"Nazir müavinin qeydlәri" kitabı çap olunub Gürcüstan » Borçalı 11 Eylül KİTABDA AZӘRBAYCAN TARİXİNӘ DAİR ӘHӘMİYYӘTLİ FAKTLAR ÖZ ӘKSİNİ TAPIBBu günlərdə Ulu Borçalımızın məşhur yetirmələrindən biri, tanınmış dövlət qulluqçusu və ictimai-siyasi xadim, keçmiş Azərbaycan SSR-in Maliyyə nazirinin müavini, Azərbaycan Respublikası Ağsaqqallar Şurası Təftiş Komissiyasının sədri,Azərbaycan Aviasiya Akademiyasının müəllimi, Borçalılıların problemlərinin həllində zəhmətini heç vaxt əsirgəməyən dəyərli ziyalımız və hörmətli eloğlumuz keçmiş dövlәt qulluqçusu Tofiq Mirzәyevin "Nazir müavinin qeydlәri" adlı kitabı işıq üzü görüb. Bakıdakı "Elm vә Tәhsil" nәşriyyatında nəfis şəkildə çap olunan, 2 fәsildәn və 280 sәhifәdən ibarәt olan avtobioqrafik kitabda müәllif öz xatirәlәrindә mürәkkәb iqtisadi problemlәrin dәqiq vә ardıcıl şәkildә necә hәll edildiyinin dәqiq izahını verib. Oxucular kitabda rayon, vilayәt vә ümumdövlәt miqyasında maliyyә işçilәrinin konkret fәaliyyәti üzrә dәyәrli materiallarla yanaşı, Azәrbaycan tarixinә dair bir sıra әhәmiyyәtli faktlarla tanış ola bilәrlәr. Kitabda müәllifin 1988-ci ildәn başlayaraq Ermәnistanın Azәrbaycan torpaqlarına işğalçı hücumları ilә bağlı "Dağlıq Qarabağ: uydurmalar vә hәqiqәtlәr" başlıqlı real tarixi hadisәlәrә, dәqiq faktlaraәsaslanan qeydlәri dә öz әksini tapıb. Burada ermәnilәrin Qarabağın qәdim alban tarixinә dair maddi sübutlarını öz adlarına çıxarmaq, әsl hәqiqәtlәri saxtalaşdırmaq niyyәtlәri bir daha ifşa olunur, ermәni yalanları yerli vә әcnәbi tarixçilәrin dili ilә altüst edilir.Eyni zamanda, kitabda Sovet İttifaqının süqutu әrәfәsindәn başlanaraq azәrbaycanlıların öz yurdyuvalarından deportasiya edilmәsi üçün Ermәnistan, Gürcüstan, o cümlәdәn, Azәrbaycanın Dağlıq Qarabağ bölgәsindә hazırlanan mәkrli oyunlar barәdә "Xankәndi hadisәlәri", "Borçalı vә tәhlükәli oyun", "Mincivan hadisәlәri" vә bu qәbildәn olan digәr aktual mövzulara yer ayrılıb.T.Mirzәyev hәmçinin Mixail Qorbaçovun Sovet İttifaqına rәhbәr gәtirilmәsindәn sonra ErmәnistanAzәrbaycan әdavәtinin daha da qızışdırılması, bunun nәticәsi olaraq ayrıayrı yerlәrdә törәdilәn kütlәvi qәtliamlar, Azәrbaycan xalqının oyanışı vә mübarizәsi, müstәqillik yolunda atılan ilk addımlar, hakimiyyәt uğrunda amansız mübarizә vә o dövrdә ölkәni bürüyәn xaos barәsindә "Hәrcmәrclik" başlığı altında qeydlәrini dә bölüşüb.Qeyd edәk ki, müәllif rayon maliyyә şöbәsindә inspektorluqdan Azәrbaycan SSR maliyyә nazirinin müavininәdәk 30 ilә yaxın fәaliyyәt dövrü keçib."Soydaşlarımızın bu günü vә sabahı" Forumunun Tәşkilat Komitәsinin sәdri kimi Tofiq Mirzәyev Gürcüstanda yaşayan azәrbaycanlıların torpaq, mәşğulluq, tәhsil vә siyasәt sahәlәrindәki problemlәri, toponimlәri, dini etiqadları vә tarixinin rәsmi gürcü sәnәdlәri әsasında әtraflı araşdırılmasını tәşkil edib, hazırlanan 4 mәruzәni 2011-ci ilin mayın 7-dә ağsaqqal vә ziyalıların müzakirәsinә çıxarıb, nәticәdә Marneuli rayonunda 17 kәndin adının dәyişdirilib gürcülәşdirilmәsinin qarşısı alınıb.Xatırladaq ki, sabiq nazir müavini 1989-1993-cü illәrdә Gürcüstanda yaşayan azәrbaycanlıların köçürülmә tәhlükәsinin qarşısının alınmasını da Azәrbaycan dövlәtinin tapşırığıyla yerindә tәşkil edib.Bundan әlavә, siyasi fәaliyyәtini bitirdikdәn sonra T.Mirzәyevin hazırladığı "İqtisadiyyatın idarә edilmәsi", "Maliyyә vә kredit", "Beynәlxalq valyuta kredit münasibәtlәri vә dünya ticarәti", "İstehsalatın idarә edilmәsi" adlı kitab-dәrslik vә elmi metodiki dәrs vәsaitlәri elmi şuraların qәrarları vә Tәhsil Nazirliyinin әmri әsasında çap olunaraq Azərbaycan Milli Elmlәr Akademiyası tәrәfindәn ölkәnin bütün kitabxanalarına göndәrilib.Tofiq Mirzәyev hal-hazırda dövlәt qulluqçusu qismindә tәqaüdçüdür, memuarı üzәrindә işlәyir vә ölkәnin ictimai hәyatında fәal iştirak edir. Sabiq nazir müavini hazırda "Borçalı" Cәmiyyәti Ağsaqqallar Şurasının üzvü, Respublika "Qayğı" Cәmiyyәti vә "Azәrbaycan Ağsaqqallar Şurası" Tәftiş Komissiyalarının sәdridir.Biz də tanınmış el ağsaqqalı, dəyərli ziyalımız, çox hörmətli Tofiq müəllimə uzun ömür, möhkəm çansağlığı və bundan sonra da ömrünün ahıllıq-müdriklik çağlarında da yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇAL,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.