Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıbOrta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıbOrta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıbOrta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıbOrta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb Aprelin 1-də AMEA-nın Əsas binasında Dilçilik İnstitutunun təşkilatçılığı ilə "Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda konfrans keçirilib.

Tədbirdə bu elmi müəssisənin direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu ölkəmizdə Azərbaycan dilinin inkişafına göstərilən dövlət qayğısından söz açıb, “Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində institutda görülən işlərdən danışıb. Bildirib ki, Dövlət Proqramı əsasında Dilçilik İnstitutunda monitorinq şöbəsi yaradılıb. Həmin şöbə bu gün dilin praktik vəziyyəti ilə məşğul olur.

Ədəbi dilin müxtəlif sahələrdə işlənməsinin özəllikləri, mövcud problemlər və yol verilən xarakterik nöqsanlar barədə danışan M.Nağısoylu bu sahələrdə dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini qeyd edib.

İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli bildirib ki, dərsliklərin dilində fonetik, leksik və qrammatik normaların pozulması hallarına tez-tez rast gəlmək olur. Buna misal olaraq, durğu işarələrinin bəzi hallarda buraxılması, söz sırasının pozulması, sözlərin yerində düzgün işlədilməməsi, morfoloji əlamət və sintaktik vasitələrdən düzgün istifadə olunmaması və s. norma pozuntularını göstərmək olar.

Konfransda filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov 8-ci sinif “İnformatika”, filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədov 8-ci sinif “Azərbaycan dili” və Pərvin Eyvazov 7-ci sinif “İnformatiya” dərslikləri üzrə aparılan monitorinqlərin nəticələrini diqqətə çatdırıblar.

Tədbirdə mövcud nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilib, suallar cavablandırılıb.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: