Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub Gürcüstan, Tiflis, Diaspora 5 Nisan Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olubDiasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradovun qonşu Gürcüstana səfəri zamanı Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub. Təqdimatda Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri iştirak edib. Komitə sədri Fuad Muradov giriş sözü ilə çıxış edib, Fondun yaranma məqsədi və fəaliyyət imkanları barədə danışıb. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev fond haqqında ətraflı məlumat verib. Elşad Əliyev bildirib ki, diaspor təşkilatlarının, eləcə də, xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın təqdim etdikləri layihələrinin həyata keçirilməsində fond əhəmiyyətli rol oynayacaq. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev və Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstan və Türkdilli Dövlətlərlə İş şöbəsinin müdiri Anar Rəsulov Fondla bağlı soydaşlarımızı maraqlandıran sualları cavablandırıblar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.