“HORIZON 2020” qrant proqramı Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyətə başladı Elm » Digər bölmələr 7 Şubat 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşı, f-r.ü.f.d. Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa Birliyinin ən böyük qrant layihəsi olan "HORİZON-2020"-nin qalib layihələrindən biri olub. Layihə çərçivəsində dünyanın 11 müxtəlif ölkəsindən olan astronomların 4 il müddətində (2019-2022) elmi əməkdaşlığı nəzərdə tutulur.Bu müddət ərzində Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları layihədə göstərilən ölkələrə ezam olunacaq, eləcə də həmin ölkələrdən olan əməkdaşları Şamaxı Astrofizika Rəsədxanasında elmi tədqiqatlar aparacaqlar.N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov ZiM.Az-a bildirib ki, 2019-cu ilin yanvarın 6-da bu layihə çərçivəsində Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasının əməkdaşı Olqa Mareva N.Tusi adına ŞAR-a elmi ezamiyyətə gəlib.Bir ay davam edəcək ezamiyyətin məqsədi “HORIZON 2020” qrant layihəsinə cəlb olunan əməkdaşlarımızla tanış olmaq, bizimlə əməkdaşlığın konkret istiqamətlərini müəyyən etmək, əməkdaşlarımızla birgə tədqiqat üsullarını müzakirə etməkdir.Ezamiyyət zamanı Olqa Mareva N.Tusi adına ŞAR-ın 2 m-lik teleskopunda aparılan spektral müşahidələrdə iştirak edib. Qonaq bir daha şahid olub ki, N.Tusi adına ŞAR-da aparılan spektral müşahidələr hal-hazırda qabaqcıl dünya rəsədxanalarında aparılan müasir müşahidə standartlarına tam uyğundur və bu müşahidələrlə inamlı elmi nəticələr almaq mümkündür.Qeyd edək ki, “HORIZON 2020” qrant layihəsi çərçivəsində rəsədxananın elmi işçiləri Aynur Abdulkərimovanın (aprel-may aylarında Estoniyanın Tartu Rəsədxanasına), Günay Hacıyavanın (iyun ayında Estoniyanın Tartu Rəsədxanasına), Aynur Abdulkərimovanın (oktyabr-dekabr aylarında Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasına) və şöbə müdiri, f-r.ü.f.d. Canməmməd Rüstəmovun (oktyabr-dekabr aylarındaEstoniyanın Tartu Rəsədxanasına) elmi ezamiyyətləri nəzərdə tutulub.Yanvarın 21-də Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasının əməkdaşları ilə “skipe” vasitəsilə video-kofrans keçirilib. Konfrans zamanı ŞAR-dan “HORİZON 2020” qrant layihəsinə cəlb olunan əməkdaşlarla Ondrjeуev Rəsədxanasının əməkdaşları arasında fikir mübadiləsi aparılıb.Sözügedən layihə çərçivəsində fevralın 6-da Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasının əməkdaşı Olqa Mareva Şamaxı Astrofizika Rəsədxanasının elmi seminarında “Volf-Raye ulduzları massiv ulduzların təkamülünün son mərhələsi kimi” adlı məruzə ilə çıxış edib. O, məruzəsində Volf-Raye ulduzlarının tədqiqinin müasir vəziyyəti və ŞAR-da bu ulduzlarla əlaqədar alınan elmi nəticələr barədə məlumat verib.Sonda məruzəçi seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.