AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!.. Başkeçid, Təbriklər, "Borçalı" Cəmiyyəti 25 Ocak TƏBRİK EDİRİK!.. Bu gün istedadlı şairə, tanınmış qiraət ustası, təcrübəli mədəniyyət və incəsənət xadimi, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü Nazilə xanım Səfərlinin Ad günüdür!..Nazilə Səfərli (Cəfərova) 1979-cu il yanvarın 25-də Ulu Borçalımızın qədim Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonunda anadan olub. Uşaqlıq illəri Bolnisi rayonundakı Kazreti qəsəbəsində keçib. Elə orta məktəbə də Kazreti qəsəbəsindəki 2 №-li orta məktəbdə qədəm qoyub. Ötən əsrin 90-cı illərində Borçalıda baş vermiş məlum olaylardan sonra 1993-cü ildə ailəliklə Bakı şəhərinə köçməyə məcbur olublar. Bakının Suraxanı rayonunda məskunlaşıblar. nazilə Cəfərova 9-cu sinifi 270 №-li orta məktəbdə oxuyub.Sonra təhsilini Xətai rayonundakı 269 saylı orta məktəbdə davam etdirib. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Vladimir şəhərindəki Aviamexanika İnstitutunun hüqüq fakultəsiə daxil olub.Ali məktəbi bitirdikdən sonra yenidən Bakıya qayıdıb.Nazilə xanım həm də gözəl anadır. Evlidir, 2 oğlu var: Nurlan və Turan. Hər ikisi tələbədirlər.Nazilə Səfərli şeir yazmağa 13 yaşından başlayıb. İlk şeri 19 yaşında "Kredo" qəzetində çıxıb. Sonradan uğurları bir-birini əvəz edib. "Mən günəşə sən mənə bax", "Səni məndən soruşurlar", "Sazla sevişən mələk" və "Qayalara yaz ki..." adlı şeirlər kirabları nəşr olunub. "Abdulla Şaiq", "Məshəti Gəncəvi", "Xurşud Banu Natəvan", "XXƏ Əsrin Ziyalısı" və "Qızıl Qələm" mükafatlarına layiq görülüb. "Qarabağ harayı" şer müsabiqəsinin qalibi olub. Bədii qiraətə görə "Qızıl Mikrofon" Oskar naminasiyasına layiq görülüb."Aşıq Pəri" məclisinin üzvüdür, hal-hazırda el şənliklərinin təşkilatı ilə məşğuldur. Nazilə xanım səfərli eyni zamanda "Nazilə" qızlar ansanblının rəhbəridir. O, toylarımızda aparıcılıq edir, gəlinlərimizin bir-birindən gözəl Xına məclislərini böyük şövq və ustalıqla təşkil edir. Uğurları artmaqdadır. Gürcüstanda, Rusiyada, İranda, İsraeldə, Türkiyədə, Belarusiyada və başqa ölkələrdə qastrol səfərlərində olub.Nazilə xanım hazırda həm də respublikamızın və Ulu Borçalımızın ictimai həyatında da fəali iştirak edir. O, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü və "İncəsənət" şöbəsinin müdiridir.Biz də "Borçalı" İctimai Birliyinin İdarə Heyəti və "ZiM.Az"-ın Yaradıcı Heyəti adından çox hörmətli Nazilə xanımı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Aşağıda Nazilə xanımın bir neçə şeirini oxucularımıza ərmağan edirik.Müşfiq BORÇALI,ZiM.AZ SAZMəni susduran da dindirən də sən,Sinələr üstündə naz eylə, naz-naz.Məni ağladan da, güldğrən də sənEy boyu sürahı, beli incə saz.Sənin qüdrətindi məni yaşadan,Varlığın ayırar pisi yaxşıdan.Niyə yoxdu sənin tayın, yaşıdın?!De nə doğulubdu nədən üncə, saz?Səndə bir tilsim var, söylə nə işdi?Səni yaradanın yeri behiştdi.Çəmənlər donunu, daim dəyişdi,Ey gülü solmayan zərif, qönçə saz.Dağların qarı da əridi getdi,Yarpaqlar torpaqda çürüdü getdi,Dinsizlər yanından yeridi getdi,Sən Tanrı bəxş edən nursan, məncə sazEy boyu sürahi, beli incə saz.Mən günəşə, sən mənə bax...Gəl birlikdə seyrə çıxaq,Allahnan laləyə baxaq,Yerə vurub min naxışı,Səpələnsin yaz yağışı,Gizlənməyə yer axtaraq,Mən yağışa, sən mənə bax.Başdan-başa su içində,Dodaq tamın öpüşün də,Ova çıxmış ovçu sayaq,Kahada ocaq qalayaq,İsinməkçün kösövündə, Mən ocağa, sən mənə bax.Sonra yağış dayananda,Göy qurşağı boylananda,Durduğumuz yerdən çıxaq,İslanmış paltarı sıxaq.Oğrun-oğrun gün çıxanda, Mən günəşə, sən mənə bax. DuyğularMən bir ətirşaham, sən yabanı gül,Nəğməyə oyadar balanı bülbül.Güllərin nəşəsi təb verər ona,Təbiət bürünər nəğməli dona.Sən bir yaz havası - günlü, yağışlı,Mən bir yaz günəşi ürkək baxışlı.Yağıb sulayarsan uca dağları,Mən də isidərəm bağça-bağları.Günəşlə torpağın doğmalığı var,Ocağı su ilə söndürmək olar.Yetişsə duyğular dada hər zaman,Dünyada heç bəndə qalmaz nagüman. Nədir MəhəbbətSən hardan biləsən nədir məhəbbət?Tanrım o duyğunu sənə verməyib.Ulduz-ulduz səpib sevən qəlblərə,Sevənlər içində səni görməyib.Qocalıb gedirsən, nəfəs töyşüyür,Əlin buza dönüb, qəlbin üşüyür,Ürəyə baş qoyan daim yaşayır,Torpağa baş qoyan, bir də durmayıb.Sevgi bir yuvadı, uçmaz, dağılmaz,Sevgi bir bulaqdı, bitməz, soğulmaz,Sevgi bir qönçədi, açılsa, solmaz,Bədbəxt o kəslərdi, onu görməyib,Tanrım məhəbbəti sənə verməyib. VƏTƏN OĞLUVətən oğlu, vətən sənin anandı,Süd əmmisən, halal-halal xoşundu.Nanəciblər vətəninə dadandı, Yaxşı igid vətən üçün qoşundu.Uca dağlar səndən vüqar istəsə,Qeyrət, mənlik, düz əhdi-ilqar istəsə,Xəstə anan yataqda qar istəsə,Çıx Kəpəzə, Kəpəz sənin qışındı.Qardaş, ata-anan, bacındı vətən,Ev-eşiyin, qapın-bacandı vətən,Darıxanda səni qucandı vətən,Namərd olsan, gözlərində yaşındı.Qəm ləşgəri ayaq alsa üstünə,Dağları bürüyən duman, tüstü nə?!Yağı dursa torpaq üçün qəsdinə,Ver torpağa qurban qara başındı. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.