AzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilib

AzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilibAzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilib AzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilibAzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilibAzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilibAzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilib AzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilib 2019-cu il dekabrın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) Avropa Komissiyasının “Horizon 2020” proqramı üzrə maarifləndirici
seminar keçirilib.


ZiM.Az xəbər verir ki, seminarda AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov universitetin elmi-tədqiqat istiqamətlərindən, alimlərinin potensialından danışıb.
Prorektor Avropa Komissiyasının Tədqiqat və innovasiya üzrə “Horizon 2020” proqramının Azərbaycan alim və mütəxəssisləri üçün əhəmiyyətini vurğulayıb.

Seminarda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi
Esmira Əlirzayeva

Avropa Komissiyasının çərçivə proqramının növbəti “Horizon Avropa” mərhələsi, perspektivləri, “Şərq tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulan yeniliklər haqqında məlumat verib.

Daha sonra AMEA-nın proqram üzrə milli əlaqələndirici şəxslər – Tofiq Babayev, Rövşən Kərəmov, İlham HümbətovZaur Həsənov “Horizon 2020”-nin proqramları haqqında iştirakçılara geniş məlumat verib və sualları cavablandırıblar.

Çıxışlarda Proqram çərçivəsində hazırlanan layihələr, məqsədi, iştirak qaydaları və maliyyə şərtləri haqqında danışılıb.

Seminarda AzTU-nun professor-müəllim heyəti, dekanlar və kafedra müdirləri iştirak ediblər.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: