ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞEİR KİTABININ TƏQDİMATI KEÇİRİLİB Başkeçid, Müşfiq Borçalı 12 Kasım 2019-cu il noyabrın 12-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində Başkeçidli şairə Leyla Vəkilqızının "Yurdum Gəyliyəndi, elim Borçalı..." adlı ilk şeirlər kitabının təqdimatı keçirilib. ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə kitabın naşiri, "Borçalı" NPM-nin təsisçisi və baş direktoru, "Ziya" qəzetinin və "ZiM.Az" saytının baş redaktoru, filologiya üzrə fəlsfə doktoru Müşfiq Borçalı açaraq, tədbir iştirakçılarını salamlayıb, hamını Konstitusiya günü münasibətilə, Leyla xanımı və onun şeirlərinin sevimli oxucularını "Yurdum Gəyliyəndi, elim Borçalı..." adlı ilk şeirlər kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edib, uğurlar arzulayıb.M.Borçalı daha sonra şairə Leyla Vəkilqızının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, həmçinin, sevimli, nakam və unudulmaz şairimiz Mikayıl Müşfiqin ömür-gün yoldaşı olmuş Dilbər Axundzadənin qızı Leyla Axundzadənin də səmimi təbriklərini və xoş arzularını Leyla Vəkilqızına çatdırıb.Sonra "Borçalı" nəşriyyatının ədəbi redaktoru, "Sazlı-sözlü Borçalı" ədəbi məclisinin sədri, AYB-nin üzvü, şair-publisist Sədi Yaradanqulu çıxış edib, Leyla Vəkilqızının yaradıcılığını yüksək dəyərləndirib və ona "ZİRVƏ" Fəxri mükafatının diplomunu təqdim edib."Aşıq Pəri" və "Sazın-sözün Butası" ədəbi məclislərinin yaradıcılarından olan, "Şöhrət" ordenli şairə, AYB-nin üzvü Səadət Buta, şair İladi Öməroğlu və Səadət Nur Novruzqızı çıxış edərək, öz ürək sözlərini Leyla xanıma ünvalayıblar və ona həsr etdikləri şeirlərini səsləndiriblər. "Borçalı" NPM-nin redaksiya müdiri Zemfira Ayvazova Respublika "Təhsil" Mərkəzinin və "XXI Əsrin Ziyalıları" MMC-nin birgə təsis etdiyi Fəxri mükafatın diplomunu, "Qafqaz Media" İB-nin sədri, şairə-jurnalist Azadə Taleh Abbasqızı "Cəsarətli addımlar" fəxri diplomunu və "Məhsəti" Şairlər məclisinin sədri Cəvahir Qaraqızı məclisin Fəxri Fərmanını şairə Leyla Vəkilqızına təqdim ediblər."Borçalı" NPM-nin, "Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin ədəbi redaktorları, tanınmış şair-publisistlər İlyas Əfəndi Vəfalı və Yunis Qaraxanov "Yurdum Gəyliyəndi, elim Borçalı" kitabı haqqında öz fikirlərini söyləyiblər."ZiM.Az" saytının əməkdaşı Firəngiz xanım İbadova, Azərbaycan Texniki Universitetinin əməkdaşı Səmayə xanım Şahnəzərova, "Dostluq məşəli" Cəmiyyətinin sədri, şair Fərman Borçalı, eləcə də, Borçalıdan təşrif buyuran tanınmış iş adamı, xeyriyyəçi-mesenat Bəsti xanım Məmmədova, şairə Gülsəfa Ayvazova, Kürdəmirli şairə-jurnalist Mehparə xanım Səfərova, Laçınlı şairə Gilə Əliqızı, həkim Könül Abbasova, şairənin qohumları Başkeçidli ədəbiyyatşünas-filosof alim Başxanım xanım, Naxçıvanlı Nizami müəllim və başqa qonaqlar çıxış edərək, öz təbriklərini və xoş arzularını Leyla xanıma çatdırıblar.Tədbirin sonunda şairə Leyla Vəkilqızı çıxış edərək, kitabın ərsəyə gəlməsində, eləcə də, təqdimat mərasiminin təşkilində böyük və əvəzsiz zəhməti olan Müşfiq Borçalıya, redaksiya heyətinə və tədbir iştirakçılarına öz dərin təşəkkürünü və minnətdarlığını bildirib. Sonda müəllif öz imzalı kitablarını şeirsevərlərə hədiyyə edib, xatirə foto-şəkilləri çəkdirilib. İlyas Əfəndi Vəfalı,"Borçalı" NPM-nin, "Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin ədəbi redaktoru, şair-publisist.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.