Fərqanə MƏHYƏDDİNQIZI: "ESTETİK TƏRBİYƏ"

Fərqanə MƏHYƏDDİNQIZI: "ESTETİK TƏRBİYƏ" Mən - Əhmədova Fərqanə Məhyəddin qızı - 1979-cu il iyulun 5-də Goranboy rayonunda ziyalı ailəsində anadan olmuşam. Orta təhsilimi Göranboyda aldıqdan sonra, M.F.Axundov adına Azərbaycan Dövlət Pedoqoji Rus dili və Ədəbiyyati İnstitutunun rus dili və ədəbiyyati ixtisasına daxil olmuşam və həmin institutun tam kursunu bitirmişəm.
3 il Gəncə şəhərindəki 5 nömrəli məktəbdə müəllimə işləmişəm. Mənim öz doğma ədəbiyyatımıza olan sevgim məni yenidən ali təhsil almağa sövq etmiş və mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ikinci dəfə ali təhsil almışam və oranı ələ qiymətlərlə tam kursu bitirmişəm.
4 il vaxtı ilə təhsil aldığım Rus Dili və Ədəbiyyati İnstitutunda (indiki Bakı Slavyan Unversitetdə) işlədikdən sonra, əmək fəaliyyətimi AzMIU-nun əvvəlcə Azərbayca və rus dili kafedrasında davam etdirmişəm. Sonra isə Əcnəbi dillər kafedrasinda çalışmışam.
Hazirda da həmin kafedranin müəllimiyəm.
Eyni zamanda “F-5” kanalının təsisçisi və rəhbəriyəm.
Bir övladım var.
Sevimli məşğulyyətim şeir yazmaq və dinləməkdir.
Ədəbiyyat, gözəlik vurğunuyam.
Təbiyyət qoynunda olmaği çox sevirəm.
Bir neçə elmi və publisistik məqalələrim müxtəlif mətbuat orqanlarında və ədəbi-bədii, elmi-publisistik məcmuələrdə dərc olunub.
Aşağıda dəyərli oxucularımıza daha bir məqaləmi
böyük məmnuniyyətlə təqdim edirəm.


Fərqanə MƏHYƏDDİNQIZI



ESTETİK TƏRBİYƏ Fərqanə MƏHYƏDDİNQIZI: "ESTETİK TƏRBİYƏ"

Şəxsiyyətin hərtərəfli və harmonik inkişafında, onun yüksək bəşəri tələblərə cavab verəcək bir səviyyədə formalaşmasında tərbiyənin təkib hissəsindən biri olan estetik tərbiyə də böyük əhəmiyyət kəsb edir. İndi görək estetik tərbiyə nədir, onun mahiyyəti nədən ibarətdir.
«Estetika» qədim yunan «estanomay» sözündən olub hərfi mənası «hisslərlə qavramaq» deməkdir. Müasir dövrdə estetika maddi aləmin, obyektiv gerçəkliyin insan tərəfindən bədii surətdə qavra¬nılmasının ümumi qanunauyğunluqları haqqında elmdir. Estetika gözəllik haqqında elmdir. Estetik tərbiyə isə pedaqoji məfhumdur. Estetika fəlsəfi məfhumdur, fəlsəfənin tərkib hissəsindən biridir. Estetik tərbiyə isə tərbiyənin ayrılmaz tərkib hissəsindən biri olub, gənc nəsli gözəllik aləminə yaxın¬laşdırır, insanlarda həqiqi gözəlliyi bütün təzahür formalarında aydın qavramaq, düzgün başa düşmək, sevmək və qiymətləndirmək bacarıqları tərbiyə edir. Estetik tərbiyə insanlarda gözəlliyə olan həssaslığı artırır, onları həyata gözəllik ünsürləri daxil etməyə təhrik edir, insanların mənəvi aləminə qüvvətli təsir göstərməklə onu daha da nəcibləşdirir. Ona görə də dahilərin bir çox əsərlərində və klassik pedaqoqların pedaqoji irslərində böyüyən nəslin, ümumiyyətlə insanlann estetik tərbiyəsinə