Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib Gülnar Səma (Gülnar Vaqif qızı Qasımlı) - Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun
İctimaiyyətlə əlaqələr şöbəsinə
müdir təyin edilib.


Gülnar Səma 2014-cü ildən AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Ədəbi tənqid şöbəsinin Azərbaycan ədəbiyyatı
ixtisası üzrə doktorantı
olub.
2017-ci ildən AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika
şöbəsinin elmi işçisidir.

2018-ci ildə onun filologiya üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almaq üçün Azərbaycan dilində yazdığı
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” adlı dissertasiya mövzusu əsasında hazırladığı eyni adlı monoqrafiyası rus dilinə tərcümə edilərək
Latviya Respublikasının paytaxtı Riqa şəhərindəki “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.

2019-cu ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə publisistik məqalələrdən ibarət “Sözümüz sözdür” adlı kitabı nəşr edilib.

Biz də gənc və istedadlı tədqiqatçı, hörmətli qələm dostumuz Gülnar xanımı bu yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: