Arıxlı toponimi və ... 6800 il tarıxi olan yaşayış məntəqəsi Bolus, Tarix 22 Eylül Arıxılının toponimi ilə bağlı fərqli fikirlər var. Bu versiyaların birinə görə, guya çariça Tamara indiki Arıxlının yerləşdiyi əraziyə ordusu ilə gələrkən əsgərlərinə yaşayış məntəqəsinin sakinlərinə toxunmamağı əmr edib və bundan sonra kəndin adı «Araxeli» adlanıb. Guya bu söz gürcü dilində «toxunma» mənasını verir. Bu, tamamilə cəfəngiyatdan başqa bir şey deyil. Əvvəla həmin dövrdə gürcü ordusunun əsasını qıpçaq türkləri təşkil edirdi. İkincisi, kənd sakinləri də qıpçaqlardan ibarət idi. Üçüncüsü, həmin ərazidə heç bir üsyan baş verməmişdi. Deməli, yaşayış məntəqəsinin sakinlərini cəzalandırmaq üçün səbəb də yox idi. Qeyd edim ki, «Araxeli» mənasının çox sadə izahı var. O Arax və eli sözlərindən əmələ gəlib. Arax, Arık və ya Aruq bizim əcdadımız olan qıpçaqların Aruq tayfasının adıdır. Bu tayfa IV Davidin dəvəti ilə Gürcüstana gəlmiş qıpçaq tayfalarından biridir. Tarıxçilərin verdiyi məlumatlara görə, IV David səlcuq türklərinin hücumundan ehtiyatlanaraq hərbi gücünü artırmaq məqsədilə 1118-ci ildə qıpçaqların xanı Ətrak ilə müqavilə bağlayıb. Bundan əvvəl isə o, Ətrak xanın qızı ilə evlənmişdi. Bu barədə "Çarlar çarı Davidin tərcümey-halı"nda məlumat verilir. IV David qıpçaq xanı Ətrak xanın (Artık xan) qızı ilə evlənməklə qıpçaq türklərindən güclü hərbi dəstək aldı. Gürcü salnaməçisi Ətrak xanın qızını Turandokta adlandırır. Çox güman ki, bu farsların türk şahzadə qızlarına verdikləri ənənəvi addır-Turandoxtər-«Turanlı qızı», yaxud «Turan qızı». Bu nikah IV Davidin xarici düşmənlərə qarşı özünə müttəfiq axtarmaq səyi ilə bağlı idi, yəni diplomatik nikah idi. IV David türk-oğuzların Səlcuq imperiyasına qarşı müharibədə birgə iştirak etmək üçün qayınatasının, qıpçaqların yanına elci göndərdi. Elçi Ətrakı xanı ordusu ilə Zaqafqaziyaya dəvət etdi. Qıpçaq tərəfi dəvətə razılıq verdilər. Gürcü salnamələrində deyildiyi kimi, hər ailənin öz atı və silahıyla bir döyüşçü vermək boynuna qoyuldu. Salnaməyə görə, quzeydən əsgəri güc kimi gələn qıpçaqlar 40 minlik atlı-suvari əsgər və 5 min seçmə döyüşçüdən ibarət idi. Qıpçaqların öz ailələriylə köçdüklərini nəzərə alsaq, onda belə çıxır ki, Gürcüstana ən azı 250 minə yaxın qıpçaq gəlmişdi və bu o vaxta görə böyük say idi. Ətrak xan Gürcüstanın sərhədlərinin oğuz-səlcuq türklərindən müdafiyəsini öz üzərinə götürdü. Buna görə qıpçaqlar ölkənin cənub-şərqində və şərqində (Borçalı), o cümlədən Ahısqada və, maldarlıq üçün yararlı dağarası vadilərdə yerləşdirildilər. Onlar nəsilbənəsil bölünərək, əsasən Loru, Şəmşöldə, Bostanşəhər və Sığnaq civarlarına sığındılar. Köçən qıpçaqlar arasında arıxlıların əcdadı Aruq (Arıq, Arık) tayfası da var idi. Don çayı sahillərindən gələn bu tayfanın nümayəndələri Xram çayının