= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açıq məktub = = = = =

= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açıq məktub = = = = = Çox hörmətli Elxan müəllim!..
Əvvəlcə Sizi səmimi qəlbdən salamlayıram!..

Və Sizin kimi tanınmış bir alimə, ictimai xadimə, el ağsaqqalına açıq məktub yazmağa, daha doğrusu sizin mənim F-k səhvəmdə Kərəm Məmmədli ilə bağlı yazdığınız rəyə cavab verməyə cürət etdiyim üçün dönə-dönə üzr istəyirəm. Yəqin ki, günahımdan keçərsiniz. Axı Siz də mənim cani-dildən əmimoğlusunuz, yaşda da, başda da məndən böyüksünüz, müəllimimsiniz, ustadımsınız. Böyüyün və ya ustadın-müəllimin üzünəağ olmağı heç zaman sevmirəm. Amma susa da bilmirəm, bağışlayın. Həqiqəti zamanında söyləməyi də məhz elə Sizlərdən öyrənmişəm...

Bəli, bir zamanlar mən də elə sizin kimi düşünürdüm. Elə çoxları bu fikirdə idi. Hətta onun - "Borçalı" Cəmiyyətinin sabiq sədrinin sabiq 1-ci müavini və müavinləri də bu fikirdə idilər. Onun səhvlərinə qarşı mən öz narazılığımı bildirəndə və ya onun əleyhinə nəsə söz deyəndə dəfələrlə mənimlə mübahisələr də ediblər.
Və həmişə də elə sizin bu sözləri söyləyiblər:

"Ancaq mən Borçalı ictimaii cəmiyyətinin sədri kimi əvəzolunmaz biri varsa onu tanıyıram və nə qədər ömrüm var onunla bir yerdə Borçalımızın rifahı naminə çalışmaqda davam edəcəm."

Bəs nə oldu???...
Niyə ondan aralandılar?..


Ona etimad göstərərək etibar edən, "Borçalı" Cəmiyyətinin ştamp-möhürünü bəh-bəhlə ona təqdim edən aqsaqqalımız, Borçalı Cəmiyyətinin həmtəsisçısı Eyvaz Borçalı, Cəmiyyətin digər təsisçiləri - professor Hidayət Nuriyev, tanınmış jurnalist Şərif Kərimli, 6 il o cəmiyyətə can qoymuş, sədrin 1-ci müavini vəzifəsində çalışmış Firudin İsmayılov, müavini Asif Ozan, eləcə də Borçalı əsilli ziyalılarımız, ağsaqqal alimlərimiz - akademik Maqsud Əliyev, AMEA-nın həqiqi üzvü, akademik, Dövlət Mükafatı laureatı Ramiz Məmmədov, AMEA-nın həqiqi üzvü, akademik Çingiz Qacar, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, Nyu-York Elmlər Akademiyasının akademiki Mədəd Çobanov, professor Tahir Pənahov, professor Teymur İlyaslı, BDU-nun kafedra müdiri, professor Həmid Vəliyev, eləcə də tanınmış professorlar - Hamlet İsaxanlı, Şəmistan Həsənli, Abdulla Mehrabov, Şəmistan Mikayılov, Akif Bayramov, Əlişir Musayev, Sahib Musayev, Kamil Qəhrəmanov, Niyazi Mursaqulov, Xalq şairi Zəlimxan Yaqub, tanınmış tənqidçi-fıloloq, AYB-nin katibi Arif Əmrahoğlu, Əməkdar jurnalistlərimiz İlyas Adıgözəlli, Rəşid Faxralı, idarə heyətinin üzvləri olmuş tanınmış tarixçi-alim Kərəm Məmmədov, tanınmış jurnalistlər Anar Həsənli, Sərkərdə Sərxanoğlu, Əməkdar Mədəniyyət işçisi Musa Nəbioğlu, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Dəyanət Osmanlı, daha kimlər, kimlər... tanınmış şairlər, yazıçılar, müəllimlər, həkimlər... nədən ondan üz döndərdilər???...

"Borçalı" Cəmiyyətinin idarə heyətinin aqsaqqal üzvləri, dəyərli ziyalılarımız, Əməkdar memar Ömər Qoçulu, tanınmış şair-jurnalist Mədəd Coşğun, elə biri də siz özünüz nədən mayın 28-də keçirilmiş son konfransda "BORÇALI" Cəmiyyətinin idarə heyətindən uzaqlaşdırıldınız?.. Yoxsa sizlər, gözəl alim olsa da, amma Borçalıya heç bir aidiyatı olmayan Telman Əliyevdən (!) çoxmu qocasınız?!...
Bircə dəfə bu sualı ona vermisinizmi??...
Keçən il və eləcə də ondan əvvəlki il Elatda olan nöqsanları, söz-söhbətləri, narazılıqları ona çatdırmısınızmı?..

Bütün Borçalılıların Elat bayramını məhz sizin aparıcılığınızla keçirilməsini arzulasalar da, nədən bu vəzifə sizə yox, əslən nəinki Başkeçiddən, Borçalıdan, hətta ümumiyyətlə Gürcüstandan olmayan birisinə həvalə olundu???... (o, gözəl siyasətçi və ya gözəl jurnalist ola bilər, amma, axı, əslən Borçalıdan yox, Səlyandandır!...) Elat Bayramını aparmağa Borçalıda yaşayan və ya Borçalı əsilli olan bir aparıcı doğurdanmı yox idi?... Yoxsa axtarıldı və... tapılmadı???

Çox hörmətli Elxan müəllim!..

Mən ondan qorxuram ki, "Borçalı" cəmiyyətinin sabiq rəhbərliyi tərəfindən ağsaqqallarımıza qarşı olan hörmətsizlik bir gün gəlib sizə də çata bilər.
Çünki, artıq bu son zamanlar dırnaq arası "ənənə" halını alıb, elə buna görə də "Borçalı" Cəmiyyətinin ağsaqqalları arasında "yarpaq tökümü" başlayıb, desək yanılmarıq. Ətrafınıza diqqət edin, əvvəllər sizinlə yanaşı oturmuş ağsaqqal ziyalılarımızı indi sizin yanınızda görmürük. Nədən? Niyə?...

= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açıq məktub = = = = =
= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açıq məktub = = = = =Yəqin ki, sabiq sədrin öz həmkəndlisi, sevimlisi, hətta Cəmiyyətin aylıq "Dədə Camal" Məclisini məhz onun şərəfinə adlandırdığı çox hörmətli professorumuz Camal Mustafayevlə bağlı mətbuatda yayımladığı müraciətini unutmamısınız.
Həmin müraciətlə bağlı Camal müəllimin necə əsəbləşdiyini və mətbuata Etiraz məktubu yazdığını da bilirsiniz.
sherg.az-da və b. saytlarda dərc olunmuş həmin məktubu bir daha oxucularımızın da diqqətinə çatdırıram:

PROFESSOR CAMAL MUSTAFAYEV ETİRAZ ETDİ

Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev redaksiyamıza məktub ünvanlayıb. Alimimiz məktubu olduğu kimi dərc etməyimizi xahiş edib. Camal müəllimin fikirlərini diqqətinizə çatdırırıq.

Bu il yanvarın 15-də www.butov.az, cəbhə.info, www.sherg.az saytlarında haqqımda verilən məlumat (şəkillə birlikdə) mənim heysiyyətimə toxundu. Mən heç bir mətbuata, heç bir qəzetə özümün vəziyyətim haqqında müraciət etməmişəm. Bunu özümə rəva bilməmişəm. Mənə hörmət edən redaktorların hamısından xahiş edirəm, belə meyllərə son qoysunlar.
Ziyarətimə gələn, vəziyyətimlə maraqlanan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm.
Ancaq adları keçən saytlarda çıxan şəkil vasitəsi ilə təqdim olunmağıma heç bir ehtiyac yoxdur. Millətini, dövlətətini sevən bir ziyalı olaraq hamınıza öz ağsaqqal xeyir - duamı verirəm, can sağlığı arzulayıram.


Camal Mustafayev,
əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor



Çox hörmətli Elxan müəllim!..
Yəqin ki, sabiq sədrin sabiq idarə heyətinin cəmi 8 nəfər üzvünün iştirak etdiyi ilk və sonuncu iclasında qəbul olunmuş və sonradan mətbuatda yayılmış son bəyanatından da xəbəriniz var.
O, aqsaqqallarımızı "Məsuliyyət hissini itirmiş bir qrup"adlandırıb, hətta az qala onlara "ağılsız, şüursuz" deməkdən belə çəkinməyib...
Siz heç olmasa onun sonuncu bəyanatındakı bu səhvini ona xatırlatdınızmı?...

Çox hörmətli Elxan müəllim!.. Sözlərin, suallarım çoxdur... amma türklər demiş, malisəf...

Bir daha sizə bu cür suallarla müraciət etdiyim üçün üzr diləyirəm.
Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda, elmi yaradıcılığınızda və ictimai fəaliyyətinizdə
yeni-yeni uğurlar arzulayıram!..


= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açıq məktub = = = = = Dərin hörmət və ehtiramla,

"Borçalı" Cəmiyyətinin
ilk üzvlərindən olan,
elimiz-obamız-müqəddəs
Borçalımız naminə
sabiq rəhbərlik tərəfindən
tapşırılmış müxtəlif
vəzifələrdə can-başla,
şərəflə çalışan,
Borçalı naminə əlindən
gələni əsirgəməyən,
və ən nəhayət,
"Borçalı" Cəmiyyətinin hazırkı
İdarə heyətinin üzvü


Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: