Mahmud Qurbanov (1956) Gürcüstan » Başkeçid 2 Mayıs Mahmud Rüstəm oğlu Qurbanov - 1956-cı il avqustun 2-də qədim Borçalı mahalının Başkeçid elində - indiki Gürcüstanın Dmanisi rayonundakı Qızılkilsə kəndində müəllim ailəsində anadan olub.1962-1972-ci illərdə doğma Qızılkilsə kəndindəki orta məktəbdə oxuyub.1972-ci ildə orta məktəbi əla qiymətlə bitirib və elə həmin il Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunin (indiki ADPU) riyaziyyat fakultəsinə daxil olub.1976-cı ildə ali təhsilini müvəffəqiyyətlə bitirərək təyinatla Laçın rayonuna göndərilib. Qısa bir müddət ərzində maarif sahəsində hörmət qazanıb və onu irəli çəkərək dərs hissə mudiri təyin ediblər.1981-cı ilin avqust ayında təyinat müddəti bitdikdən sonra öz doğma el-obasına - Başkeçidə qayıdıb. Əvvəlcə Başkeçid (indiki Dmanisi) rayon təhsil şöbəsində axşam məktəbləri üzrə metodist təyin edilib. 1983-cü ilin martında Dmanisi rayon icraiyyə komitəsində təlimatçı təyin olunub.1989-cu il avqustda Z.Qamsaxurdiyanın millətçi şovinist ideyası onu da yüzlərdə başqa azərbaycanlılar kimi rayon mərkəzindən işdən çıxmağa məcbur edib və o, öz doğma kəndindəki orta məktəbdə dərs hissə müdiri təyin olunub. Lakin o, burada da çox işləyə bilməyib. Dmanisi rayonunda azərbaycanlılara qarşı amansız təqiblər və təziqlər yenə də davam etdiyindən 1992-ci ilin oktyabrda minlərlə soydaşımız kimi Mahmud Qurbanov da ailəsini götürüb doğma kəndini tərk edib, Anamız Azərbaycana pənah gətirib - Bakıya gəlib. Mahmud Qurbanov iki il Bakıda kiçik müəssisədə direktor müavini işləyib. 1994-cü ildə isə Rusiyaya üz tutub orada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Hazırda təqaüdədir. Mahmud Qurbanov həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Qərənfil xanımla birlikdə 5 ləyaqətli övlad - 4 qız (Susan, Turac, Ülviyyə və Fayman) və 1 oğlan (Tural) böyüdüb boya-başa çatdırıblar. Hazırda 5 nəvələri var.Biz də Mahmud Qurbanova uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, nəvə-nəticə toyları arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.