“Gələcəyini Tətbiq et” proqramı nəznində Kvemo Kartlidə yeni meyvə bağları salınacaq Gürcüstan » Borçalı 19 Mayıs Gürcüstanın Borçalı - Kvemo-Kartli quberniyasının sakini Rəsul Vəliyev “Gələcəyini Tətbiq et” proqramı vasitəsi ilə yeni meyvə bağı salıb.Kənd təsərrüfatı layihələrinin idarəsi agentliyinin “Gələcəyini Tətbiq et” proqramının meneceri Levan Dolidze, Kvemo Kartli Qubernatoru Paata Xizanaşvili və İcra Başçısının müavini Temur Beridze, Borçalıda - Kvemo-Kartlinin Marneuli rayonundakı Seyid Qocalı kəndində proqramda iştirak edən benefisiarlardan biri, Rəsul Vəliyevin saldığı bağda olublar. Marneuli şəhərinin icra hakimiyyətinin PR və İctimai Əlaqələr şöbəsinin məsul işçisi Turac İbrahimova, ZiM.Az -ın Borçalıdakı xüsusi müxbirinə bildirib ki, Rəsul Vəliyev proqrama 2016 cı ildə qatıldı və 8.47 hektarlıq qoz bağı salmaq və bağı suvarma sistemi ilə təmin etmək məqsədi ilə 30,758.15 larilik dövlət maliyyəsi əldə etdi. Alınan maliyyədən 19,635.00 lari ağac fidanlarına, pöhrəmlərinə 11,123.15 lari isə damcı ilə suvarma sisteminə xərclənib.Kvemo Kartlidə: Bolnis, Marneuli və Ağbulaq rayonlarında 201 ha torpaq sahələrinə ilin sonunadək alma, gavalı, alça, xurma və qoz bağları salınıb. Ümum Gürcüstan miqyasında hazırda 1383.55 ha sahəyə yeni meyvə bağları salınması və suvarma sistemi ilə təmin olunub. Yeni bağların salınmasına 7.095 milyon larini təşkil edir.Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə, kənd təsərrüfatı layihələrinin idarəsi agentliyi “Gələcəyini Tətbiq et” layihəsini 2015 ci ildən həyata keçirməyə başladı. • Bağın salınması təqdirində-ağac finadları/pöhrəmlərinin dəyərinin 70%-nı və damcı su sisteminin dəyərinin 50% ödənilir;• finadları/pöhrəm təsərrüfatı təqdirində-təsərrüfatın yaranması üçün lazım olan məbləğin 50% qarşılanır; “Gələcəyini Tətbiq et” layihəsinin həyata keçirilməsi üçün 2016 cı il ərzində 5 milyon lari xərclənəcək. Proqram nəznində 1 000 – 1 200 ha müassir tipli bağ və 30-40 yeni, müassir finadları/pöhrəm təsərrüfatının salınması bir yandan yerli bazarda idxal-əvəz edir, digər yandan da ekspert potensialı prosesini artırır.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.