Cinayət prosesində dindirmə Elmi Məqalələr, Hüquq 25 Ekim Xavər OsmanovaAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasıHüquq fakültəsi, IV kurs, bakalavr.Cinayət prosesində dindirməAnnotasiya. Cinayətkarlıqla mübarizənin müasir vəziyyəti istintaqın təşkilinin, yeni aspektlərinin işlənib hazırlanmasını, o cümlədən də ayrı-ayrı istintaq hərəkətlərinin icraatının təkmilləşdirilməsini tələb edir. Belə istintaq hərəkətlərindən biri də, sübut əhəmiyyətli kriminalistik məlumatların alınmasında mühüm rol oynayan dindirmədir. V.E.Konovalovanın tədqiqatlarına əsasən cinayət işi materiallarının 80%-dən çoxunu şahidlərin, zərər çəkmiş və təqsirləndirilən şəxslərin ifadələri təşkil edir ki, bu da məlum səviyyədə dindirmə hərəkətinin rolunu şərtləndirir. Onun köməyi ilə cinayətlərin açılması və istintaqı üçün imkan yaradan kriminalistik məlumatlar toplanır (7, s.9).Dindirmə ən çox həyata keçirilən və səmərəliliyinə görə digər istintaq hərəkətlərindən fərqlənən müstəqil müstəqil istintaq hərəkəti olub, dindirilən şəxsdən həqiqətin müəyyən edilməsi məqsədilə cinayət-prosessual qanunla müəyyən edilmiş qaydada istintaq üçün əhəmiyyət kəsb edən məlumatların alınmasıdır. (4, s. 117)Məlumatların xeyli hissəsini müstəntiq dindirmə zamanı əldə edir ki, bu da müstəntiqlə dindirilən şəxs arasında ünsiyyətin spesfik forması kimi çıxış edir. İlkin mənbədən(dindirilən şəxs) müstəntiqə ötürülən məlumatlar, danışıq (şifahi) formasında olduğu kimi, qrafik (yazılı) formada da ola bilər. Bu formalar özlüyündə şifahi və yazılı nitqi əks etdirir. Şifahi nitq insanlar arasında daha mühüm ünsiyyət, məlumatların ötürülməsi və psixoloji təsir vasitəsi kimi hesab edilir. Bununla belə, nəzərə almaq lazımdr ki, məlumat yalnız dindirilən şəxs tərəfindən deyilən söz deyil, o, həm də, səs, mimika, təfəffüz, tembr, rəftar, xarici görkəm və davranış tərzidir. Bu şərait dindirməni- sübutetmənin bütün digər vasitələrindən daha böyük məlumat qabiliyyətinə malik olan hərəkət kimi fərqləndirir.Dindirilən şəxsdən alınan məlumat öz struktruna görə həddindən artıq mürəkkəbdir və çoxsaylı elementləri əhatə edir, məcmusu isə müstəntiqə- onu qiymətləndirməyə əsas verir. Bundan başqa, dindirilən şəxsdən alınan məlumat böyük dinamikliyə malikdir. O psixoloji ünsiyyətin qurulması, dindirilən şəxsin yalanını ifşa edəcək sübutların təqdim edilməsi, onun bilə-bilə verdiyi yalan ifadələrin müəyyən edilməsi ilə və digər əsaslarla əlaqədar olan müxtəlif məqamlardan asılı olaraq dəyişir, əlavə olunur və inkar edilir.Dindirmə- məlumatın əldə edilmə prosesi kimi məlumatların məzmunlu, mimik və qeyri-verbal növlərinin mənbəyidir. Məzmunlu məlumatın əsas fərqli cəhəti hadisənin, hərəkətin və faktın, əsasən şifahi formada şərh edilməsindən ibarətdir. Dindirilən şəxslərdən alınan məzmunlu informasiya yazılı formada da ola bilər. Bu halda, məlumatın şifahi ifadə məzmunu minumuma endiriləcək.Mimik məlumatlar çox dəyişkən olduqları kimi eyni zamanda, aralarındakı böyük fərqə baxmayaraq ifadənin sabit formasına da malikdirlər. Belə ki, sevinc, ağrı, nifrət, vasvasalıq, şübhəlilik, sayıqlıq və insan psixikasının digər halları uyğun olaraq gülüşdə, göz yaşlarında, dodaqların qaçmasında, gözlərin qıyılmasında və sairədə ifadə olunur. Hər halda yadda saxlamaq lazımdır ki, mimik ifadələr heç də həmişə insan psixikasına uyğun gəlmir. Bunun üçün də onlara sübut əhəmiyyətinin verilməsi düzgün olmazdı.Qeyri-verbal məlumat termini cinayət hüququnun anlayışlarından olub, səssiz razlığı və ya nəyinsə inkarını göstərən hərəkətlərin məcmusunu ifadə edir. Konklyudent hərəkətlərə əl-qol hərəkətlərini, göz vurmanı, baş yelləməni və ya yırğalamanı aid etmək olar. Onlar dindirilən şəxsin müəyyən vəziyyətlərə aid münasibəti haqqında olan məlumatı özündə əks etdirir. Belə hərəkətlərin məlumat xarakterinə baxmayaraq onlar da sübüt əhəmiyyətli hesab edilməməlidir. Məsələn, V. dindirmə zamanı ona təqsirləndirilən qismində cəlb olunması haqqında qərar elan edildikdən dərhal sonra təsdiq əlaməti kimi başını yırğalamış və daha sonra ağlamağa başlamışdır. Müstəntiq bunu ittihamla razılıq və səmimi etiraf kimi qəbul etmişdir. Həqiqətdə isə bu maraqlı şəxslərin cinayətin törədilməsində heç bir təqsiri olmayan V.-yə böhtan atmalarının nəticəsində sonuncunun ümidsizliyi ifadə edən qeyri-verbal hərəkətləri idi. (7, s. 12)Dindirmənin müxtəlif əsaslara görə növləri fərqləndirilir. Dindirilən şəxsin prosessual vəziyyətindən asılı olaraq dindirmə aşağıdakı növlərə bölünür: şahidin dindirilməsi, zərərçəkmişin dindirilməsi, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirilməsi. (3, s. 318-319)Dindirmə subyektinin yaş xüsusiyyətləri üzrə dindirmənin yetkinlik yaşına çatmayan (azyaşlı) və böyüklərin dindirilməsi, ardıcıllığına görə ilkin və təkrar dindirmə, məzmununa görə əsas və əlavə dindirmə, iştirakçıların tərkibinə görə müdafiəçinin, müəllimin, qanuni nümayəndənin, prokurorun, tərcüməçinin iştirakı ilə aparılan dindirmələrə, formasına görə hadisə yerində dindirmə, üzləşdirməyə ayırmaq olar.Dindirilənin tutduğu mövqedən asılı olaraq dindirmə düzgün ifadələr verən, bilə-bilə yalan ifadələr verən və vicdanlı yanılma nəticəsində həqiqətə uyğun olmayan ifadələ verən şəxsin dindirilməsinə bölünür.Dindirməni şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: ilkin mərhələ, sərbəst danışıq mərhələsi, sual-cavab mərhələsi və nəticə mərhələsi.(7, s. 15)Dindirmənin ümumi qaydaları cinayət-prsessual qanunvericiliklə müəyyən edilmişdir. Lakin onun prosessual qaydalarından fərqli olaraq taktiki üsullar qanunvericilik tərəfindən göstərilməmişdir. Qanun bununla da müstəntiqə dindirmə zamanı müxtəlif taktiki üsullardan hər hansı birini seçməsinə və tətbiq etmək üçün geniş imkanlar verir.Düzgün və tam ifadə almağı, habelə dindirmənin rasional qaydada təşkil edilməsini təmin edən taktiki üsullar dindirmənin taktikasını təşkil edir. Dindirmənin taktikası- konkret cinayət işinin hallarını, dindirilən şəxsin xüsusuyyətlərini və dindirmə şəraitindən asılı olaraq tətbiq olunan taktiki üsulların məcmusudur. Dindirmənin səmərəli nəticə verməsi hər bir halda düzgün taktikanının seçilməsindən asılıdır. Məhz bu səbəbdən taktiki üsul dindirilən şəxsin fərdi xüsusiyyətlərinə, müstəntiqin hansı informasiyaya malik omasına və dindirmənin şəraitinə müvafiq olaraq müəyyən olunmalıdır. Dindirmənin taktiki üsulları müəyyən tələblərə cavab verməlidir. Taktiki üsullar cinayət-prosessual qanunvericiliyə, habelə mənəvi prinsiplərə uyğun olmalıdır. (3, s. 328)Müstəntiq dindirilən şəxlə ünsiyyətdə olarkən xüsusi diqqət və bacarıqla hərəkət etməli, yüksək mədəniyyətə malik olmalı və əxlaq normalarına ciddi riayət etməlidir. Dindirmə prosesində ən kiçik qanun pozuntusu onun tərbiyəvi əhəmiyyətini azaltmaqla, dindirmənin effektivliyinə xələl yetirə bilər.Dindirmə zamanı müsbət nəticələrin əldə olunması müstəntiqin dindirməyə hazırlıq zamanı həyata keçirdiyi tədbirlərdən xeyli dərəcədə asılıdır.(3, s. 327) Dindirməyə hazırlığa aid mühüm tədbirlər sırasısında dindirmə planının tərtib edilməsi ilə bağlı məsələyə toxunmaq əhəmiyyətli olardı. Dindirmə planının tərtib edilməsi cinayət-prosessual qanunvericiliyi ilə tənzim olunmayan tədbirlərdən biridir. Bu tədbirin istifadə edilməsi məsələsi təcrübədə müstəntiqin şəxsi mülahizəsinə görə həll edilir. Planda dindirmənin predmeti, aydınlaşdırılmalı oln hallar, müstəntiqin istifadə edəcəyi cinayət işi materiallarının siyahısı, dindirilənə veriləcək sualların siyahısı, onların ardıcıllığı, tətbiq ediləcək taktiki üsul və vasitələr haqda qeydlər daxildir. Lakin, təcrübədə müstəntiqlər bu tədbirin imkanlarına olduqca az müraciət edirlər, bu da dindirmənin effektivliyinə təsir göstərir. 75 nəfər təhqiqatçı və müstəntiqlər arasında aparılan sorğunun nəticələri onu göstərmişdir ki, sorğu edilənlərin 48%-i ümumiyyətlə dindirmə planı tərtib etmir. Bəzən, təqsirləndirilən şəxsin, yaxud şübhəli şəxsin səmini etirafı və dindirilən şəxsin tam və dügün ifadə verdiyi hallar dindirmə planını əhəmiyyətsiz edir. Lakin bundan belə nəticə çıxarmaq olmaz ki, plan tərtəb etmək ümumiyyətlə lazımsızdır. Dindirmənin plansız həyata keçirilməsi labüd olaraq sistemsizliyə və natamamlığa, eyni şəxslərin dəfələrlə dindirilməsinə gətirib çıxara bilər, bu da həmin şəxslərin haqlı narazılığna səbəb olmaqla, son nəticədə istintaqın keyfiyyətinə mənfi təsir göstərəcəkdir. Cinayət təqibi üzrə icraat aparılarkən müstəntiqlər dindirmə planından az istifadə etsələr də, dindirilənə veriləcək sualların tərtib olunmasına kifayət qədər vaxt ayırırlar. Sualların düzgün və optimal tərtib edilməsi, onların ardıcıllığının taktiki baxımdan uğurlu qurulması dindirmə zamanı əhəmiyyətli məlumatların əldə edilməsi üçün son dərəcə vacibdir. Lakin sualları müəyyən edərkən müstəntiq etik normaların və prosessual qanunvericiliyin tələblərini rəhbər tutmalıdır. Belə ki, dindirilənə veriləcək suallar yönləndirici olmamalı, onlar mötəbər faktlar və hallar əsasında tətrib olunmalıdır. (7, s. 47) Dindirmə zamanı müstəntiq tərəfindən yol verilən xətalardan biri dindirilən şəxsə təqin edici sualların verilməsidir. Belə suallar istiqamətləndirici xarakter daşıyır. Məsələn, müstəntiqin “hadisə yerində qırmızı rəngdə papaq var idimi?” sualı təlqinedici sayılır və dindirən şəxsə artıq qırmızı rəngdə papağın olduğu fikrini yaradır.Dindirmənin vaxtı və yeri haqda prosessual qanunvericilikdə müəyyən maddələr öz əksini tapmışdır. (maddə 227.2 və 233.3) Dindirilən bəzi hallarda törədilmiş cinayət hadisəsi ilə bağlı halları, onların mexanizmini, ardıcıllığını, ayrı-ayrı detalları xatırlaya bilmir, belə hallarda, həmin şəxsləri hadisə yerində dindirmək lazımdır.