ətrafında, yaşayış məntəqələrində yerləşdilər və səlcuq türklərindən fərqli olaraq müsəlman deyildilər. Bunu Arıxlıda, kəndin yuxarı hissəsində tikilmiş (XII-XIII əsr) kilsə də sübut edir. Bundan başqa, 5000 seçmə döyüşçü çar qvardiyasına daxil oldu. Sırçan isə dəstəsilə qardaşı Ətrakdan fərqli olaraq Donda qaldı. Qıpçaqların yeni köçü IV Davidə imkan verdi ki, onların hərbi gücdən öz məqsədi üçün istifadə etsin. Çünki öz qızını ərə vermiş nəsil, tayfa knyaza öz qohumu kimi baxır, onun ərazisinə hücum etmirdi, əksinə, lazım gələndə onun dadına çatırdı. «Kürəkən» də öz növbəsində «hörmətə hörmətlə» cavab verməyə borclu idi. Torkinlər, yəni arvad qohumları qıpçaq türkləri arasında xüsusi imtiyazlara və hüquqlara malik idilər. Onlar ərin qohumlarından yaxın sayılırdı. Bu səbəbdən də Ətrak xan qızının ərinin torpaqlarını hücumlardan qorumalı idi. Qıpçaqlar isə bir neçə həlledici döyüşdə Gürcüstanın Səlcuq türklərinin əsarətinə düşməkdən xilas etdilər.IV David 1121-ci ildə qıpçaqların köməyi ilə Səlcuq ordusunun hücumunun qarşısını aldı. Avqustun 12-də Didqori yaxınlığında həlledici döyüşdə Səlçmuq ordusu məğlub oldu və cəlcuq türkləri bu torpaqlardan çəkildi.Qeyd edim ki, Aruq tayfasının bu hadisədən sonra bir hissəsi daha cənuba köç etdilər. Çar Rusiyası dövründə adları müxtəlif mənbələrdə çəkilən İrəvan əyalətinin Şirakel (Şörəyəl) nahiyəsində Arıqlı və Azərbaycanda Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) Arıqlı kənd adları və Amasiya rayonundakı Oxçuoğlu, Güllübulaq kəndlərində Arıxlı nəsilləri bu tayfanın adı ilə bağlıdır. Göründüyü kimi "Araxeli" sözünün kökündə Aruq ( Arık) tayfasının adı dayanır. «Eli» sözünüdə isə «i» şəkilçidir və gürcü sözlərinin sonunda geniş istifadə edilir. «El» sözünün mənası isə heç kimdə şübhə doğra bilməz. Bu söz tayfa, camaat, xalq, daha geniş mənada isə yurd, ölkə, məmləkət, vilayət mənasını verir. Burdan da aydın olur ki, «Araxeli» əslinddə Aruq (Arık) tayfası, camaatı və ya onun yaşadığı yer, yurd deməkdir. Aruxlo sözü də eyni mənşəlidir.Türk oğlu Murad Aci isə bildirir ki, Arıxlı adı qədim türklərin Arıq, Arık sözlərindən götürülüb kiçik çay, arx deməkdir. Qaynaqlara görə, hələ VIII əsrdən əvvəl də bu tərəflərdə arxlar, kanallar olub. Sonrakı dövrlərdə və bu gün də arxlar, kanallar işlək vəziyyətdədir.Murad Acinin sözlərinə görə, Arık həm də «savlıq», «təmizlik» mənası verir. Əski türk inanclarına görə, dağ, çay, göl adları yalnız coğrafi adlar deyil, həm də o yerin sahibi olan əcdad ruhunun adıdır, Yəni. Arixli sözünün kökündə Aruq tayfası dayanır, kəndin adı tayfanın adından yaranıb. Maraqlıdır ki, Orta Asiyada qıpçaq mənşəli qaraqalpaqlarda indi də Aruq tayfası, Şərqi Anadoluda Arakli, Arikli və ya Erekli adında kəndlər və soyadları var. Türkiyədəki bu kəndlərin sakinlərinin Borçalıdan, Arıxlıdan köçdükləri barədə məlumatlar var. Bunu tarixi qaybaqlar da təsdiq edir. Məsələn, Orta əsrlərdə Borçalı Osmanlı imperiyası ilə Səfəvi ordularının döyüş meydanı idi. 1599-cu ildə Səfəvilərin dəstəklədiyi və müharibəyə təhrik etdiyi gürcü ordusu ilə osmanlı ordusu Arıxlı yaxınlığında qarşıladı. Beş saat davam edən döyüşdə gürcülər məğlub oldu. Gürcü çarı I Simon əsir götürüldü və İstanbula göndərildi. Sonrakı illərdə osmanlı ordusu ilə səfəvi orduları arasında dəfələrlə qanlı döyüşlər baş verdi. Şah Abbasın hakimiyyəti dövründə Borçalı Səfəvilərin ərazisinə qatıldı. Osmanlı ordusunun geri çəkilməsi. Borçalının sünni əhalisinin, o cümlədən arıxlıların bir hissəsinin köçmək məcburiyyətində qalmasına səbəb oldu. Çünki Səfəvilərin bu torpaqları tutması nəticəsində sünni borçalılara düşmən kimi baxılır və onlar Osmanlı tərəfdarı kimi qiymətləndirilirdi. Bunun əksi olanda isə şiə borçalılar əziyət çəkirdi. Türkiyəyə köçən arıxlılar Osmanlı imperiyanın şərq vilayətlərində yerləşdirildi ( XVI-cı əsrdə səlnaməçi Şəmsəddin Bitlisi Gürcüstanda Arux tayfası haqqında danışıb". Köçənlərin yerinə isə Borçalıya türkmən tayfaları köçürüldü. Borçalıya türkmən tayfalarının köçürülməsi ilə yanaşı, arıxlılardan başqa, yerli qarapapaqlıların öz yurdlarından kütləvi şəkildə İrana köçürülməsi də həyata keçirildi. Həmin dövrdə Şah Abbasın əmri ilə Borçalı əhalisinin bir hissəsi məhz sürgünə məruz qaldı. Şah Abbas 1604-1606-cı illər arasında Osmanlılara bağlılığından şübhələndiyi Borçalı-Qazaxlar elinin bir çox oymaqlarını Gəncə-Qarabağ və Şirvan ölkələrində yerləşdirdi, bir çox güclü və çoxsaylı oymaqları dağıtdı. Borçalıların bir hissəsi İsfana sürgün edildi. Bu fakt Borçalı əhalisinin ilkin miqrasiyası prosesindən xəbər verməklə yanaşı, həm də bəzi gürcü alimlərinin regiona azərbaycanlıların məhz Şah Abbas tərəfindən köçürüldüyü və buna görə də gəlmə olduqları barədəki uydurmalarını alt-üst edir. Gürcü alimlərinin bu iddialarını "Dmanis yazıları" adlı daş kitabələr də inkar edir. «1400-ə qədər ərəb əlifbası ilə yazılmış daş kitabələrdə ayələrdən başqa qalan şeylər türkcədir. Onu araşdıran alim Kaxyani belə nəticəyə gəlir ki, Dmanis həkkakları ərəb dilini pis bilirdilər. Demək ərəb deyildilər, Dmanisidə dəfn olunanlar fars da deyildilər, əgər olsaydılar, mütləq baş daşlarına dünyanın faniliyi haqqında Şirazidən bir beyt yazılmalıydı. Həm də buradakı Saray xatun, Kərəm bəy, Selcan xatun kimi adların hamısı türk adlarıdır. Sadəcə gürcülər bunu etiraf etmirlər", -tarixçi Kərəm Məmmədov bildirir. Həmin dövrdə Borçalıda yaşayış məntəqələrinin, yurd yerlərinin, yaylaq və dağların və s. istinasız olaraq türk mənşəli toponimlər olması bir daha sübut edir ki, yerli əhali gürcülər deyil. azərbaycanlılar olub.Göründüyü kimi Şah Abbasın hakimiyyəti dövründə Borçalıların bir hissəsi İrana, digər hissəsi Osmanlı torpaqlarına köçüb. Arıxlı sakinlərinin böyük əksəriyyəti Osmanlı imperiyasının şərq əyalətlərinə köçüb və Arıkli yaşayış məntəqələri salıblar. Sonradan bu kəndlərin sakinlərinin bəziləri bu adı özlərinə soyadı seçiblər.Borçalının bu ağır günlərində Arıxlı ilə bağlı başqa məlumatlara da rast gəlinir və bu kəndin adı dəfələrlə çəkilir. XVII yüzildə Arıxlıda məscidin fəaliyyət göstərdiyi barədə məlumat verilir. Professor Şürəddin Məmmədlinin araşdırmalarından («Borçalı qarapapaqları: Tarixin dolanbaclarında») və əhalinin verdiyi vergi ilə bağlı arxiv sənədlərindən məlum olur ki, Arıxlıda Məhəmməd nəsli 1 tümən 5 minalt vergi ödəyir. 1721-ci ildə Arıxlıda Haqverdi, Xanməmməd, Ağbabalı Molla oğlu Əbül Qasım, Molla oğlu Abdulla, Tarıqulu oğlu Tarıqulu, Vəli oğlu Mədəd, Vəli oğlu Asdan, Mustafa oğlu Asdan, Molla oğlu Allahverdi, Anaqız oğlu Hacı Musa, Ködək Piri kimi tanınmış şəxslər yaşayıb. 1728-ci ilə aid məlumata görə Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində Aruqlu (Arıxlı) kəndində iki elin yaşadığı göstərilir. Bu nəsillərdən biri Arıxlıoğlu Haqverdi camaatı, digəri Yüzbaşı tayfasının Arıxlı camaatı. Arıqlı kimi qeyd olunan bu kənd Həsənxocalı, Salioğlu, Sisqala və Daşdıqullar məntəqələrini əhatə edən icma idi. Kənd qıpçaqların Aruq tayfasının adını əks etdirirdi. Bundan başqa, yüzilin ilk onillərində Xram çayından Qızqalasınacan köhnə arxın təzələndiyi barədə məlumat da verilir. Ehtimal ki, həmin dövrdə Arıxlı camaatının bir hissəsi indiki Dağarıxlı (Dmanisi rayonu) kəndinə köçüb və orada məskunlaşıb. 1721-ci ildə tərtib olunmuş «Dəstürül-əməl»də Arıxlı camaatı 60 evli iki tayfadan ibarət olduğu qeyd edildiyi halda, 1728-ci ildə tərtib olunmuş «Dəftəri-müfəssəli-əyaləti-Tiflis»də Yüzbaşı tayfasının Arıxlı camaatı 44 evdən ibarət olduğu göstərilir. Bu barədə professor Şurəddin Məmmədlinin araşdırmalarında da məlumat verilir.Kartli-Kaxeti çarlığı Rusiya imperiyasına birləşdirildikdən sonra da Arıxlı barədə kifayət qədər məlumatlar var. Bunu yüzilin əvvəllərində kəndlərdən mülk kimi vergi toplanması ilə bağlı arxiv sənədlərindən də görmək olar. Məsələn, XII Georginin qızı Dariyanın mülkü olan Həsənxocalıda 1803-də 80 manat pul, 20 manatlıq əşya, habelə taxıl, yulaf, arpa yığılmışdı. Şahqızı Mariyanın mülkü Kolagir və Muğanlı kəndlərinin hərəsindən 100 manat toplanmışdı. Arıxlılar isə vergi vermirdilər, onlar qoşuna əsgər göndərirdilər. Ümumilikdə isə Borçalıda bir neçə kəndi, o cümlədən Arıxlını çıxmaq şərtiylə qalanları əsgər vermirdilər, ona görə hərbi töycü (əsgər pulu), əlavə olaraq, yay qarovul dəstəsinin, hökumət çaparlarının xərcini ödəmək üçün də pul verirdilər. Bu, onu göstərir ki, Arıxlı döyüşçülərinin qəhrəmanlığı yüksək qiymətləndirilir və onlara etibar edilirdi. Maraqlidir ki, XIX əsrin əvvəlində Çar hakimiyyətindən narazı qüvvələr də vardı. Narazılar qaçaq hərəkatının fəal üzvləri idi. Regionda ad çıxarmış qaçaqlardan biri Arıxlı sakini Alı ağa idi ki, canişin onu yeni hakimiyyətin tərəfinə çəkməyə çalışırdı və sonunda istəyinə də nail oldu. Arıxlıların növbəti köçü Rusiya-İran (1826-1828), Rusiya- Osnmanlı (1828-1829) müharibələrindən sonra imzalanan Türkmənçay (1828-ci il fevralın 10-da), Ədirnə ( 2 (14) sentyabr 1829-cu il) müqavilələrindən sonra başladı. Türkmənçay müqaviləsinə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçdi. Ədirnə müqaviləsinə əsasən isə Anapa və Poti Rusiya imperiyasına birləşdirildi. Osmanlı imperiyası Ahalsıx paşalığının (Ahıska türklərinin yaşadığı ərazi, indiki Gürcüstanın Samtsxe Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə getdi və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verildi. 15 avqust 1829-cu ildə bölgədə yaşayan türklərin Osmanlı torpaqlarına da köç etmələrinə icazə verildi. Həmin dövrdə arıxlıların növbəti köçü başladı. Arıxlılar ilk dövrdə Ərdahan, İğdır, Karsın Çıldır rayonunda yerləşdilər. Sonradan buradan müxtəlif səbəblərdən (Rusiya-Osmanlı müharıbəsində (1877-1878) Osmanlının məğlubiyyətindən sonra bu ərazilər işğal oldu) ölkənin digər vilayətlərinə köçmək məcburiyyətində qaldılar. Həmin dövrdə Arıxlıdan Türkiyəyə köçən ailələrdən biri Hacı İsa bəy idi. Onun ailəsi Borçalıdan Türkiyəyə köç edən qarapapaq türklərindəndir. O, Arıxılının Salyanoğulları nəslindən olub böyük hüfuz sahibi idi. İsa bəy Rusiya-Osmanlı müharıbəsinədək (1877-1878) Qarsın Çıldır rayonun Urta kəndində yaşayıb. Qeyd edək ki, XIX əsrin 50-ci illərində Arıxlı ilə bağlı maraqlı məlumatlar var.Bu məlumatlara əsasən 1850-ci ilin yazında Qafqaz canişini M.S.Vorontsov Borçalıya səyahətə çıxıb. Bu barədə Şurəddin Məmmədli tarixi qaynaqlara istinad edərək «Borçalı qarapapaqları: Tarixin dolanbaclarında» kitabında yazır: «1850-ci il aprelin ortalarında Voronsov Marabdadan keçib, kəndləri gəzib, Sadaxlıda ona nahar verilib, Polkovnikli kəndində qonaq olub, buradan Borçalı çökəyinin gözəlliyini seyr edib, Arıxlı-Kolayır körpüsündən keçib, onu bərpa etməyi əmr edib. Arıxlıda kömrükxana rəisinin yardımçısı, əvvəllər adıbəlli qaçaq olmuş Alı ağanın və onun beş oğlunun qonağı olub, Kolayır yanındakı Ağqalaya baş çəkib».Knyaz Vorontsovu bu səfərdə müşayiət edən tanınmış gürcü publisisti və etnoqrafı Luka İsarlov (1814-1893) onu «yerli mülkədar, keçmişin şöhrətli qaçağı Arıxlı Alı ağa» və onun 5 oğlu ilə tanış edir. Voronsov Alı ağanın qonağı olur. Jurnalist Luka İsarlişvili, Ali ağanın kömrükxana müdürü yardımçısı işlədiyini, ucaboy, dolubədənli, çəld, mərd və son dərəçə güclü olduğunu bildirir. 1843-cü ilin kameral siyahısından praporşik Alı ağanın Eyyub ağa (1815-ci il təvəllüdlü), Mustafa ağa (1819-cu təv.), Məmməd ağa (1821-ci il təv.), Emin ağa (1825-ci il təv.), Abdulla ağa (1828-ci il təv.), Məmmədalı ağa (1833-cü il təv.) və Süleyman ağa (1838-ci il təv.) adlı 7 oğlu olduğu məlum olur. Onlardan Emin ağa praporşik, Mustafa ağa isə ştabs-kapitan rütbəsiylə 1873-cü ildə Loru pristavlığında dövlət qulluğunda olublar. Şurəddin Məmmədlinin araşdırmalardın məlum olur ki, Arıxlı körpüsünün bərpa işlərinə 1850-də başlanıb, 1854 noyabrında başa çatdığı bildirilir. Arxiv sənədlərindən məlum olur ki, 1852-ci ildə Arıxlıda Kazım Mola Nəbi oğlu və onun qardaşı Mola Həsən «prixod» mollası, ailələri isə imtiyazlı ruhani ailələri təbəqələrinə daxil ediliblər. Həmin il Arıxlı ilə bağlı başqa bir məlumat isə torpaq sahəsi ilə bağlı məhkəmə prosesidir. Gürcüstan Mərkəzi Tarix Arxivində saxlanan sənəddən aydın olur ki, knyaz Orbeliani ilə Arıxlı sakinləri arasında mübahisəli torpaq sahəsi olub. Bu problem məhkəmə vasitəsilə həll olunub. Arıxlıların Başkeçiddə geniş yaylaq sahələrinin olduğu da bildirilir. Onlar atı və xəncəri çox seviblər. İmkanı olan hər bir arıxlı xənçər gəzdirməyi sevib və ondan istifadə etməyi də bacarıblar. Alı ağa və onun oğlu Emin ağanın xəncəri çox böyük ustalıqla hazırlanmış və insanlarda maraq yaradırdı.1880-ci ilə aid məlumatlardan aydın olur ki.Borçalıda iki xramuli ovu məntəqəsi olub. Onlardan biri Borçalı-Debet çayında, digəri isə Ehram (Xrami) çayında fəaliyyət göstərib.. İkinci məntəqədə Arıxlıda yerləşib. 1885-ci ildən Xram cayından yeni arxların çəkilişi başlanıb. Arıxlıdan Görarxıyadək 16 verst uzunluğunda arxlar təzələnib, arxların dərinliyi bir sajın artırılıb 1886-ci ilə aid məlumatlardan isə aydın olur ki, Arıxlı 137 ailə yaşayıb. Kəndin sakinlərinin sayı isə 918 nəfər olubXIX əsrin sonralarına yaxın ermənillər regionda fəallaşmağa başlayır. Borçalıda olmasa da, Gürcüstanda ermənilər öz siyasi və iqtisadi vəziyyətlərini kifayət qədər möhkəmləndirə bilmişdilər. Onlar məskunlaşma ilə kifayətlənmir, eləcə də həyati əhəmiyyətli bütün sahələrdə nəzarəti öz əllərinə almağa çalışırdıldar. Ermənilər çox zaman buna nail ola bilirdilər. Çar Rusiyasının bütövlükdə Cənubi Qafqazda, o cümlədən Borçalıda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün geniş imkanlar yaratdığı ermənilər çox keçmədən "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. "Böyük Ermənistan" ideyası ilə zəhərlənmiş ermənilər Azərbaycan və Gürcüstanda yerli – azərbaycanlı əhalini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirmək niyyətində idilər. Ermənilərin qurmaq istədiyi dövlətin tərkibində Borçalı ərazisi də vardı. Borçalıda azərbaycanlılarla ermənilərin qarşılıqlı münasibətlərindəki gərginliyin ən başlıca səbəbi də ermənilərin köçüb gəldikləri torpaqlara sahib çıxmaq, yerli sakinləri-azərbaycanlıları sıxışdırıb qovmaq iddiaları və bu iddiaları həyata keçirmək üçün qızğın təşəbbüs göstərmələri idi. Onlar «Böyük Ermənistan» dövləti yaratmaq məqsədilə nəinki Tiflisdə, həmçinin Borçalıda qırğın törətməkdən belə çəkinmədilər. Lakin Borçalıda və Tiflisdə layiq olduqları cavabı aldılar.Həmin dövrdə Borçalı qəzasının mərkəzi Şüləver qəsəbəsi idi. Bu nahiyələrin idarəçiliyi ilə rus millətindən olan pristavlar və bölgənin xristian əhalisindən seçilən nümayəndələrə tapşırılmışdı.B u isə yerli müsəlman - türk əhalisinin haqlı narazılığına səbəb olurdu. Qəza mərkəzi Şüləverdə yaşayanların əksəriyyəti ermənilərdən ibarət olduğundan istənilən an erməni-müsəlman qarşıdurması yarana bilərdi. Həmin dövrdə Qafqaz müftisi Mirzə Hüseyn Qayıbov Borçalı qazısı Yusif Əfəndi Allahyarzadə ilə görüşərkən bu məsələni müzakirə edib. Qazılığın mərkəzi Şüləverdən Arıxlı kəndinə köçürülüb. Söhbət burda qəzanın inzibatı mərkəzinin dəyişdirilməsindən deyil, sünni məzhəbinin mərkəzinin dəyişdirilməsindən gedir. Arıxlı məsçidi belə bir gərgin, narahat dövrdə tikilib.Qeyd edim ki,Gürcüstan-Ermənistan müharibəsində Arıxlı süvari dəstəsi.həm Sarvan və Katerinenfeld (Bolnic) ərazilərindəki döyüçlərdə iştirak edib.Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Arıxlının sayılıb-seçilən oğullarından bir çoxu həbs edilərək sürgünə göndərildi, bəziləri isə ailələri ilə Türkiyəyə köçməli oldu. Qalanlar isə kolxozda, sovxozda işləməli oldu. 1926 ili əhalisayımına görə, Arıxlıda 306 ailə, bu ailələrdə isə 1585 nəfər yaşayırdı. Hazırda Arıxlıda 5 min nəfər yaşayır.Qeyd edim ki, Arıxlı qədim yaşayış məskənidir. "Göy təpə" məskəni Xrami və Maşavera çaylarının birləşdiyi geniş subasar çəmənliklər bitən çay terrasından cəmi bir neçə 100 metr şimala doğru yerləşib. Aparılan araşdırmalar, tədqiqatlar sübut edir ki, Arıxlı təqribən 4800 il bizim eradan əvvəl salınıb və Neolit dövründə tamamilə məskunlaşıb. Yəni, onun 6800 il tarixi var. Kəndin Arıxlı adlandırılması isə 1118-ci ildən sonraya aiddir.P.S. Bizim eranın V əsrində Arıxlıda şəhər mövcud olub. Arxeoloqlar (M.Sinauridze və b.) belə qənaətə gəliblər ki, Xrami çayın yüksək qayalı sağ sahilində qəsr, aşağıda hər iki sahildə yaşayış məskənləri yerləşib. Gürcü tarixçiləri görə, bu yaşayış məskənləri V əsrdə salınmış Çurtavi şəhərinin ərazisinə daxil olub. Onlar iddia edirlər ki, hətta bu şəhərdə yepiskopun iqamətgahı olub. Görünür gürcülər Kolagir kəndinə Çurtavi (Surtavi) adi qoymaqla özlərinə təsəlli tapdılar. Arıxlının adını dəyişdirilib Naxiduri qoyulması da bu təsəllinin digər bariz nümunəsidir. Naxiduri çay sahili, körpü sahilində ərazi deməkdir. Yəni, Çurtavi şəhərinin sağ sahilindəki ərazi. Əslində isə bu ərazidə türklər məskunlaşmışdı.PünhanZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.