Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzakirəsi keçirilib Elm » Humanitar elmlər 22 Nisan Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Elm və təhsil” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış tədqiqatçı, istedadlı şair-publisist,"Xarıbülbül" medallı, "Abdulla Şaiq", "Xurşidbanu Natəvan", "Zirvə", "Zəfər","Qızıl qələm" və s. mükafatlar laureatıPərixanım Mikayılqızının Firudin bəy Köçərlinin həyat və yaradıcılığına həsr olunmuş kitablarının təqdimat-müzakirəsi keçirilib.Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma ZiM.Az-a bildirib ki, tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli açıb. O, çıxışında Pərixanım Mikayılqızının Dövlət qulluğunun Baş müşaviri vəzifəsini layiqincə yerinə yetirməsi ilə yanaşı, zəhmətkeş tədqiqatçı olduğunu da xüsusi vurğulayıb. “Şuşa ili” çərçivəsində keçirilən bu tədbirin böyük əhəmiyyət daşıdığını bildirib.Filologiya elmləri doktoru, professor Baba Babayev “Firudin bəy Köçərli – pedaqoq, tənqidçi, ziyalı kimi” məruzəsində Pərixanım Mikayılqızının bu istiqamətdə apardığı tədqiqat işlərinin əhəmiyyətindən danışıb. Tədbirdə Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, “Turan”ın Xalq Şairi Vüqar Əhməd, "Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı çıxış edərək müəllifin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər. Digər iştirakçılardan filologiya üzrə fəlsəfə doktorları Lalə Hacıyeva və Şəfəq Nasir, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, “Elm və təhsil” qəzetinin baş redaktor müavini Xanım Bilalqızı, müəllifin ailə üzvləri və başqaları Pərixanım Mikayılqızının fəaliyyəti barədə fikirlərini bölüşüblər.Sonda müəllif Pərixanım Mikayılqızı çıxış edərək tədbirin təşkili üçün minnətdarlığını bildirib.Samirə KƏRİMOVA,ZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.