böyük əhəmiyyət verilmişdir. Müasir dövrdə estetik tərbiyəyə yüksək qiymət verilir, onun şəxsiyyətin hərtərəfli formalaşmasında əhəmiyyətli rol oynadığı qeyd edilir, gənclərin gözəlliyi, bədii hisslərə dolğun və dərindən yiyələnməsinə, onların bədii yaradıcılığa cəlb olunmasına böyük əhəmiyyət verilir. Estetik tərbiyənin məqsədi və vəzifələri. Deməli estetik tərbiyə - insanda bədii hisslər, zövq, bədii mühakimənin təşəkkül tapıb möhkəmləndirilməsi və bu əsasda yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi prosesidir. Bu prosesdə tərbiyə olunanlar gözəlliyin mahiyyətini dərk edir, ona qiymət verməyi öyrənir, gözəlliyin yaradılmasında, mühafizəsində iştirak etməyə hazırlanır, özlərinin estetik keyfiyətlərini inkişaf etdirir, müvafiq bilik və vərdişlərə yiyələnirlər. İnsanda gözəlliyə münasibətində onun maddi təlabatı da mühüm rol oynayır. Təbiət və cəmiyyət hadisələri şəxsiyyətin təlabatım ödəyən zaman onlarda gözəl düyğu və hisələr baş qaldırır. Məsələn, müxtəlif vaxtlarda təbiət hadisələrinə münasibət də mənfi və müsbət olmuşdur. Cəmiyyət hadisələri də həmçinin fərddə müsbət və mənfi keyfiyyətlər doğura bilər. Bu həmin hadisələrin fərdin öz maddi və mənəvi tələbləri ilə bağlılığından asılı olur. Təbiət və cəmiyyət qanunlarını öyrənmək, bu qanunlardan çıxış edərək təbiət və cəmiyyəti insan təlabatma uyğunlaşdırmaq məsələsi, gögzəllik qanunları əsasında yaratmaq prinsiplərinə uyğun şərh edilməlidir. Danışıqda və bəzi pedaqoji ədəbiyyatlarda «estetik tərbiyə» anlayışı bəzən «bədii tərbiyə» anlayışı ilə eyniləşdirilir. Əslində isə bunlar başqa anlayışlardır. Beləki, «bədii tərbiyə» dedikdə başlıca olaraq incəsənət əsərləri (ədəbiyyat, musiqi, rəsm) vasitəsilə verilən tərbiyə nəzərdə tutulur. Bədii tərbiyəincəsənət əsərlərini başa düşmək və həmin əsərlərin təsiri ilə ruhən yaşamaq qabiliyyəti tərbiyə etməyi nəzərdə tutur. Estetik tərbiyə isə həm incəsənət əsərləri, həm də təbiətdə, həyatda, fikir və davranışda olan gözəllikləri qavramaq, başa düşmək, sevmək və qiymətləndirmək qabiliyyətinin, habelə bədii yaradıcılıq qabiliyyətlərinin tərbiyə etdirilməsini nəzərdə tutur. Deməli estetik tərbiyə daha geniş sahəni əhatə edir və bədii tərbiyə də onun tərkibinə daxildir. Estetik tərbiyə qarşısında aşağıdakı vəzifələr durur:
1. Estetik tərbiyə estetik hissələr yaratmalı və inkişaf etdirməlidir. Bura estetik həvəs, estetik qav-rama, duyma daxildir. İnsanların yaşadığı mühitdə olan bütün gözəl şeylər- təbiət mənzərələri, təsviri sənət əsərləri, incə musiqi, memarlıq abidələri, qiymətli əmək məhsulları və s. onu diqqətini cəlb etməli, həssaslığını artırmalı, bədii hisslərini təşəkkül və inkişaf etdirməlidir. Müəllim şagirdlərə gözəlliyi bütün təzahür formalarında qavramaqda gömək etməlidir.
2. Estetik tərbiyə insanlarda estetik baxışlar və mühakimələr yaratmalıdır. İnsanların gözəllikdən sadəcə həzz almaları ilə kifayətlənmək olmaz. Onlarda həmçinin gözəlliyi qiymətləndirmə bacarığıda yaradılmalıdır. Hər bir tərbiyə olunan gözəlliyi ayıra, dərk edə bilməli, təkcə baxmaq və eşitmək deyil, həm də görməyi və dinləməyi də bacarmalıdır. Ancaq belə halda uşaqlarda yeniyetmə və gənclərdə estetik baxış və mühakimə tərbiyə edilə, yaradıla bilər.
3. Estetik tərbiyə insanlarda estetik yaradıcılıq qabiliyyətini təşəkkül və inkişaf etdirməli, onlarda incəsənətin müvafiq sahələri üzrə bilik, bacarıq və vərdişlər yaratmalıdır. Estetik tərbiyə insanın incəsənət (А.Рзаева, Б.Ахмедов «Педагогикадан мцщазиря конспектляри» s, 1983.) sahəsində yaradıcılıq göstərə bilməsinə, kollektiv və ya təklikdə şer və hekayə oxumaq, musiqi əsrlərini ifa etmək, rəqs etmək bacarığına yiyələnməsinə gömək etməlidir. Yuxarıda sadalanan vəzifələr ayrı- ayrılıqda deyil, bir-birilə qarşılıqlı əlaqədə həyata keçirilir. Həmin vəzifələr nə qədər müvəffəqiyyətlə həyata keçirilsə, tərbiyə olunanlar bir o qədər saf və gözəl olar. Məişətdə, rəftar və davranışda zövq-süzlüyə, bayağı təsəvvürlərə qarşı mübarizə apararaq, ətraf aləmə gözəllik ünsürləri daxil etməyə çalışar. Estetik tərbiyənin yuxarıda qeyd edilən vəzifələri bütün təhsil sistemində təlim-tərbiyə müəs-sisələrində, o cümlədən məktəbdənkənar tərbiyə müəssisələrinə, mədəniyyət müəssisələrində və ümumiyyətlə pedaqoji gerçəkliyin bütün sahələrində aparılan estetik tərbiyəyə aid edilir. Mədəniyyət müəssisələrində estetik tərbiyə imkanları daha genişdir. Teatr, kino, televiziya, sirk və s. bu kimi incəsənət müəssisələri estetik tərbiyə sahəsində daha geniş imkanlara malikdir. İncəsənətin bu növləri müxtəlif sahələri gözəllik ünsürlərini özələrində birləşdirmişlər. Məsələn, teatrda tamaşalar zamanı bədii qiraət, pantomima, dekorasiya, musiqi ahənkdar şəkildə birləşmişdir. Bu isə tamaşının qavranılmasında özünə məxsus emosional, estetik hislər yaradır. Bu zaman aktyorlarla tamaşıçılar arasında yaranmış emosional əlaqələr estetik tərbiyənin səmərəliliyini daha da artırır, insanlarda estetik münasibətlər formalaşdırır. Tamaşaçı Müəyyən mənada ruhən tamaşaya daxil olur, gedən hadisələrdə «iştirak edir» və ya onu öz həyatı ilə müqayisə edirlər. Kino, televtziya müxtəlif yaşlı tərbiyə olunanlarda, insanlarda estetik münasibətlər formalaşdırılmasında daha əhəmiyyətli yer tutur. Bədii, tarixi, tədris filmlərinə baxış, onların sonra tərbiyəçi tərəfindən təhlili estetik imkanlarının açılması, insanların gündəlik həyatı ilə əlaqələndirməsi buna misaldır. Estetik tərbiyənin prinsipləri. İnsanların estetik tərbiyəsini günün tələbləri səviyyəsinə qaldırmaq üçün bir sıra prinsiplərə əməl etmək lazımdır. Bunları aşağıdakı şəkildə təsnif etmək olar.
Estetik tərbiyədə ideyahlıq təmin olunmalıdır. Estetik tərbiyə məqsədi ilə istifadə edilən material diqqətlə seçilməli, onların ideyaca yüksək, bədii cəhətcə dəyərli və zəngin olmasına xüsusi fikir verilməlidir. İnsanlar elə musiqi və təsviri incəsənət əsərləri ilə tanış edilməli, elə film və pyeslər nümayiş etdirilməlidir ki, bu əsərlər onlarda yüksək bədii zövq oyatmaqla bərabər nəcib əxlaqi keyfiyyət də tərbiyə etsin, insanların xoşbəxtliyi uğrunda mübarizə əzmini qüvvətləndirsin. Bu hər bir tərbiyəçinin diqqə mərkəzində durmalıdır.
Estetik tərbiyə prosesində kiçik uşaqlara məzmunu onlar üçün anlaşılmaz olan bədii əsərlər oxu-maq, kino və teatrlara baxmaq, musiqi dinləmək olmaz. Çünki belə materiallar onlar üçün anlaşılmaz olur, bu isə bəzən müsbətdən çox mənfi təsir göstərir. Uşaqlar onlara mənaca aid olan əsərlərdən zövq ala bilər. Digər tərəfdən də, onlar böyüklər üçün olan əsərləri qavramağa hazırlan¬malıdırlar. Ona görə də usage gözəllik aləminə daxil edən ayrı-ayrı tədbirlərdə tədriciliyə ciddi əməl olunmalıdır. Təqdim edilən incəsənət əsərləri, esietik tərbiyə vasitələri sadədən mürəkkəbə doğru aparılmalıdır.
Estetik tərbiyə işində sistematikliyə və ardıcıllığa əməl edilməlidir.
Məlumdur ki, sistematiklik və ardıcıllıq həm təlim , həm tərbiyə prinsipidir. Ona gör; də bu prinsip həm estetik təlim həm də estetik tərbiyədə aktualdır. Etetik təlim zamar öyrənənlərə estetik biliklər verilir, həm də bu biliklər bacarıq və vərdişlərə çevrilir. В isə asandan başlayaraq yavaş-yavaş, bir-birilə bağlı şəkildə biri digərinə istinad edilərək aşılanır. Bu estetik təlim, davamlı və sistemli çalışmalar vasitəsilə həyata keçirilir. Sistemli təlim müəssisələrində bu təlim məşqələləri dərslərdə aparılır. Məktəbdən kənar tərbiyə müəssisələri, mədəniyyət və digər müəssisələridə isə təlim tipli məşğələlər vasitəsilə (dərnəklər) həyata keçirilir. Məsələn, şəkil qalereyasında rəssamlıq dəməkləri, mədəniyyət müəssisələrində rəqs, musiqi məşqələri və s. misal göstərmək olar.
Estetik münasibətlər həm təlim məşqələlərində, həm də məktəbdən müəssisələrdə anlayışlar yarat-maqdan başlayaraq tərdiçən estetik baxışlar və görüşlər yaratmağa doğru aparılır. Təlim müəssisə-lərində əsası qoyulan estetik baxışlar sonralar mədəniyyət müəssisələri və pedaqoji gerçəkliyin digər sahələrində estetik görüşlərə çevrilir. Estetik tərbiyə fasiləsiz şəkildə aparılır.
Estetik tərbiyə hərtərəfli aparılmalıdır. Estetik tərbiyə insanlara hərtərəfli təsir etməlidir. Hər bir şəxs incəsənət, təbiət, həyat gözəlliklərini dərk etdikcə, onu özünün fəaliyyətində, rəftarında, geyi-mində əks etdirə bilməlidir. Estetik tərbiyə elə aparılmalıdır ki, tərbiyə olunanlar öz davranışına, insanlarla ünsiyyətinə gözəllik elementləri daxil edə bilsinlər. Tərbiyə işi elə qurulmalıdır ki, yaradılan estetik anlayışlar şüurlu dərk olunaraq şəxsi münasibətlərə çevrilsin. Mənimsənilən estetik biliklər həyati bacarıq və vərdişlərə çevrilməlidir. Əgər tərbiyə olunanda incəsənətin bu və ya digər sahəsinə aid güclü meyl və ya xüsusi istedad elementləri varsa, onda tərbiyə olunanda həmin istiqamətdə daha səmərəli iş aparmalı, onun qabiliyyətinin inkişafı üçün geniş şərait yaradılmalıdır.
Tərbiyə olunanların yaş xüsusiyyətləri nəzərə alınmalıdır.
Tərbiyənin bütün sahələrində olduğu kimi estetik tərbiyədə də tərbiyə olunanların ümumi fiziki, psixoloji, intellektual inkişafına istinad edilməlidir. Bu prinsip istər təlim, istərsə də tərbiyənin bütün sahələrində istinad edilən əsas prinsipdir.
Bütün bu prinsiplərə riayət zamanı tərbiyə olunanın ahəngdar inkişafı diqqət mərkəzində olmalıdır.
Həyata keçirilən bütün tərbiyəvi tədbirlər məhz bu məqsədə xidmət etməlidir. İnsanların, böyüyən nəslin estetik tərbiyəsinin müvəffəqiyyəti, müəyyən mənada, məktəblə ailənin əlbir işindən də asılıdır. Bu isə valideyn və müəllimlərin özlərinin estetik mədəniyyətinin yüksəldilməsini tələb edir.
Estetik tərbiyənin bu prinsipləri sistemli təlim tərbiyə müəssisələrində rəhbər tutulmaqla yanaşı, həm də məktəbdən kənar tərbiyə müəssisələrində, mədəniyyət müəssisələrində aparılan estetik tərbiyə işlərində də rəhbər tutulur. Ümumiyyətlə, bu prinsiplər estetik tərbiyə ilə məşğul olan bütün sahələrdə, o cümlədən pedaqoji gerçəkliyin bütün sahələrində də riayət edilən əsas və başlıca prisipdir.
Estetik tərbiyənin bir çox vasitələri mövcuddur. Bunların içərisində: a) insanların təbiətlə əlaqəsi; b) ictimai-sosial həyat; v) əmək fəaliyyəti mühüm yer tutur. İnsanların gözəlliklə, təbiətlə əlaqəsi nəti-cəsində onlarda gözəl hisslər baş qaldırır, təbiətə vurğunluq əmələ gəlir. Bu işdə təbiətə eks¬kursiyalar, yaşıllaşdırma işində iştirak etmək və s. əhəmiyyətli yer tutur. Təbiət, onun gözəlliyi özü uşaq və yeniyet¬mələri gözəlliyi sevdirir. Estetik tərbiyənin iknci vaitəsi insanların sosial həyatıdır. Abad¬laş-dırılmış şəhər və kəndlər, onların gündən-günə gözəlləşdirilməsi, yaraşıqdı binalar tikilməsi və istirahət kuşələrinin salınması insanlar arasında gözəl, mehriban ünsiyyət yaradır, onları həyatı daha da gözəlləşdirməyə ruhlandırır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə sövq edir.
Estetik tərbiyənin vasitələri içərisində əmək mühüm yer tutur. İnsan öz əməyinin nəticəsindən, cəmiyyətə verdiyi xeyrdən zövq alır.
Estetik tərbiyə metodlarına:
estetik bilgilərin verilməsində istifadə edilən təlim metodları;
estetik zövq və estetik baxışların tərbiyə edilməsində istifadə edilən tərbiyə metodları;
estetik yaradıcılığın özünə məxsus olan spesifik metodlar daxildir.
Birinci qrupa şifahi şərh, müsahibə, illüstrasiya və demonstrasiya, izah və s.; ikinci qrupa söhbət, müzakirə, disput, ədəbi-bədii gecələr və s.; üçüncü qrupa isə estetik fəaliyyətin təşkili metodikası daxildir.
Məsələn, rəssam olmaq istəyirsə şəkil çəkmə qaydaları, naturanı görə bilmək, fırçadan, qələmdən və s. istifadə öyrədilir. Rəqqasəyə rəqs elempentləri, musiqiyə uyğun hərəkət etmək qaydası öyrədilir.
Ümumiyytlə estetik təlim və tərbiyə, əsasən iki formada təlim və dərsdənkənar proseslərdə həyata keçirilir, mədəniyyət və incəsənət müəssisələrində də estetik tərbiyə tədbirlərinə geniş yer verilir. Tərbiyənin digər tərkib hissələri kimi estitik tərbiyədə də baza kimi təlim prosesi götürülür. Məktəb-lərdə tədris edilən dərslərin, demək olar ki, hamısında estetik tərbiyə imkanı vardır. Bir sıra fənlər isə bilavsitə estetik tərbiyə və təliminə (musiqi, rəsm, nəğmə və s.) xidmət edir.
Məsələn, ədəbiyyat dərslərində yeniyetmə və gənclər bədii əsərləri öyrənirlər. Bu zaman onlar əsər qəhramanlarını təhlil edirlər, ona münasibət bildirirlər: Bu isə onları həm də öz hərəkət və davranış-larına gözəllik ələmətləri daxil etməyə məcbur edir, onlarda gözəlliyə aid münasibətlər formalaşdırır.
Ədəbiyyat dərslərində yeniyetmə və gənclər zəngin ədəbi materiallar xalq, yaradıcılığı, poeziya ilə tanış olur, yaradıcı təxəyyülləri inkişaf etdirir.
Tarix dərslərində uşaqlar qəhrəman keçmişimizlə tanış olur, müxtəlif tarixi dövrlərdə xalqımızın düşdüyü çətinliklər, keçdiyi keşmə-keşli mübarizə yolları ilə tanış olur, azadlıq uğrunda vuruşan qəhramanlara rəğbət bəsləyirlər. Onlar istismardan uzaq olan yeni cəmiyyətin, qurulucularına minnət-darlıq hissi bəsləyirlər, bu isə estetik tərbiyəyə müsbət təsir göstərir. Bədən tərbiyəsi dərslərində hərəkətlərin bədii şəkildə icrası, dərsin musiqi ilə müşayiət edilməsi, qamətin düzgün inkişafı kimi məsələlər estetik tərbiyə-nöqteyi nəzərindən çox faydalıdır. Təlim prosesində tərbiyə olunmuş bu estetik baxışlar, hissələr insanların müstəqil həyatı və fəaliyyəti prosesində daha da möhkəmlənir və inkişaf edir. Həmçinin bu hisslər, baxışlar və onlarda tərbiyə olunmuş, formalaşdırılmış estetik bacarıq və adətlər əsasında öz həyatlarını, iş yerlərini gözəllik qanunları əsasında qurmağa səy göstərirlər. Daha doğrusu səmərəli estetik tərbiyə estetik özünütərbiyəyə çevrilir. Rəsm dərsləri estetik tərbiyədə daha geniş imkanlara malikdir. Bu dərslər vasitəsilə tərbiyə olunanlarda rəssamlıq və onun müxtəlif sahələrinə aid biliklər, anlayışlar yaradılır, zəruri bacarıqlar formalaşdırılır. Nəğmə dərsəlri də rəsm dərsləri kimi estetik tərbiyədə böyük əhəmiyyətə malikdir. Nəğmə dərslərində səs, musiqi, onun ahəngi haqqında məlumatlar verilir, musiqini dinləmə, dərk etmə qabiliyyət və bacarıqları formalaş¬dırılır. İstər nəğmə istərsə də rəsm dərslərində məktəblilərin bu sahədə xüsusi qabiliyyətləri üzə çıxırılır və inkişaf etdirilir. Estetik tərbiyəni yalnız təlim prsesi ilə məhdudlaşdırmaq olmaz. Dərsdə binovrəsi qoyulmuş estetik tərbiyə dərsdənkənar tədbirlər prosesində və məktəbdənkənar tərbiyə müəssisələrində davam etdirilir. Sinifdənkənar tədbirlər prosesində şagirdlərin təlim zamanı qazandıqları bilik, bacarıq və vərdişləri daha da inkişaf etdirilib təkmilləşdirilir. Təlim prosesinə nisbətən sinifdənkənar tədbirlər məktəblilərin fərdi tələbatına, arzu və istəklərinə, maraq və meyllərinə uyğun şəkildə təşkil edilir. Rəngarəng sinifdənkənar estetik tərbiyə işlərinə müxtəlif dərnəklər, kütləvi tədbirlər ekskursiyalar və s. daxildir. Mədəniyyət müəssisələrində təşkil edilən estetik tərbiyə məşğələlərində də inçəsənətin müxtəlif sahələrinə aid bilik, bacarıq və vərdişlər formalaşdırılır. Bu məşqələlər təlim məşqələləri olduğu üçün təlimə verilən bütün pedaqoci tələblər onlara da verilir. Elmi pedaqoci yeniliklər təlimin bu sahəsinə də tətbiq edilir. Mədəniyyət müəssisələrində təşkil edilən bu tip məşğələlər də təlim və tərbiyə məşğələləri hesab edilir və şəxsiyyət formalaşdırılması məqsədlərinə xidmət edir. Estetik tərbiyə işində bədii yaradıcılıq və ya mcisənət dəməkləri əhəmiyyətli yer tutur. Bura rəqs, dram, ədəbiyyat, xor, rəsm, bədii tərtibat, tikiş və s. dərnəklər daxildir. Uşaqlar və gənclər arasında geniş yayılmış incəsənət növlərindən biri də rəqsdir. Uşaq və yeniyetmələr bayram təntənələrində, müsa¬mirə və şənliklərdə həvəsi; rəqs edirlər. Uşaqlar, yeniyetmələr və gənclər rəqs zamanı əylənir, sevinir və fərəh hissi keçirirlər. Rəqs zamanı hər kəs öz bacarıq və istedadlarını səfərbərliyə alır, gördüklərini yadda saxlamağa çalışır, hərəkətləri üzərində düşünür. Bu isə onlarda həm də hafizə və təfəkkürü inkişaf etdirir. Məktəbdənkənar və mədəniyyət müəssələrində təşkil edilən rəqslər yaşauyğun təşkil edilir. Ona görə də dərnəklər eyni yaşlı, heç olmazsa yaşlarında az fərq olan insanları biləşdirir. Rəqs zamanı geyimlər də gözəl, milli və ya müasir olmalıdır. Yeniyetmə və gənclərin estetik tərbiyəsində dram dərnəkləri də böyük əhəmiyyət kəsb edir. Dram dərnəyində aktyor kimi iştirak edən zaman iştirakçı özünü əsərdə göstərilən aləmdə hiss edir, rola girir, personajın hiss və görüşlərini yaşamağa çalışır. Bu proses insanlarda təxəyyül, fantaziya, yaradıcıqabiliyyətləri də inkişaf etdirir.
Hazırlanan tamaşa yeniyetmə və gənclərin, ümumiyyətlə tərbiyə olunanların yaş xüsusiyyətləri və səviyyələrinə uyğün olmalıdır. Sinifdənkənar və məktəbdənkənar tərbiyə işlərində incəsənət əsər-lərinə daha arqtıq fikir verilməlidir.
Dəmək işlərinin müvəffəqiyyətinin təmin edilməsi iştirakçılar arasında vəzifə bölgüsünün düzgün aparılması və s. kimi şərtlərdən də asılıdır. Kütləvi tədbirlər də estetik tərbiyənin mühüm formala-rından biridir. Bura incəsənətin ayrı-ayrı sahələrinə həsr olunmuş məruzə, müharizə və söhbətlər, ədəbi-bədii gecələr, radio və televiziya verlişlərinin müzakirəsi, təbiətə və incəsənət muzeylərinə ekskursiyalar, teatr və kino tamaşalarına kollektiv gedişlər, mədəni əyləncələr, bədii albom, kütləvi oyunlar və s. daxildir. Təbiət, cəmiyyət və incəsənətdəki gözəllikləri müşahidə və dərketdirmək bu əsasda insanlarda estetik zövqü, mühakimə və baxışı formalaqşdırmaq nöqteyi-nəzərindən bütün bu tədbirlərin çox böyük əhəmiyyəti vardır. Misal üçün məlum olduğu kimi teatr və kino öz konkretliyi və bədii tərtibatı ilə, həmçinin musiqi və canlı söz vasitəsilə təsir edrək insana gözəllikləri dərk etməyi öyrədir, insanın bədii zövqünü və estetik mühakiməsini inkişaf etdirir.
İşin müvəffəqiyyəti əvvəlcədən hazırlıq aparılmasını tələb edir. Bu zaman tərbiyə olunanlara baxacaqları film və ya teatrın süjeti ideyası haqqında qısa məlumat verilir. Sonra isə baxılmış əsər müzakirə edilir, hər kəsin şəxsi fikri üzə çıxarılır.
Tərbiyə olunanların incəsənət muzeylərinə ekskursiyaları da əhəmiyyətli yer tutur. Bu ekskursi-yalar zamanı şagirdlər və tələbələr incsənət nümayəndələri və onların növləri ilə rəssamın, heykəl-tarışan, memarın yaratdığı xarüqələr ilə tanış olurlar.
Təbiətə ekskursiyalar da tərbiyə olunanların estetik tərbiyəsində, doğma vətənimizin gözəlliklərini dərk edib, sevməkdə əhəmiyyətli yeri tutur. Təbiətin estetik gücü haqqında K.D.Uşinski «Bəs şəlalə-lər, bəs təbiət, şəhərin gözəl ətrafı, bəs ətirli çəmənliklər və dalğalı səhralar, bəs güllü-çiçəkli bahar və qızıla bənzər payız bizim tərbiyəçilimiz olmayıblarmı? Mən həyat təəssüratımın dərin etiqadı nəticəsində bilirəm ki, gənc ruhun tərəqqisində gözəl mənzərənin tərbiyəvi təsiri o qədər böyükdür ki, müəllimin təsiri ona rəqib ola bilməz». Ailədə və ictimai təşkilatlarda da estetik tərbiyəyə diqqət yetirmək də əhəmiyyətli yer tutur.
Estetik tərbiyə insan məişətinin hər bir sahəsinə daxil olmalıdır. Böyüyən nəslin zövqünü tərbiyə edib təkmilləşdirməkdə onu əhatə edən şəraiti böyük rol oynayır. Tərbiyə olunanı əhatə edən şərait özü də gözəl olmalıdır.
Y.A.Kominski qeyd edirdi kr, məktəbin özü gözləri cəlb edəcək xoş bir yerdə olmalıdır. Məktəbin foyesi və dəhlizləri məşhur şəxsiyyətlərin portretləri, tarixi hadisələrin təsviri, omament nümunələri ilə bəzənmiş olmalıdır. Məktəbin xaricində isə kəzinti bağı olmalıdır ki, şagirdlər ağacların bitki və çiçəklərin mənzərəsindən zövq alsınlar. Böyük pedaqoqun bu sözlərindəki həqiqət indi də öz əhəmiy-yətini saxlayır. Bu tələb mədəniyyət müəssisələrinə, həmçinin məktəbdənkənar tərbiyə müəssisələrinə də aiddir. Yeniyetmə və gəncin xarici görkəmi, özünün zəngin daxili aləminə və nəcib hərəkətlərinə uyğun gəlməlidir. Bu nöqteyi-nəzərdən geyim insanın estetik mədəniyyəti və zövqü haqqında müəyyən təsəvvür verə bilir.
Hər bir yeniyetmə və gənc təkcə danışıqda deyil, hər şeydə; danışığında, yerişində, rəftar və hərəkətlərində, başqalarına qaoşı münasibətində gözəl olmalıdır.
Uşaqların estetik tərbiyəsində bütün yaş dövrlərində ailə daha çox rol oynayır. Belə ki, ailənin yaşlı üzvləri, valideyinlər gəzintilər zamanı təbiətdəki gözəllikləri onlara müşahidə etdirir, bu gözəllikləri onlara dərk etdirməyə çalışırlar. Ümumiyyətlə tərbiyənin digər tərkib hissələrində olduğu kimi estetik tərbiyədə də ailə mühum, əvəzedilməz əhəmiyyətə malikdir.

Fərqanə MƏHYƏDDİNQIZI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: