Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Qafqaz Universitetində keçirilən II Qış Elm Festivalının qalibi olublar

Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Qafqaz Universitetində keçirilən II Qış Elm Festivalının qalibi olublar Qafqaz Universiteti
Tələbə Elmi Cəmiyyətinin
təşkilatçılığı ilə keçirilən
II Qış Elm Festivalı
öz işini yekunlaşdırıb.

Festivalda Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu və digər elm və təhsil müəssislərinin tələbə, magistr və doktorantları öz elmi layihələri ilə müraciət ediblər.

Ümumilikdə 100-dən çox layihə nümayiş olunub.

Layihələr dil və ədəbiyyat, mühəndislik, biologiya, fizika, kimya, riyaziyyat və iqtisadiyyat olmaqla yeddi kateqoriyaya bölünüb.

Akademik Ə.M.Quliyev adına Aşqarlar Kim­yası İns­ti­tu­tunun İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, AMEA Aşqarlar Kimyası İnstitutunun gənc tədqiqatçıları – Osmanova Səbiyə, Qəhrəmanova Könül, İsmayılova GünayNəsibova Gülşənin hazırladıqları “Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərinin mikrobioloji təmizlənməsi” mövzusunda layihəsi kimya nominasiya üzrə I yerə layiq görülüb.

Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Qalibləri biz də ürəkdən təbrik edirik və onlara yeni-yeni uğurlar arzulayırıq!..

Aysel MƏDƏDLİ,
ZiM.Az


.


--
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: