Dağlıq ərazi qanunundan Marneulinin 9 kəndi faydalanacaq

Dağlıq ərazi qanunundan Marneulinin 9 kəndi faydalanacaq Hal-hazırda Marneuli Bələdiyyəsinin 9 kəndi dağlıq ərazi statusundan faydalanacaq, kəndlər bunlardır: Ulyanovka, Ağ Körpü, Xocorni, Tserakvi, Xoxmeli, Opreti, Qudro, Canxoşi və Çanaxçı.

Marneuli Bələdiyyəsindən Turac İbrahimova ZiM.Az-a bildirib ki, hazırkı mərhələ də bələdiyyədə 1100 fiziki şəxsə dağlıq ərazidə yaşayan sakin status verilib.

“Yüksək dağlıq bölgələrin inkşafı” haqqında qanuna əsasən dağlıq ərazilərdə yaşayan əhali üçün bir çox sosial yardımlar nəzərdə tutuldu.
Qeyd etmək lazımdır ki, sözü gedən qanunun qüvvəyə minməsi ilə dağlıq ərazilərdə bir çox problem öz həllini tapmış olur.
Bu qanunu qüvvəyə mindirməkdə məqsəd dağlıq bölgələrdə miqrasiyanın dayanmasına nail olmaqdır.
Belə ki, hazırda dağ kəndlərində sakinlərin sayı çox azalıb. Əksər kəndlər tamamilə boşalıb.
Qanunla Gürcüstanın yüksək dağlıq bölgələrin inkşafı sosial, iqtisadi sayədə güzəştlər nəzərə alındı.
Qanun dağlıq bölgələrdə yaşayanların firavanlığı, həyat səviyyəsinin yüksəlməsi, sənayenin canlanması, yeni iş yerlərinin yaranması, dağlarda ənənəvi milli sahələrin çiçəklənməsi, Gürcüstanın dağlıq bölgələrinin tarixi abidələrin qorunması və gələcək nəsilə ötrülməsi üçün, yeni infrastruktur layihələrin həyata keçirilməsi, məntəqənin abadlığı üçün təsis olundu
Dağlıq ərazi statusu dəniz səviyyəsindən 1500metr yüksəklidə yaxud ondan daha da yüksəkdə yerləşən məntəqələrə verilir.
Lakin Gürcüstan hakimiyyəti öz səlahiyyətləri çərçivəsində qeyd olunan statusu dəniz səviyyəsindən 800 metr yaxud ondan da aşağı səviyyədə olan məntəqələrə verir.

Fiziki şəxs üçün dağlıq ərazidə yaşadığını təsdiqləyən statusu müvafiq Bələdiyyənin İcra Başçısı/Meri təyin edir.
Fiziki şəxsin dağ bölgəsində yaşamasını, əgər o aşağıdakı kriteriyalara cavab verirsə təsdiqləmək mümkündür:
A) Gürcüstan vətəndaşıdır;
B) Dağlıq məntəqədə qeydiyyatdadır;
Q) Hər təqvim ili ərzində cəmi 9 ay yaxud 9 aydan çox müddətə faktiki olaraq yaşaması təsdiqlənməli;

Dağlıq ərazidə yaşayan şəxsin dağlıq bölgə sakini status əlindən alınır, əgər:
A) Dünyasını dəyişibsə;
B) Qeydiyyat ünvanını dəyişibsə
Q) Dağlıq ərazini tərk edibsə;
D) Gürcüstan vətəndaşlığını itiribsə.
Xatırladaq ki, “Yüksək dağlıq bölgələrin inkşafı” haqqında qanun 2016 cı ilin yanvar ayının 1-dən tam qüvvəyə minib.
Daha ətraflı: http://marneuli.gov.ge/…/1448-mtis-kanonit-marneulis-9-sofe…


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: