Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim! Təbrik edirik, Təhməz müəllim! Bu günlərdə Tbilisinin "Ustari" nəşriyyatında
gözəl müəllim, uzun illər Ulu Borçalımızın
Bolnisi rayonundakı Dəllər (indiki Muşevani) kəndində
azərbaycan dili və ədəbiyyatı müəllimi və
məktəb direktoru işləmiş dostum Təhməz Abbasovun
"Ömür hədər getməyib" adlı kitabı
çox nəfis bir şəkildə işıq üzü görüb.
Kitabda müəllifin müxtəlif illərdə yazdığı və
mətbuat orqanlarında çap olunmyş məqalələri
və şerləri nəşr edilmişdir.
Eyni zamanda müəllifi yaxşı tanıyanların
xatirələri də burada özünə yer tapmışdır.
216 səhifəlik bu kitabın ideya verəni və
ön sözün müəllifi görkəmli tərcüməçi-jurnalist
Emin Elsevər (Mahmudov)dir.
Kitabın redaktorları şair-jurnalistlər
Tapdıq YolçuBinnət Əlioğludur.

Bu münasibətlə əziz dostumuz,
hörmətli ağsaqqal müəllimi təbrik edir,
həyatda ona uzun ömür,
möhkəm can sağlığı və
yeni-yeni yaradıcılıq uğurları
arzulayıram!
İnanıram ki, bu kitab
dostlar üçün çox gözəl
bir hədiyyə olacaq,
stolüstü kitaba çevriləcəkdir.
Belə kitablara hər zaman ehtiyacımız var.
Bu sözümün doğru olduğunu
kitabı oxuyanlar təsdiq edəcəklər.

Əflatun KEŞƏLİ.


REDAKSİYADAN:
Biz də bu səmimi təbrikə
və xoş arzulara qoşuluruq!...

Müşfiq BORÇALI.
ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: