TAMİLLA İSRAFİL qızı ƏLİYEVA (1965) Başkeçid, Darvaz 11 Mart TAMİLLA İSRAFİL qızı ƏLİYEVA(1965)Tamilla İsrafil qızı Əliyeva 1965-ci il yanvarın 3-də qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) şəhərində anadan olmuşdur. Əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.1972-ci ildə Dmanisi şəhər orta məktəbinin birinci sinfinə getmiş, 1983-cü ildə həmin məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra, 1984-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olmuş və 1989-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1991-1994-cü illərdə həmin institutun əyani aspiranturasında oxumuş, 1994-cü ildən həmin institutun ədəbiyyat nəzəriyyəsi kafedrasında əmək fəaliyyətinə başlamışdır. O, eyni zamanda, 2005-2009-cu illərdə Qərb Universitetində, 2009-2010-cu illərdə Xəzər Universitetində müəllim, 2012-ci ildə Azərbaycan Turizm İnstitutunda “Turizmin Linqvistik təminatı” kafedrasının dosenti, rus dili müəllimi, 2014-2015-ci illərdə isə Ardahan Üniversitesində Rus Dili və Ədəbiyyatı ögrətmən görəvi vəzifəsində də çalışmışdır.Tamilla Əliyeva 1997-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1999-cu ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə ona filologiya elmləri namizədi alimlik dərəcəsi, 2012-ci ildə isə dosent elmi adı verilmişdir. O, 2009-2010-cı ildə Avropa proqrammı ilə Qrand qazanmış və Bolgarıstanın Russe şəhərində, Angel Kınçev adına Universitetdə 01.04.2010-30.09.2010-ci ilə kimi elmi fəaliyyətini davam etdirmişdir.12.09.2012-ci il tarixinli 1475 saylı əmr ilə 2013-cü il üçün BSU-nun “Ədəbiyyat nəzəriyyəsi” kafedrasınına - ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid 5715.01 ixtisası üzrə Elmlər doktoru proqramları üzrə doktoranturaya ayrılmış qəbul planına əsasən əyani doktoranturaya qəbul olunub. Dissertasiyasının mövzusu - «XX əsrin sonu - XXI əsrin əvvəllərində rus və Azərbaycan nəsrində posmoderniz».16 may 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Bələdçilərinin və Tərcüməçi-gidlərin Attestasiya Komissiyası Turizm Bələdçisinin şəhadətnaməsi verilib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Tamilla İstafil qızı Əliyeva 2015-ci ilin aprelindən isə Polşada, Krakov Unıversıtetındə «XX əsrin sonu - XXI əsrin əvvəllərində rus, gerb və Azərbaycan nəsrində posmoderniz» haqqında araşdırmalar aparır. 2019-cu ildə isə Xəzər Universitetinin nəşriyyatında onun “Qafqaz müharibəsi rus ədəbiyyatında” adlı monoqrafiyası çapdan çıxıb.Biz də, Tamilla xanımı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.AzTamilla İstafil qızı Əliyevanın Əsərləri:1. Y.Səmədoğlunun “Qətl günü” romanında modernizm axtarışları. Elmi əsərlər.Dil və ədəbiyyat seriyası. Bakı-2009, №12. M.F.Axundovun komediyalarında gadın surətləri. Elmi xəbərlər. Bakı-2009,№1,3. Трикстер в фольклорных сюжетах Европы и Азии. University of Ruse. Proceedings, volume 49, book 6.3, Linquistics and Theory Literature, Ruse 2010.4. Отражение культуры и народной психологии в эпосах стран Восточной Европы и Закавказья. University of Ruse. Proceedings, volume 49, book 6.3, Linquistics and Theory Literature, Ruse 2010.5. Ədəbiyyatşünaslığa giriş. Bakalavrlar üçün program. Baki, 2010.6. Проблема художественного метода. Программа для магистрантов 2-го года обучения. Баку, 20107. Bədii metod problemi. İİ kurs magistrantları üçün proqram. Baki,20108. İ.Hüseynov yaradıcılığında insan problemi. Beynalxaq Simpozium. Azərbaycan Araşdırmaları jurnalı. Xazar Universiteti, 20099. Поэты - метафизики: От Джона Донна до Гамлета Исаханлы. Beynalxaq Simpozium. Azərbaycan Araşdırmaları jurnalı. Xazar Universiteti, 2011.10. Ədəbi metod, istiqamət və cərəyanlar. Metodik vəsait. Bakı,2011.11. Божество, дух человека, или антропоморфное животное? Azərbaycan Dillər Universitəsi. Baki-2011,№1,12. Riyaziyatcı, filosof, şair. Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu.Filologiya Məsələləri.”Elm vətəhsil”.Baki.2011.13. Метафизическая поэзия как непосредственная мудрость. Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya Məsələləri.”Elm və təhsil”. Baki,2011.14. От постмодерна к постмодернизму. Научне Трудове На Русенcки Университет. Болгария, Русенcки Университет, 201315. Энтропия как проекция времени глобальной трансформации культурных кодов. Материалы Международной конференции в БСУ. Bakı, Mütərcim, 201316. Ədəbi-tənqidin müasir texnalogiyası. Maqistır pilləsi üçün proqram. Bakı, Kitab aləmi, 201317. Ədəbi metod və cərəyanlar. Klassisizm, sentimentalizm, romantizm, realizm, naturalizm, posmadernizm. Bakı, Kitab aləmi, 2013.18. Modernden Postmodernizme. Karadeniz. Uluslararası Sosiyal Bilimler Dergisi. 2014.19. Kültürel kodların küresel dönüşümünde entropi unsur olarak. Karadeniz. Uluslararası Sosiyal Bilimler Dergisi. 2015.20. Qafqaz müharibəsi rus ədəbiyyatında. Xəzər Universiteti, Bakı, 2019.(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.270-272;II nəşr, 2020, səh.270-272).. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.