Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib Elm » Biologiya və tibb elmləri 20 Kasım 2017-ci il Noyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib. Tədbirdə Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, bölmə və büro üzvləri, BTEB-in elmi müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.AMEA-dan ZiM.Az-a bildiriblər ki, ilk olaraq bölmənin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanovu 70 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunması münasibətilə bölmə üzvləri və institutların kollektivləri adından təbrik edib.Sonra akademik Əhliman Əmiraslanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölkənin ictimai-siyasi həyatında xidmətlərinə görə AMEA-nın müxbir üzvü Novruz Quliyevin və AMEA-nın müxbir üzvü Əlişir Musayevin "Tərəqqi" medalı ilə təltif olunmaları, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı yığıncaq iştirakçılarını məlumatlandırıb və hər üç alimi bölmə üzvləri adından təbrik edib.Daha sonra akademik Əhliman Əmiraslanov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Bölmə rəhbəri AMEA-nın müxbir üzvü İbrahim Əzizovun AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Fəxri Fərmanına və Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Zəkəriyyə Məmmədovun BTEB-in Fəxri Fərmanına layiq görüldüklərini bildirib və mükafatları alimlərə təqdim edib.İclasda AMEA Rəyasət Heyətinin "AMEA-nın elmi müəssisələrində 2017-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında" qərarının icrası barədə müzakirə aparılıb. Məsələ ilə bağlı çıxış edən akademik Əhliman Əmiraslanov bölməyə daxil olan elmi müəssisələrdə hesabatların tezliklə başlayacağını bildirib. Müvafiq institut və təşkilatlara, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi müəssisələrə hesabatların hazırlanması zamanı mühüm elmi nəticələrə xüsusilə ciddi diqqət yetirilməsini və müəyyən olunmuş vaxtadək bölməyə təqdim olunmasını tövsiyə edib.Gündəlikdə yer alan növbəti məsələ "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı haqqında" AMEA Rəyasət Heyətinin qərarının icrası ilə bağlı olub. Proqram haqqında Tədbirlər planının elmi müəssisələrə təqdim olunduğu bildirilib, görülən işlər haqqında mütəmadi olaraq bölməyə məlumat verilməsi tapşırılıb.Tədbirdə Botanika və Dendrologiya institutlarında direktor seçkilərinə namizədlər haqqında məsələ də müzakirə olunub. Akademik Əhliman Əmiraslanov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"nə əsasən AMEA-nın elmi müəssisəsinin direktoru tabeliyində olduğu bölmənin ümumi yığıncağında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir və AMEA Rəyasət Heyəti tərəfindən təsdiqlənir. Bölmənin akademik-katibi qeyd edib ki, elmi müəssisələrin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər. Ə.Əmiraslanov bildirib ki, BTEB Botanika İnstitutunun direktoru vəzifəsinə akademik Validə Əlizadənin, Dendrologiya İnstitutunun direktoru vəzifəsinə isə AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun namizədliklərini irəli sürür.İclasda Zoologiya İnstitutu Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi qərara alınıb, həmçinin bir sıra kadr məsələlərinə baxılıb. Aysel MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.