XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB Elm » Humanitar elmlər 24 Şubat 2017-ci il Fevralın 24-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü ZiM.Az-a bildirib ki, tədbirdə İnstitutun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu mənfur ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərdən danışıb. Vurğuıayəb ki, soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 nəfər qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 1275 dinc sakin girov götürülüb.Azərbaycanın siyasi və diplomatik uğurlarından bəhs edən M.Nağısoylu diqqətə çatdırıb ki, bu gün dünyanın bir çox ölkələri Xocalıda baş verən dəhşətli qətliamı soyqırımı kimi tanıyıb və bununla bağlı rəsmi sənədlər qəbul olunub.Faciənin tarixi aspektləri haqqında məlumat verən professor Qara Məşədiyev bildirib ki, Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş böyük bir cinayətdir. Tariximizə qanla yazılan Xocalı faciəsi heç zaman unudulmayacaq.Doktorant Aysel Qəribli isə çıxışında mədəniyyətimizə, tarixi abidələrimizə vurulan zərbələrdən bəhs edib.Tədbirdə çıxış edənlər S.Sadıqova, B.Məhərrəmli, İ.Cəfərsoy, T.Şükürlü bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.Aytac MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.