AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib Elm » Humanitar elmlər 24 Mayıs TƏBRİK EDİRİK!..Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) həqiqi üzvü seçilib.Salidə Şərifova bu ada elm sahəsindəki xidmətlərinə, elmin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb. Qeyd edək ki, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvləri sırasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Cəmil Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru Əhliman Əmiraslanov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Əzizağa Şahverdiev və digər tanınmış Azərbayca ziyalıları da var.Tanınmış ədəbiyyatşünas-alim,istedadlı yazıçı, çox hörmətli Salidə xanımıRusiya Təbiət Elmləri Akademiyasının (RTEA) həqiqi üzvü seçilməsi münasibətiləürəkdən təbrik edir, ona uzun ömür,mohkəm cansağlığı, şəxsi həyatında,eləcə də elmi və bədii fəaliyyətindəyeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.