FİZİOLOGİYA İNSTİTUTUNUN DİREKTORU VİTSE-PREZİDENT SEÇİLİB Elm » Biologiya və tibb elmləri 4 Temmuz 22-23 iyun 2017-ci ildə Astana şəhərində Qazaxıstan Respublikası Prezdenti İşlər İdarəsi Tibb Mərkəzinin Qazaxıstan Respublikasının Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyası ilə bigə təşkil etdiyi Herontoloqların II Avrasiya Qurultayı keçirilib. Qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub. Fiziologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə məsul şəxs Ülviyyə İsrafilova ZiM.Az-a bildirib ki, tədbirdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontologlar Cəmiyyətinin Prezidenti, biologiya üzrə elmlər doktoru U.F.Həşimova iştirak edib. O, Azərbaycanda yaşayan yüksək uzunömürlülük indeksi ilə fərqlənən populyasiyalarının öyrənilməsi üzrə elmi-tədqiqat proqramının nəticələri haqqında məruzə ilə çıxış edib. Məruzə digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.Onu da qeyd edək ki, qurultayda U.F.Həşimova Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib.Biz də Ulduz xanımı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Aysel MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.