Botanika İnstitutunun əməkdaşları Volksvagen Fondunun toplantısında iştirak ediblər

Botanika İnstitutunun əməkdaşları Volksvagen Fondunun toplantısında iştirak ediblər AMEA-nın Botanika İnstitutu ilə Almaniyanın Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BBBM) arasında imzalanmış razılaşma memorandumu çərçivəsində Volksvagen Fondunun dəstəyilə həyata keçirilən “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” layihəsi üzrə növbəti işçi toplantı Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil olunub.

Tədbirdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, layihənin kordinatoru, Bitkilərin fizioloji ekologiyası laboratoriyasının müdiri, b.ü.f.d. Esmira ƏlirzayevaTəhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov iştirak ediblər.

Toplantı zamanı Azərbaycan tərəfindən layihə çərçivəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər məruzə şəklində təqdim olunub. Seçilmiş bitki cinsləri üzərində müasir tədqiqat işlərinin aparılması, institutun gənc mütəxəssislərinin BBBM-də təcrübə keçməsi, müştərək nəşrlər, həmçinin institutun Herbari Fondunda saxlanılan herbari nümunələrinin virtual məlumat bazasına daxil edilməsi üzrə işlərin davam etdirilməsi müzakirə olunub.

Aysel MƏDƏDLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: