AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB Elm » Digər bölmələr 9 Kasım 2017-ci il noyabrın 8-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Fizika üzrə fəlsəfə doktoru Aynurə M.Cəfərova ZiM.Az-a bildirib ki, iclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, elmi şura üzvlərinə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında intellektual gəncliklə bağlı nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 15 dekabr 2017-ci il tarixində Azərbaycan gənc alimlərinin I qurultayının keçirilməsi barədə məlumat verib. Bu qurultayda AMEA Riyaziyyat və Mexanika İnstitutunu təmsil etmək üçün institutun gənc alimləri r.ü.f.d, dos. Aydın Şükürov, r.ü.f.d, dos. Səbinə Sadıqova və f.ü.f.d Aynurə Cəfərovanın namizədliyini irəli sürüb. Namizədliyi irəli sürülmüş alimlər şura üzvləri tərəfindən dəstəklənib.Sonra “Qeyri-harmonik analiz”, “Sürüncəklik nəzəriyyəsi”, “Optimal idarəetmə”, “Təhsil”, “Riyazi fizika tənlikləri” şöbələrinin müdirləri - AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, professor Lətif Talıblı, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, professor Ədalət Axundov rəhbərlik etdikləri şöbələrin illik fəaliyyəti haqqında hesabat veriblər. İclasda həmçinin institutun gənc alimlər şurasının sədri dosent Famil Seyfullayev şuranın illik fəaliyyəti haqqında hesabatını təqdim edib.Daha sonra “Hesablama riyaziyyatı və informatika” şöbəsinin müdiri t.ü.f.d. Həsən Əli oğlu Nağıyevə 1203.01-Kompüter elmləri ixtisası üzrə dosent elmi adının verilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası qarşısında vəsatət qaldırılması qərara alınıb.ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.