AD GÜNÜN MÜBARƏK, ELMAR BƏY!..

AD GÜNÜN MÜBARƏK, ELMAR BƏY!..
Bu gün gənc dostumuz,
dəyərli eloğlumuz,
"Borçalı" İctimai Birliyinin
İdarə Heyətinin üzvü
hörmətli Elmar Həsənlinin
Ad günüdür!..
Onun 36 yaşı tamam olur...
TƏBRİK EDİRİK!..

Elmar Bayramalı oğlu Həsənli (Həsənov) -
2 dekabr 1981-ci ildə qədim Borçalı mahalənda - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində ziyalı ailəsində - Gürcüstan Daxili İşlər Nazirliyinin kapitanı Bayramalı (Səyyad) Həsənovun ailəsində dünyaya göz açıb.
Uşaqlığı və erkən gəncliyi
Faxralı kəndində keçib.
Milliyətcə Qarapapaq türküdür.
Borçalının Qıpçaq soylu qədim Hasanlı nəslindəndir.
Qıpçaq soylu Qarapapaq boylarından olan Hasanlı nəslinin nümayəndələri 1124-cü ildə Cənubi Qafqaz ərazisinə indiki Volqa-Don çöllərindən, Dəşti-Qıpçaqdan köç etmişlər və Borçalının Faxralı elində məskunlaşmışlar.

Səfəvi-Osmanlı müharibələri zamanı Hasanlı soyu dəfələrlə Səfəvi imperiyasının iç ərazilərinə köç etmiş və sonradan Borçalıya Faxralı elinə dönmüşlər. Hasanlı nəslidən Borçalı iri torpaq sahibkarlarından olan Təhməzqulu Ağa Hasanlı Elmar Həsənlinin ulu babasıdır.

Elmar Həsənli 1987-1996-cı illərdə Bolnisi rayon Faxralı Natamam orta məktəbində,
1996-1998-ci illərdə Faxralı orta məktəbində təhsil alıb.

1998-ci ildə orta məktəbi başa vurub və Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun)
hüquq fakültəsinə daxil olub.

2002-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

2008-ci ildə Ə.Topçubaşov adına Ali Siyasi Məktəbin “İdarəetmənin təşkili” kursunu keçib.

2012-ci ildə Qafqaz Siyasi Texnologiyalar İnstitutunun “Konfliktologiya" kursunu bitirib.

Azərbaycan, türk, rus və gürcü dillərində sərbəst danışır.

AD GÜNÜN MÜBARƏK, ELMAR BƏY!.. Elmar Həsənli ictimai-siyasi fəaliyyətinə çox gənc yaşlarından başlamışdır.

O, 1999-2003-cü illərdə Azərbaycan “Sabah” Gənclər Birliyi İdarə heyətinin üzvü, 2000-2003-cü illərdə Azərbaycan “Sabah” Gənclər Birliyi sədrinin müavini vəzivələrini tutmuşdur.

2004-cü ilin fevralında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Beynəlxalq əlaqələr üzrə katibi təyin edilmiş və 2007-ci ilə gədər bu vəzifəni icra etmişdir.
GAMA beynəlxalq əlaqələr üzrə katibi kimi E.Həsənov Gürcüstan türklərinin müxtəlif problemləri ilə bağlı BMT, ATƏT və Avropa Şurasında məsələlər qaldırmış və bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən tövsiyyələrin verilməsinə nail olmuşdur.

2007-ci ildə Bakıda, Azərbaycan Gənclərinin Azadlıq və Demokratiya Liqasının (AGADL) Sədri seçilmişdir.

2010-cu ilə gədər Azərbaycan Gənclərinin Azadlıq və Demokratiya Liqasının Sədri vəzifəsini tutan Elmar Həsənli Azərbaycan gənclərinin demokratik ruhda təşkilatlanması istiqamətində fəaliyyət göstərmişdir.

5 may 2012-ci il tarixdə Elmar Həsənli Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının nümayəndəsi kimi Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının üzvü seşilmişdir.

2010-2012-ci illərdə o, ikinci dəfə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Beynəlxalq əlaqələr üzrə katibi vəzifəsini icra etmişdir.

30 mart 2011-ci ildə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Ali Məclisinin üzvü seçilmişdir.

20 aprel 2012-ci ildə Elmar Həsənli Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Baş katibi təyin edilmiş və 25 dekabr 2012-ci il tarixə kimi bu vəzifəni icra etmişdir.

25 dekabr 2012-ci il tarixdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Ali Məclisinin Növbədənkənar Sessiyasında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının 4-cü prezidenti seçilmişdir.

31 dekabr 2012-ci il tarixdə Elmar Həsənli Aşina Türk Qarapapaq Baş Şadı Öndər Aksunun fərmanı ilə
Aşina Türk Qarapapaq Şadı elan edilmişdir.

11 yanvar 2013-cü il tarixdə Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının sədri vəzifəsinə seçilmişdir.

27 aprel 2013-cu il tarixdə isə Gürcüstan Türkləri Konfederasiyasının Rəyasət Heyətinin üzvü
təyin edilmişdir.

AD GÜNÜN MÜBARƏK, ELMAR BƏY!.. 12 iyun 2013-cü ildə Ankarda rəsmi səfərdə ikən Elmar Həsənli Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının Sədri vəzifəsindən könüllü olaraq istefa vermiş və bütün ictimai-siyasi fəaliyyətini Gürcüstan Qarapapaq Türkləri Birliyində davam etdirməyə başlamışdır.

27 sentyabr 2014-cü ildə Elmar Həsənli Gürcüstan Qarapapaq Türkləri Birliyinin Tbilisidə keçirilən 2-ci Qurultayında Gürcüstan Qarapapaq Türkləri Birliyinin Sədri seçilşmiş və həmçinin Rəyasət Heyətinin üzvü seçilmiş və 27 iyun 2015-ci ilə qədər bu vəzifəni icra etmişdir.

10 oktyabr 2015-ci ildə Qarapapaq türklərinin tanınmış liderlərindən biri, Gürcüstan və Azərbaycanın ictimai-siyasi xadimi, WFMC Asiya Peşəkar Liqasının Baş katibi Elmar Həsənli Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının federativ əsasla formalaşdırılmış Rəyasət Heyətinin ilk iclasında Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının 1-ci Prezidenti seçilmişdir.

Fəaliyyəti Azərbaycan, Rusiya və Gürcüstan ərazilərini əhatə edən Qafqaz Qarapapaq Türkləri Konfederasiyası (QQTK) 10 oktyabr 2015-ci ildə Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyi (AQTİB), Şimali Osetiya Qarapapaq Türkləri Milli Komitəsi (ŞOQTMK) və Gürcüstan Qarapapaq Türkləri Birliyi GQTB) arasında imzalanan Təsis Bəyəannaməsi ilə yardılmışdır.

AD GÜNÜN MÜBARƏK, ELMAR BƏY!..
REDAKSİYADAN:
Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın bütün yaradıcı heyəti adından çox hörmətli eloğlumuz, Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının Prezidenti
Elmar Həsənlini
doğum günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı
və ictimai fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: