AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki Əsas xəbər, AzTU 7 Mart Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rəsmi feysbuk səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Əziz və dəyərli xanımlar!Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı arzulayıram!Ölkəmizin qazandığı bütün uğurlarda, nailiyyətlərdə Azərbaycan qadınının misilsiz xidmətləri var. Azərbaycan qadını keçmişlə müasirliyin vəhdətini hər zaman qoruyub saxlamağı bacarıb. Adət-ənənələrimizin, zəngin mədəni sərvətlərimizin əsrlər boyu nəsildən-nəslə ötürülməsində də Azərbaycan qadınının müstəsna xidmətləri var.Bu gün savadlı, intellektual cəmiyyətin formalaşmasında, gənc nəslin dövlətçilik idealarına sədaqət ruhunda tərbiyəsində Azərbaycan qadınının rolu danılmazdır. Hər il martın 8-i ölkəmizdə bu bayramın təntənə ilə qeyd olunması da Azərbaycan qadınının cəmiyyətdə ictimai mövqeyinin müəyyənləşməsinin nəticəsidir. Azərbaycan xanımlarını bir daha Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinə cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayıram! Bayramınız mübarək!"ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.