RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm” Gürcüstan, Borçalı, Siyasət 25 Ekim Oktyabrın 28-də Gürcüstan Respublikasında prezident seçkiləri keçiriləcək. Ölkə əhalisinin bu seçkilərlə bağlı böyük ümidləri var. Gürcüstanda yaşayan soydaşlarımız da seçkilərdən çox şey gözləyir. Seçkilərdə 25 namizəd mübarizə aparır. Namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Azərbaycanlılar daha çox müstəqil namizəd Salome Zurabişviliyə rəğbət bəsləyirlər. Gürcüstanda yaşayan soydaşlarımız da Zurabişvilini daha şanslı hesab edir, onun azərbaycanlıların problemlərinə laqeyd qalmayacağını bildirirlər. Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev mətbuata açıqlamasında bildirib ki, Gürcüstan Prezidentliyinə müstəqil namizəd olan, xanım Salome Zurabişvilinin seçkilərdə qələbə çalacağı və Gürcüstan Prezidenti seciləcəyi artıq qətiləşib. Mən Salome xanımın seçkilərdə qələbəsinə əminəm. ZiM.Az-ın Gürcüstan bürosunun əməkdaşı xəbər verir ki, Borçalıda yaşayan soydaşımız, Gürcüstan Parlamentinin “Gürcü Arzusu” Fraksiyasının deputatı Ruslan Hacıyev müsahibə zamanı deyib: "Görünən odur ki, Gürcüstandakı fəal elektoratın çox hissəsi, müstəqil namizəd xanım Salome Zurabişviliyə simpatiya sərgiləyir. Həmçinin iqtidar partiyası olan “Gürcü Arzusu” da Salome xanımı dəstəkləyir. Bu mövqe partiyanın lideri Bidzina İvanişvilinin rəsmi açıqlamasından sonra daha da möhkəmlənib. Gürcüstan demokratik bir ölkədir, burada seçkilərin taleyini xalqın səsverməsi həll edir. Yenə qeyd edirəm ki, xanım Salome Zurabişvili 28 oktyabrda Gürcüstan Prezidenti seçiləçək və Gürcüstanön yeni tarixində ilk qadın dövlət başçısı olacaq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.