(7, s. 47)Bəzi cinayət işləri üzrə ( məsələn, mütəşəkkil cinayətkarlıq, banditizm və s.) dindiriləcək şəxsi, xüsusilə şahid və ya zərər çəkmiş şəxsi çağırmaq haqda məsələnin həlli zamanı, dindirilənin təhlüksizliyini təmin etmək üçün bütün tədbirlər həyata keçirilməlidir. Belə ki, əks təqdirdə çağırılan cinayətkar dəstənin üzvlərindən birinin hücumuna və ya neqativ təsirə məruz qala bilər. Göründüyü kimi, dindirməyə çağırış üsullarının seçilməsi ilk növbədə müstəntiq tərəfindən dindirilənin şəxsiyyətinin öyrənilməsindən asılıdır. (7, s. 49)İnsanlar arasında qarşılıqlı münasibətlərin əasa elementlırindən biri psixoloji kontaktdır. Psixoloji kontakt dedikdə, ünsiyyət zamanı inama əsaslanan qarşılıqlı təsir etmə sistemi və informasiya mübadiləsi başa düşülür.(3, s, 322)Dindirmə psixoloji cəhətdən çox mürəkkəb prosesdir. Onun psixoloji əsasını dindirilən şəxslə psixoloji kontaktın yaranması təşkil edir. Adətən dindirmə zamanı inandırma, ifadənin ayrı-ayrı cəhətlərini təhlil etmək və oradakı ziddiyyətləri aydınlaşdırmaq metodundan, yaddaşın bərpa olunması metodundan, təkrar dindirmə, mütəntiqin məlumatılığı haqda təhrif olunmuştəəssürat yaratma, dolayı sualların qoyulması, danılmaz sübütların təqdim edilməsi, dindirilənin müsbət keyfiyyətlərinin stimullaşdırılması, dindirilənin zəif yerlərinin istifadə edilməsi, qrup halında dindirmə metodlarından istifadə olunur.Təkrar dindirmə metodu-bu zaman eyni suallar bir qədər başqa konteksdə qoyulur. Məlumdur ki, bir dəfə yalan ifadə vermiş şəxs bu ifadəsini yadda saxlamağa çalışır. Lakin bəzən yalan ifadənin bəzi detallarını unudur. Nəticədə isə ikinci dəfə eyni şəxs dindirildikdə onun verdiyi ifadələr əvvəlki ifadələrlə ziddiyyət təşkil edir.Müstəntiqin məlumatlılığı haqda təhrif olunmuş təəssüratın yaradılması metodu-bu metodun köməyi ilə müstəntiq cinyətin açılmasına, cinayət işini ətraflı öyrəndiyinə, hadisə ilə bağlı yüksək məlumatlılığa əminlik mümayiş etdirir. Bu cür əminliyi o, öz manerası ilə, sual vermək tərzi ilə, şübhəli təbəssümü ilə və s. nümayiş etdirə bilər. Bu zaman müstəntiq ikinci dərəcəli informasiyadan istifadə edə bilər. Buna onun dindirilən şəxsin həyatı, məşğuliyyəti, maraqlarına dair yalnız onun ən yaxın əhatəsinə məlum olan məlumatı deməklə nail olmaq mümkündür. Belə halda dindirilən şəxs əmin olur ki, onu izləyirlər və buna görə də müstəntiqə artıq hər şey bəllidir.Bununla yanaşı, müstəntiq həm də axtarış zamanı hadisə yerindən götürülmüş müəyyən sənədləri dindirilənin görmə sahəsində olmaq şərtilə öz masasının üzərinə qoya bilər.Dolayı sualların verilməsi metodu- bu metodun əsas mahiyyəti ondan ibarətdir ki, bu zaman dindirilənə onun üçün ikinci dərəcəli, az əhəmiyyət kəsb edən suallar verilir. Lakin bu suallara cavab verərkən o, iş ilə bağlı və müstəntiqi maraqlandıran məsələ haqda məlumat vermək məcburiyyətində qalır.Dindirilənə danılmaz sübutların təqdim edilməsi metodu-əksər hallarda bu metoddan təqsirləndirilən şəxsin yalan ifadə verdiyini ifşa etmək üçün istifadə olunur. Bu zaman, ilk növbədə təqsirləndirilənə onu daha aşkar surətdə ifşa edən sübutları bildirmək məqsədə uyğundur. Çünki bu zaman o, ifşa edildiyini dərk edir və yalan ifadə vermək fikrindən çəkinir. Təqsirləndirilənə sübutlar tamamilə və epizodlarla elan edilə bilər. Sübutların epizodlarla elan olunması daha məqsədə uyğundur. Çünki təqsirləndirilənə sübut tam məlum olduqda, o ifadəsinin sonrakı istiqamətini özü üçün əlverişli şəkildə tənzim edə bilər ki, bu da yalan ifadənin ifşasını çətinləşdirir.Əgər cinayət bir neçə şəxs tərəfindən törədilmişdirsə, bu zaman cinayətin təşkilatçılarının, təhrikçilərinin və ya köməkçilərinin əvvəlcə dindirilməsi daha məqsədə müvafiqdir. Çünki belə təqsirləndirilənlər cinayətin edilməsində özlərini o qədər də təqsirkar bilmədiklərinə görə çox vaxt yalan ifadə verməyə cəhd göstərmirlər.Dindirilənin müsbət keyfiyyətlərinin stimullaşdırılması metodu-dindirmənin ilk mərhələsində müstəntiqlə dindirilən şəxs arasında psixoloji kontaktın yaradılması baxımından çox əhəmiyyətlidir.Dindirilənin zəif nöqtələrinin istifadəsi metodu-dindirilən şəxsin zəif tərəflərinə emosional gərginlik, emosional qeyri-sabitlik, tez özündən çıxma kimi xüsusiyyətlər aid edilir. Bu xüsusiyyətlərə malik olan dindirilən şəxslər öz fikirlərinə nəzarət edə bilmirlər. Bu zaman onların yalan ifadələrini ifşa etmək daha asan olur.Qrup halında dindirmə metodu- bu zaman dindirmə, eyni zamanda iki müstəntiq tərəfindən aparılır. Onlar arasında sanki rollar bölüşdürülür. Onlardan biri çox aktiv, “acıqlı” bir tərzdə dindirməni aparır, digəri isə bir qədər təmkinlə və mülayim tərzdə. “Mülayim, mehriban” müstəntiq rolunda çıxış edən şəxs “acıqlı” müstəntiqlə dindirilən arasında yaranan konflikləri,gərginliyi aradan qaldırmağa çalışır. Əksər hallarda məhz “yaxşı” müstəntiq dindirilən şəxslə psixoloji kontakt yaratmağa müvəffəq olaraq istintaq üçün lazımlı informasiyanı əldə edə bilir.Dindirmə zamanı hipnoz metodundan da istifadə oluna bilər(bəzi ölkələrin hüquq praktikasında). Hipnoz, adətən, bu sahədə mütəxəssis olan şəxslər tərəfindən keçirilir. Bu metoddan yalnız dindirilənin könüllü yazılı razılığı olduğu halda istifadə edilə bilər. Hiperoperatorlar istintaqı aparan şəxslərdən asılı deyillər və araşdırılan işdə maraqları yoxdur. Seansdan əvvəl hiperoperator şəxsin hipnoza münasibətini aydınlaşdırır və ayıq halda onu hadisəylə bağlı sorğu-sual edir. Bu zaman təlqinedici suallardan istifadə qadağandır.(8, s. 71-72)İstifadə olunmuş ədəbiyyat siyahısı:1. Azərbaycan Respublikasının Konstitusiyası, http://www.e-qanun.az/framework/8972. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, Hüquq Yayın Evi, Bakı 20173. AR DİN Polis Akademiyası-Kriminalistika(dərslik), Qanun 20104. K.Saricarinskaya-İstintaq taktikası, Bakı-19915. Порубов Н.И. Тактика допроса на предварителъном следствии. М, 19986. Qəhrəman Cəfərov-“Azərbaycan Respublikasının yeni cinayət prosessual qanunvericiliyində ibtidai istintaqda təqsirləndirilən şəxsin dindirilnəsinin bəzi prosessual məsələləri” (dissertasiya), Bakı-20037. Cavadov Anar- “Dindirmənin prosessual və kriminalistik aspektləri”(dissertasiya), Bakı-20078. Ə.Bayramov, B.Əliyev- “Hüquq psixlogiyası”(dərslik), Bakı-2012ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.