reza Vaziri
imzalayıblar.


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: