VİKİPEDİYA TƏLİMLƏRİNDƏ İŞTİRAK EDƏN TƏLƏBƏLƏR SERTİFİKATA LAYİQ GÖRÜLÜB

VİKİPEDİYA TƏLİMLƏRİNDƏ İŞTİRAK EDƏN TƏLƏBƏLƏR SERTİFİKATA LAYİQ GÖRÜLÜB AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin tələbələrinə bu ilin dekabrında “Vikipediyanın kütləviləşdirilməsi” adlı təlim keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxananın İctimaiyyətlə əlaqələr bölməsindən ZiM.Az-a bildiriblər ki, MEK-in Sərbəst Elektron Resurslarla iş bölməsinin (SER) əməkdaşları tərəfindən bir ay müddətində həyata keçirilən təlimlərdə tələbələrə vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, Azərbaycan, rus və ingilis dillərində məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi öyrədilib.
Təlimlərdə eyni zamanda vikipediyanın mənfi təsirləri və onun qarşısının alınması yolları da izah edilib. Daha sonra iştirakçılar qazandıqları bilikləri tətbiq edərək vikipediyada məqalələr yaradıblar.

Təlimin sonunda fərqlənən iştirakçılara Mərkəzi Elmi Kitabaxana tərəfindən sertifakatlar təqdim edilib.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: