Görkəmli ədəbiyyatşünas alim PƏRVANƏ xanım İSAYEVA vəfat edib

Görkəmli ədəbiyyatşünas alim PƏRVANƏ xanım İSAYEVA vəfat edib
ALLAH RƏHMƏT ELƏSİN...

Dəyərli xanım ziyalılarımızdan olan, görkəmli ədəbiyyatşünas alim, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent PƏRVANƏ xanım İSAYEVAnın vaxtsız vəfatından kədərləndiyimizi bildirir, ailə üzvlərinə, doğmalarına, yaxınlarına, iş yoldaşlarına, həmkarlarına, bir sözlə, bütün PƏRVANƏSEVƏRLƏRə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!..


Qeyd edək ki, Pərvanə Bəkir qızı İsayeva 1969-cu il iyul ayının 12-də Bərdə şəhərində anadan olmuşdur. Əslən Laçın rayonunun Cağazur kəndindəndir.
Azərbaycan elmində misilsiz xidmətləri ilə yadda qalan Pərvanə xanım 2003-cü ildə “Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri” mövzusunda namizədlik, 2016-cı ildə “XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkür (nəsr və dramaturgiya əsasında)” mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Müxtəlif illərdə ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar və ictimai elmlər şöbəsinin müdir müavini vəzifəsində çalışmış,
Ali Attestasiya Komissiyasının Ekspert şurası sədrinin müavini, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dissertasiya Şurasının
üzvü və seminarın sədri olmuşdur.
Ailəli idi və bir övladı var.

Pərvanə İsayeva bir çox elmi monoqrafiya, kitab və məqalələrin müəllifidir. Onun “XX əsr Azərbaycan dramaturgiyasında İblis obrazının dini-mifoloji qaynaqlarına dair”, “Dastan poetikası və nəsr”, “Mifopoetika və filoloji fikirdə mif konsepsiyaları”, “Mifopoetika və XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu”, “Faciə janrının poetikası və tədqiqi problemləri” adlı monoqrafiyaları və məqalələri bir çox yerli və xarici tədqiqatçıların istinad etdiyi mənbələr sırasında yer alır.
Pərvanə xanımın tədqiq etdiyi sahələrdən biri olan mifologiya elə bir istiqamətdir ki, orada xalqın ruhu, millilik, soy-kökə bağlılıq möhkəmdir. Bu sahədə araşdırma aparan tədqiqatçıda bu hisslər mütləq şəkildə ən yüksək səviyyədə özünü göstərməlidir.
Çünki bu sahənin araşdırmaçısı milli mənlik hissindən, soy-kökə bağlılıqdan uzaq olsa, uğurlu nəticələrə gəlib çıxa bilməz. Pərvanə xanım Bəkirqızı sözün əsl mənasında millətinə, dövlətinə, kökünə, adət-ənənəsinə, folkloruna, ədəbiyyatına, tarixinə bağlı bir alimdir.

Belə bir alimi vaxtsız itirdiyimiz üçün dərindən kədər hissi keçiririk.

Pərvanə xanımın elmi-nəzəri fikirləri, ideyalari hər zaman həmkarlarları, məsləkdaşları və yetirmələri tərəfindən davam etdiriləcək.
Bir sözlə, Pərvanə xanımın əziz xatirəsi onu tanıyanların qəlbində daim və əbədi olaraq yaşayacaq...
Allah rəhmət eləsin!..
Ruhu şad, Məkanı cənnət olsun!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Darvazlı SAYAD HACIYEV vəfat edib

Darvazlı SAYAD HACIYEV vəfat edib

Darvaz, Nekroloqlar
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
Akademik Nizami Cəfərovun anası Savad xanım dünyasını dəyişib

Akademik Nizami Cəfərovun anası Savad xanım dünyasını dəyişib

Nekroloqlar
Darvazlı Qəmbər Mahmud oğlu Məmmədov vəfat edib

Darvazlı Qəmbər Mahmud oğlu Məmmədov vəfat edib

Darvaz, Nekroloqlar
Darvazlı Valya Qəhraman qızı Hacıyeva vəfat edib

Darvazlı Valya Qəhraman qızı Hacıyeva vəfat edib

Darvaz
GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

Səhiyyə, Başkeçid, Nekroloqlar
Abbasqulu (Sabir) Fərəcov vəfat edib

Abbasqulu (Sabir) Fərəcov vəfat edib

Nekroloqlar
AzTU-nun dosenti Gülşən İmanova vəfat edib

AzTU-nun dosenti Gülşən İmanova vəfat edib

AzTU, Nekroloqlar
DARVAZLI Hacıyev Qiyaməddin Qəmbər oglu vəfat edib

DARVAZLI Hacıyev Qiyaməddin Qəmbər oglu vəfat edib

Darvaz, Nekroloqlar
Vüqar Əhməd şöbə müdiri təyin olunub

Vüqar Əhməd şöbə müdiri təyin olunub

Humanitar elmlər, Təbriklər
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov  AMEA-nı ...

Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov AMEA-nı ...

Humanitar elmlər, Təbriklər
Görkəmli alim-şair-jurnalist Rafiq Yusifoğlu ilə görüş

Görkəmli alim-şair-jurnalist Rafiq Yusifoğlu ilə görüş

Sumqayıt, Məktəblər
Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi  ...

Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi ...

"Zirvə"
27 yaşlı soydaşımız Gürcüstanda fəlsəfə doktoru adına layiq görülüb

27 yaşlı soydaşımız Gürcüstanda fəlsəfə doktoru adına layiq görülüb

Tiflis, Qarayazı
Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Tiflis, Nekroloqlar
Rəy yazın: