AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə əməkdaşlıq edəcək 2017-c il aprelin 25-də akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunmuş “Ağamusa Axundov və Azərbaycan filologiyası” adlı Beynəlxalq Konfransın yekun iclası keçirilib. İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ZiM.Az xəbər verir ki, sənədi AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Qazaxıstan MEA Dilçilik İnstitutunun direktoru Yeren Kajibekov imzalayıblar.

Qazaxıstan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru professor Erdem Kajibekov bu əməkdaşlığı yüksək dəyərləndirib.

Elmi əlaqələrin və alimlər arasında əməkdaşlığın qurulması məqsədilə imzalanan Müqavilə bir neçə müdəanı əhatə edir:

1. Qarşılıqlı kitab mübadiləsi
2. Elmi ezamiyyətlərin təşkili
3. Türkologiyaya dair elmi konfransların və seminarların təşkili
4. Qazaxca-Azərbaycanca və Azərbaycanca- qazaxca lüğətlərin hazırlanması
5. Ortaq layihələrin hazırlanması və s.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: