Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar - “İlin gənc alimi” diplomu ilə təltif olunublar

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar - “İlin gənc alimi” diplomu ilə təltif olunublarNizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar - “İlin gənc alimi” diplomu ilə təltif olunublar 2017-ci il Yanvarın 31-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli
tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

ZiM.Az xəbər verir ki,
2 fevral - Gənclər günü münasibətilə gənc alimləri təbrik edən akademik
İsa Həbibbəyli
ölkədə gənclərə göstərilən dövlət qayğısından söz açıb. Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayan akademik İsa Həbibbəyli ulu öndərin gənclərə böyük qayğısını real faktlarla xatırladaraq Azərbaycan rəhbərliyi tərəfindən bu gün də həmin siayasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti Akademiyanın yeni inkişaf mərhələsində Ədəbiyyat İnstitutunun gənc əməkdaşlarının da rolundan danışaraq onların elmi tədqiqat sahəsində uğurlarından bəhs edib.

Sonra Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,
filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva
nın təmsil etdiyi elmi-tədqiqat müəssisəsinin gənc alimlərinin 2016-cı ildəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Famin Salmanov
çıxış edərək Ədəbiyyat İnstitutunun gənc elmi işçilərinin ötən ildəki fəaliyyətlərini yüksək qiymətləndirib.

Elmi şuranın iclasında 2 fevral - Gənclər günü münasibətilə və 2016-cı ilin göstəricilərinə əsasən institutun bir neçə əməkdaşı "İlin gənc alimi" nominasiyası üzrə mükafatlandırılıb.
Akademik İsa Həbibbəyli filologiya üzrə fəlsəfə doktorları Lalə Həsənova, Mətanət Vahid
Elnarə Qaragözovanın 2016-cı ildəki elmi fəaliyyətini yüksək qiymətləndirərək onlara institutun təsis etdiyi "İlin gənc alimi" diplomunu, döş nişanını və xüsusi hədiyyəni təqdim edib.

Təltif olunanlar çıxış edərək institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra institutun Təhsil şöbəsinin müdiri, fəlsəfə doktoru Samir Səttarov bu müəssisənin
elmlər doktorluğu üzrə doktorant və dissertantlarının hesabatları barədə ətraflı məlumat verib.

Tədbirdə doktorant və dissertantların attestasiyasının yekunları müzakirə olunub.

Müzakirələrdə filologiya elmləri doktorları Qəzənfər Paşayev, Zaman Əsgərli, Şirindil Alışanov,
filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı
və başqaları çıxış ediblər.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: