Professor İSA ÖMƏROV (1936-2006) Başkeçid, Unutsaq, unudularıq!.. 11 Ekim 675 100 1 2 3 4 5 Unutsaq, Unudularıq!.. İsa Abdulla oğlu Ömərov - 1936-cı il noyabr ayının 25-də qədim Borçalı mahalının Başkeçid bölgəsinin (indiki Gürcüstanın Dmanisi rayonunun) Səfərli kəndində zəhmətkeş kolxozçu ailəsində anadan olmuşdur. 1954-cü ildə Başkeçid rayonunun Hamamlı kənd orta məktəbini qızıl medalla bitirmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) biologiya fakültəsinə imtahansız daxil olmuş və 1959-cu ildə universiteti “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, insani keyfiyyətlərinə və elmi bilgilərinə görə tələbələr arasında fərqləndiyi üçün rektorluq tərəfindən aspiranturada saxlanılmışdır. Aspirantura müddətində (1959-1962) akademik A.İ.Qarayevin rəhbərliyi altında “Naftalan turşuları natrium duzunun canlı membranların ke-çiriciliyinə təsiri” mövzusunda dissertasiya işini başa çatdırmış, 1964-cü ildə ADU-nun “Biologiya” fakültəsinin elmi adlar verən ixtisaslaşdırılmış Elmi Şurasında müvəffəqiyyətlə müda-fiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1962-ci ildən 1989-cu ilin dekabrına qədər ADU-nun “Elmi tədqiqat biostimulyatorlar problem laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışmaqla yanaşı, həm də bir müddət paralel olaraq həmin laboratoriyanın müdiri vəzifəsini icra etmişdir.1990-1992-ci illərdə BDU-nun insan və heyvan fiziologiyası kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 1991-ci ildə Moskvada SSRİ TEA nəzdində Ümumi Pato-logiya və Patofiziologiya İnstitutunda insan və heyvan fiziolo-giyası ixtisası üzrə “Ümumi patologiya və naften fiziologiya” Elmi şurasında “Naften turşuları və naften kabrohidrogenləri-nin fizioloji təsiri mexanizmləri” mövzusunda doktorluq disser-tasiyası müdafiə etmiş, biologiya elmləri doktoru elmi də-rəcəsinə layiq görülmüşdür.. Bu elmi tədqiqat əsəri beynəlxalq elmi mübadilə fonduna daxil edilmişdir. Biologiya elmləri doktoru İsa Ömərov 1994-cü ildə professor seçilmişdir. O, müxtəlif illər ərzində bir sıra elmi-ictimai təşkilat və cəmiyyətlərin üzvü olmuş, Fəxri fərmanlarla təltif edilmişdir. Beynəlxalq və respublika miqyaslı konfranslarda, simpozium və konqreslərdə məruzələrlə çıxış etmişdir. 70-dən çox elmi iş və metodik göstərişin müəllifidir. Bir dərsliyin və iki dərs vəsaitinin redaktoru olub. 20-dən artıq elmi məruzə ilə xarici ölkələrdə, eyni zamanda, respublika üzrə elmi konqres, qurultay və konfranslarda çıxış etmişdir. Onun elmi işləri dünya alimlərinin diqqət və marağına səbəb olmuş, elmi əsərləri Amerika, Almaniya, İspaniya, Ruminiya, İngiltərə, Yaponiya alimləri tərəfindən qəbul edilmişdir.İsa müəllim elmi işləri ilə bərabər xeyirxahlığından da geri qalmamış, onlarla gənc alimlərin, aspırantların elmi dərəcələr al-masına köməklik etmişdir. Saf, təmiz, doğru insan, ədalət abidəsi olan İsa Ömərov universitetin ən ali, ən mötəbər alimi kimi hörmət və izzət sahibi olmuşdur. Dörd övlad atası olan İsa müəllimin övladları - Vüsal – Azərbaycan Beynəlxalq Universitetinin ekalogiya fakültəsini, Arzu – Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini, Arifə - Azərbaycan Beynəlxalq Universitetinin Filologiya fakültəsini bitirmişdir, Aytən isə evdar xanımdır.İsa Ömərov 2006-cı ildə qəflətən vəfat etmiş, Bakıda Qaraçuxur qəbristanlığında dəfn olunmuşdur. Unudulmaz professorumuza, elimizin fəxri aliminə Allahdan rəhmət diləyirik.Sevgül SƏFƏRLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.