"Pandemiya, virus, yoxsa mənəviyyatdakı virus?.." - TANINMIŞ NƏĞMƏKAR-ŞAİR, ƏDƏBİYYATŞÜNAS-ALİM, PROFESSOR VÜQAR ƏHMƏDLƏ SÖHBƏTİMİZ DƏ ELƏ BU BARƏDƏDİR Humanitar elmlər, Köşə yazılar 18 Nisan Bu günkü müsahibimiz tanınmış nəğməkar-şair, ədəbiyyatşünas-alim, AMEA-nın baş elmi işçisi,Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisitika şöbəsinin müdiri,“Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Rusiya-Dərbənd Ədiblər Birliyinin "Muğam" assosiasiyasının üzvü, eləcə də, Nyu-York EA-nın həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməddir.Vüqar Mikayıl oğlu Əhməd - 17 aprel 1963-cü ildə Bakının Pirşağı kəndində hərbçi-dənizçi və ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə Bakıda M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirmişdir. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. "Azad Azərbaycan" Teleradio Şirkətinin Bədii Şurasının üzvü, "Dünya Tv"-nin Bədii Şurasının sədr müavinidir. 3 roman, 10 şeir, 2 dərslik, 2 tədris proqramı kitablarının, yüzlərlə teleradioverilişlərinin, 300-dən çox elmi-publisistik məqalələrin, nəğməkar şair kimi 500-dən çox mahnı sözlərinin, eləcə də müsiqi müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və başqa ölkələrdə çap olunub.- Vüqar müəllim, pandemiya və karantin günlərində gününüzü necə keçirirsiniz?- Bu dövrdə heç bir yerə getmirəm. Evdəyəm. Hörmətli akademikimiz İsa Həbibbəylinin ideya müəllifi olduğu və onun rəhbərliyi altında "Molla Nəsrəddin" Ensiklopediyasını redaktə edirəm. Redaksiya heyətilə, Gülbəniz Babayeva və Təhminə Vəliyeva ilə birlikdə onlayın vasitəsilə əlaqə saxlayaraq işləyirik. Çünki pandemiya, karantin rejimi bitdikdən sonra kitab çap olunmalıdır. - Pandemiya, virus, yoxsa mənəviyyatdakı virus? Hansını daha təhlükəli hiss edirsiz?- Hər ikisi təhlükəlidir. Mənəviyyatdakı virus insanı ruhən, mənən, o biri virus isə fiziki cəhətdən ölümə aparır.- Şair olmaqla yanaşı, həm də elmi işlə məşğul olursuz. Bunlara necə vaxt ayıra bilirsiz?- Hər ikisi vəhdət təşkil edir. Hansının məqamı gələndə, onunla da məşğul oluram.- Bu günkü gənc yazarlara münasibətiniz?- Yaxşıdır. İçərisində savadlı, klassiklərimizə, özlərindən böyüklərə hörmətlə yanaşan gənclərimiz var. Amma elə gənclərimiz də var ki, savadları yoxdur. Bir-iki kitab çıxardırlar, sonra heç kimi saymırlar. - Yaradıcılıqla bağlı yeni planlarınız?- Çox planlarım var. Təki dünyamız sağ və salamat olsun. Bu pandemiya və virus məhv olsun. Öz şeirimdə dediyim kimi:Bizi yaşadan xoş arzulardır,Ruhdan da salan boş arzulardır.- Vüqar müəllim, bir daha təklifimizi qəbul edib, Zim.Az saytına onlayın şəkildə müsahibə verdiyiniz üçün sizə təşəkkür edirik.Yunis Qaraxanov,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.