AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilibAMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib Noyabrın 27-də AMEA-da Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək sessiyanın Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib. O, Molla Pənah Vaqifin adının UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli şəxs­lə­rin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edildiyini və beləliklə ədibin bütün dünyada görkəmli söz ustadı kimi tanındığını söyləyib.

Akademik M.P.Vaqifin Azərbaycan dilinin zənginləşməsində müstəsna xidmətləri olduğunu və ədəbiyyatımıza ilk dəfə millilik, xəlqilik məfkurələrini gətirdiyini vurğulayıb. Qeyd edib ki, şairin qəzəl və müxəmməslərində təbiilik, səmimilik aşkarcasına gözə çarpır və əsərlərində qoyduğu problemlər aktuallığını bu günə kimi qoruyur.

Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını deyən akademik bildirib ki, görkəmli şair nüfuzlu ədəbi məktəb yaradaraq Qasım bəy Zakir, Aşıq Ələsgər kimi söz ustadlarının yetişməsində güclü təsirə malik olub.

Akademik M.Nağısoylu Vaqif yaradıcılığının bu günə kimi araşdırıldığını, barəsində "İki od arasında" romanı, "Vaqif" dramı və digər əsərlərin yazıldığını xatırladıb.

Daha sonra tədbirdə filologiya elmləri doktoru, professor İsmayıl Kazımov “Vaqif poeziyasında “gözəllik” konsepti”, filologiya elmləri doktoru, professor Mahirə Quliyeva “Vaqif xalq ədəbiyyatı ilə klassik ədəbiyyatın qovşağında”, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova “Vaqif poeziyasının linqvistik təhlili”, tibb üzrə fəlsəfə doktoru, dosent Nağdəli Zamanov “Azərbaycan estetik dünyagörüşünün formalaşmasında M.P.Vaqif yaradıcılığının rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: