Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib AMEA-nın Ədəbiyyat İnstitutunun Elmi şurasının 2021-ci ilin yekunlarına həsr olunmuş hibrid formatda hesabat iclası keçirilib.

İclasda şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri ilə yanaşı, akademik Rəfael Hüseynov, Qafqaz Media İctimai Birliyinin nümayəndəsi Sahilə Mirzə də iştirak ediblər.

Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb.


Elmi şurada "Qafqaz Media" İctimai Birliyinin nümayəndəsi Sahilə Mirzə Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevaya “Nizami Gəncəvi” medalını təqdim edib.

Eyni zamanda Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər AbdullabəyovaAzərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Svetlana Məmmədova 75 illik yubileyləri münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunublar.

AMEA-nın Humanitar və İctimai elmlər bölməsinin nümayəndəsi olaraq akademik Rəfael Hüseynov çıxış edərək Ədəbiyyat İnstitutunun hesabat ilində gördüyü işləri yüksək qiymətləndirib. İnstitut əməkdaşlarından Qəzənfər Paşayev, Elnarə Qaragözova, magistrlərdən Lalə Seyidzadə də çıxış ediblər.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını təqdim edərək il ərzində görülmüş işlər, xüsusilə “Nizami Gəncəvi ili” və Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı olaraq Prezident Sərəncamlarına müvafiq gerçəkləşdirilmiş işlər haqqında ətraflı məlumat verib.
Bildirib ki, il ərzində İnstitut əməkdaşları iki istiqamət, 8 problem, 20 mövzu və 140 iş üzərində tədqiqat aparmış, 64 iş tamamlanmışdır. İl ərzində İnstitut əməkdaşlarının ümumi nəşrlərinin sayı 1330 olub.

İnstitutun Beynəlxalq əlaqələr üzrə fəaliyyətinin 2021-ci il üzrə illik elmi hesabatını filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova təqdim edib.

Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov İnstitutun elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantlarının illik attestasiyasının təsdiqi və digər məsələlər barəsində məlumat verib.

“Ədəbiyyatşünaslıq ensiklopediyası”nın hazırlanması haqqında akademik İsa Həbibbəyli filologiya elmləri doktoru Əlizadə Əsgərli məlumat verərək qarşıda duran məsələlərdən danışıblar.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: